Hamiləliyin 20-ci həftəsi: Hamiləlik əlamətləri və körpənin inkişafı
Oxuma müddəti: 4 dəqiqə
Hamiləliyin 20 həftəsi neçənci aydır?
5-ci ay (2-ci rüb)
20-ci həftədə körpənin inkişafı
Bu həftə qızları oğlanlardan ayırmağa başlayırıq.
20-ci həftədə körpənin inkişafı

Mənim körpəm nə boydadır? Körpəm nəyə bənzəyir?
Hamiləliyin 20-ci həftəsində körpənizin başından büzdüm sümüyünə qədər ölçüsü təxminən 16 sm (banan boyda), çəkisi isə təxminən 300 qramdır.1 Onun ürək döyüntüləri asanlıqla aşkar olunacaq qədər güclüdür.
İndi körpəniz onun zərif dərisini müdafiə etdiyi düşünülən verniks adlı ağ, kreməbənzər təbəqə ilə örtülüb.2 Sonralar verniksin sürüşkənliyi körpənizin doğuş kanalı ilə aşağı enməsinə kömək edəcək.
Əgər sizinki qızdırsa, onun uşaqlı boşluğu inkişaf edəcək və yumurtalığında artıq yeddi milyon primitiv yumurta olacaq.3 O, dünyaya gələndə iki milyon yumurtalığı olacaq.3 Əgər körpəniz oğlandırsa, onda bu həftə onun xayaları qarın boşluğundan aşağı enməyə başlayacaq.3
Körpənizin sinir hüceyrələrinin inkişafı zəifləyir, amma daha mürəkkəb əlaqə formalaşır, belə ki, körpəniz məmnunedici gərilməkdən zövq ala bilər.4
Ultrasəs müayinə (anomaly scan)
Hamiləliyin 18-20-ci həftələrində körpənizin düzgün inkişaf etdiyinə əmin olmaq və şübhəli görünən nəsə varsa, sonrakı addımları müzakirə etmək üçün sizə ultrasəs müayinə (anomaly scan) təyin olunacaq. Narahat olmağa ehtiyac yoxdur.
Hamiləliyin 20-ci həftəsi (ikinci rüb)
Orqanizmimdə nə baş verir?
Sizin cift körpənizi qidalandırmağa və artıqları ondan xaric etməyə davam edir, amma tezliklə körpəniz ciftinizdən daha böyük olacaq. Ciftiniz də böyüməyə davam edərək doğuşa qədər öz ölçüsündən üç dəfə böyük olacaq.3 Əhəmiyyətli rol oynadığı üçün ultrasəs müayinə mütəxəssisi də müayinə zamanı ciftinizi yoxlayacaq.
Siz həmçinin Braxton-Hicks sancıları və yaxud yalançı doğuş ağrılarını hiss edə bilərsiniz.5 Artıq 20-ci həftədə vücudunuz doğuşa hazırlaşmağa başlayır. Bu sancıları öncədən müəyyənləşdirmək olmur və heç də hamı hiss etmir. Onlar çox aktiv olmaq, dolu sidik kisəsi və ya əksinə, susuzluq səbəbindən ola bilər. Bu sancılar tamamilə normaldır (hətta siz bəzilərini heç hiss etmirsiniz), intensivliyinə və müddətinə görə fərqlənə bilər və adətən narahat olmaq üçün səbəb deyil.
Əgər bu sancılar vaxtı ağrı hiss edirsinizsə, hər beş dəqiqədən bir təkrarlanan güclü sancılardırsa və ya vaginal qanama varsa, həkimiz və ya ginekoloqunuzla əlaqə saxlamalısınız.
Parlaq gələcək buradan başlayır
Körpənizin gələcəyinin formalaşmasına kömək etmək üçün onun inkişafı barədə daha çox öyrənin
20-ci həftədə hamiləlik əlamətləri

Dəmirə diqqət
Dəmir hamiləlik dövründə sağlam pəhrizin əsas qidalandırıcı maddələrindəndir. Hamilə olub-olmamalarından asılı olmayaraq qadınların gündəlik 14.8 mq dəmir qəbul etmələri tövsiyə olunur9. Qan hüceyrələrinin oksigeni bütün vücudunuz boyu10 və körpənizə daşıması üçün ona ehtiyacı var. Körpəniz isə normal koqnitiv inkişaf üçün dəmirə ehtiyac duyur.11
Dəmir çatışmazlığı anemiyaya səbəb ola bilər, buna görə də dəmirin miqdarı, hemoqlabin səviyyəsi və qırmızı qan hüceyrələri hamiləlik dövründə müntəzəm olaraq yoxlanılacaq.
Hamiləlik dövründə qadınların çoxunun hemoqlabin səviyyəsi aşağı düşür, amma dəmir əlavələri yalnız bu səviyyə çox aşağı olduğu halda təyin edilir.12

Dəmirlə zəngin qidalar
- Yağsız ət (yaxşı bişdiyinə əmin olun) və sardina kimi yağlı balıqlar
- Brokkoli, su tərəsi, ispanaq və kələm də daxil olmaqla tünd yaşıl tərəvəzlər
- Xüsəsən keşyu qoz olmaqla, qabıqlı çərəzlər
- Noxud və mərci kimi paxlalı bitkilər
- Kəpəkli çörək və dəmirlə zənginləşdirilmiş səhər yeməyi yarması da olmaqla tam buğda qidalar
- Ərik, qara gavalı və kişmiş kimi quru meyvələr
- Yumurta
DƏMİRİN
ELMİ ƏSASI
Nutricia tərəfindən dəstəklənir
C vitamini dəmir qəbulunu yaxşılaşdırmağa kömək edir, amma bəzi inqrediyentlər və birləşmələr dəmirin sorulması qabiliyyətinizə mane ola bilər. Məsələn, çay və qəhvənin tərkibindəki fenolların (ətir və dad yaradan kimyəvi birləşmələr) dəmirin solurmasına əngəl yaratdığı bilinir.13
Həmçinin hesab edilir ki, tam buğda qidalar fitatlar səbəbindən mineralların sorulmasına mane olur. Bununla bərabər tam buğda qidalarının bişirilməsi, qaynadılması və isladılması fitin turşusunu qeyri-aktiv edir və bu, dəmirin, mineralların və tam buğda lifləri faydalarının sorulmasına imkan verir.14
20-ci həftədə idman
Orta dərəcədə idman hərəkətləri hər ikiniz sağlam olduğu halda həm sizə, həm də körpənizə yaxşı təsir göstərəcək. Hətta siz əvvəllər idman etməmisinizsə belə, elə indi başlaya bilərsiniz, amma incə və az gərginlikli hərəkətlərlə davam edin.
Hamiləliyiniz irəlilədikcə və ya tibb mütəxəssisləriniz tövsiyə etdiyi halda yavaşlamağınız lazım gələcək. İdman hərəkətləri edərkən nəfəsinizi dərmədən söhbət edə bilmirsinizsə, çox güman ki, həddən artıq çox yüklənirsiniz. Bu barədə tərəddüdünüz varsa, ginekoloqunuzla danışın.

Gəzinti
Bu, hamiləlik üçün mükəmməl idman hərəkətidir və cəld yerimək ürəyə də yaxşı təsir edir. Hər həftə hərəsi 30 dəqiqə olmaqla üç və ya beş dəfə gəzməyi hədəfləməlisiniz.15
Yoqa
Bu, əzələlərin gərilməsi və güclənməsinə, hamiləlik ağrılarının (xüsusilə bel nahiyəsində ağrı) azalmasına və qan təzyiqinin aşağı düşməsinə kömək edir. Xüsusən burulmalar kimi mürəkkəb vəziyyətləri etməyə cəhd göstərməyin və “Bikram isti yoqa”dan uzaq durun.15
Üzmə
Bu, eyni vaxtda həm gücün artırılması, həm də aerobik davamlılığın yaranması üçün əla idmandır.15
Çox səy göstərmədən başlayın və hərəsində 30 dəqiqəyə qədər olmaqla həftədə üç və ya beş dəfə idman edin. İdmana başlamadan öncə həmişə isinmə üçün bir neçə dəqiqə ayırın, sonda isə gərilmə hərəkətləri etmək, asta, dərin nəfəs almaqla bədəninizin soyuması üçün vaxt ayırın.
Son baxış: 19 dekabr 2019

Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.