Hamiləliyin 17-ci həftəsi: Hamiləlik əlamətləri və körpənin inkişafı
Oxuma müddəti: 4 dəqiqə
Hamiləliyin 17 həftəsi neçənci aydır?
4-cü ay (2-ci rüb)
17-ci həftədə körpənin inkişafı

Mənim körpəm nə boydadır? Körpəm nəyə bənzəyir?
17-ci həftədə körpənizin çəkisi təxminən 150 q, boyu isə başından büzdüm sümüyünə qədər 13 sm-dir.2 Bu vaxta qədər körpənizin başı bədəni ilə nisbətdə daha böyük idi, amma indi bədəni çəki almağa başlayır. Təxminən bu vaxtlarda yağı ehtiyatı saxlayan yağ toxuması formalaşmağa başlayır.3
Saçları, qaş və kirpikləri uzanmağa davam edir.4 Tənəffüs sistemi də inkişaf edir və körpəniz sinəsini qaldırıb endirdikcə praktiki olaraq nəfəs almağa başlayacaq. 17-ci həftədə körpənizin ürəyi dəqiqədə təxminən 140-150 dəfə vurur,2 bu, ürəyi dəqiqədə orta hesabla 60-100 dəfə vuran böyük insanin ürək döyüntülərindən kifayət qədər çoxdur.
Sizin körpə bu həftə
Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.
Hamiləliyin 17-ci həftəsi (ikinci rüb)
Orqanizmimdə nə baş verir?
Sizin cift körpənizə daha çox oksigen və qidalandırıcı maddələr çatdırmaq və onun qanından artıqları xaric etməklə körpənizlə birlikdə böyüyür.6 Hamiləliyinizin sonunda ciftinizin çəkisi 500 qram olacaq. Doğuşa çox az qalmış o, körpənizə həyatının ilk üç ayında müdafiəsinə kömək edəcək anticisimləri ötürəcək.6
Bu ikisinin böyüməsi ilə indi ən çox nəzərəçapan dəyişiklik belinizin yox olmağa başladığını izləmək olacaq. Bu, uşaqlığınızın yuxarı qalxaraq çanağınızdan çıxması ilə olur və 17 həftəlik hamiləlik qarnınızın özünü biruzə verməsinə səbəb olur. Siz eyni zamanda hormonların və qan həcminin artımı ilə yaranan parlaq dərini – hamiləlik parıltısını da görə bilərsiniz.7
Amma bu dəyişiklik bəzən qadınların özlərini həssas və narahat hiss etmələrinə səbəb ola bilər. Hamilə qadınların 10%-də stres və təşviş müşahidə olunur və davamlı olaraq dəyişən hormonlar hər şeyi əslində olandan daha pis göstərə bilər.7 Əgər siz çətinlik yaşayırsınızsa, həkiminizə, ginekoloqunuza və ya bizim 24/7 dəstək komandalarımızdan birinə müraciət edin.
17-ci həftədə hamiləlik əlamətləri

D vitamininə diqqət

Hamiləlik dövründə gündəlik olaraq 10 mkq D vitamini qəbul etmək tövsiyə olunur.11 D vitamini qəbul etmək üçün ən effektiv yol birbaşa günəş şüaları, xüsusən UVB (ultrabənövşəyi) şüalar vasitəsilə almaqdır. Günəşli saatların müxtəlif olması effektiv günəş işığı qəbul etməyimizə mane olur. Bu amil təkcə dəri vasitəsilə D vitamini qəbulunun hamiləlik dövründə körpənizin dəstəklənməsi üçün kifayət etmədiyini izah edir.12
D vitamini qəbulunu necə artırmalı
D vitamini yumurta, yağlı balıq kimi müəyyən qidaların tərkibində olur. Amma kifayət qədər qəbul etdiyinizdən əmin olmaq üçün ən yaxşı yol 10 mkq D vitamini əlavəsidir. Bəzi doğuş öncəsi multivitaminlərin tərkibində mövcud olur, amma siz ayrıca olaraq D vitamini əlavəsi qəbulunu da seçə bilərsiniz. Siz D vitamini qəbulunu aşağıdakı qidaları pəhrizinizə daxil etməklə də artıra bilərsiniz:
- Siyənək, skumbriya, sarina, qızılbalıq, alabalıq da daxil olmaqla yağlı balıqlar (həftəlik limit – 2 porsiya).
- Yumurta sarısının tərkibində D vitamini var.
- Zənginləşdirilmiş qidalar – bəzi süd və səhər yeməyi markalarının tərkibinə D vitamini əlavə edilir.
D VİTAMİNİNİN
ELMİ ƏSASI
Nutricia tərəfindən dəstəklənir
D vitamini sizin hamiləlik pəhrizinin vacib bir hissəsidir. O, körpənizin bədənindəki kalsium və fosfat səviyyəsini tənzimləməklə onun sümüklərinin böyüməsi və inkişafında həyati əhəmiyyətli dəstəkləyici rol oynayır.13 Kifayət qədər D vitamini təminatı həmçinin körpənizin D vitamini çatışmazlığı riskini də azaldır.
Hamiləlik dövründə qəbul etdiyiniz D vitamini körpənizin sümüklərinin inkişafını dəstəkləməklə bərabər onun həyatının ilk ayları üçün yığılacaq ehtiyat miqdarın artırılmasını da təmin edir.14
Hamiləlikdə başağrıları

Bəzi qadınlar baş ağrılarını hamiləliyin erkən vaxtlarında hiss edirlər. Adətən bu ağrılar dördüncü ayda zəifləyir və körpəniz üçün heç bir təhlükəsi yoxdur.
Hamiləlik dövründə və əmizdirərkən parasetamol qəbulu təhlükəsizdir, amma həmişə ən aşağı dozada və mümkün qədər ən qısa müddətlik. Düzgün istifadə olunduqda körpəniz üçün heç bir zərərli təsiri yoxdur.15 Nə qədər və hansı müddətə parasetamol qəbul etməli olduğunuz barədə həkimiz və ya ginekoloqunuzla danışın.
Uzaq durulmalı ağrıkəsicilər
Hamiləlik dövründə və əmizdirərkən uzaq durmalı olduğunuz bəzi ağrıkəsicilər var. Bunlara Ibuprofen və ya Naproxen kimi qeyri-steroid iltihab əleyhinə dərmanlar və tibb işçiləri tərəfindən yönləndirilmədiyiniz halda tərkibində kodein və digər opiatlar olan dərmanlar aiddir.15
Başağrısı, yoxsa preeklampsiya?
Əgər sizdə başağrıları davam edirsə, bu, preeklampsiyanın əlaməti ola bilər.15 Bu, hamiləliyin 20-ci həftəsində və doğuşdan dərhal sonraya qədər təsir göstərə bilər.
Çox vaxt preeklampsiya yüngül olur, amma əgər nəzarətdə olmasa və müalicə edilməsə, ciddi fəsadlara gətirib çıxara bilər.
Preeklampsiya diaqnozu nə qədər tez qoyulsa, sizin və körpəniz üçün daha yaxşı nəticəsi olar. Əgər sizdə aşağıdakılar ilə müşayiət olunan güclü başağrısı olarsa, həkimizə və ya ginekoloqunuza zəng edin:
- Bulanıq görmə
- İşıq partlaması kimi qığılcım görmək
- Qabırğaların düz altında ağrı
- Qusma
- Üz, əl, ayaq və topuqlarda şişmə
Son baxış: 18 dekabr 2019

Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.