Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Oxuma müddəti: 4 dəqiqə
6-cı ay (2-ci rüb)
Hamiləliyin 25-ci həftəsində körpənizin başından büzdüm sümüyünə qədər uzunluğu təxminən 22 sm, çəkisi isə təxminən 700 qramdır.1 İndi o, hardasa gül kələmi boydadır.
Koordinasiyasının inkişaf etməsi ilə körpəniz indi yumruq yığa və ayaqlarına qədər uzana bilir.1 Qarnınıza toxunarkən sizə cavab olaraq hərəkət etdiyini hiss edə bilərsiniz,2 hətta körpəniz hıçqırdıqda belə bunu müşahidə edə bilərsiniz.3
Dərisinin altında kapilyarları formalaşdıqca və qanla dolduqca körpəniz çəhrayı rəng almağa başlayır.4 Daxildə körpənizin ağ ciyərləri ilk nəfəsini almağa başlayır və onlar doğulan kimi ağ ciyərin normal funksiyasını dəstəkləyən surfaktant hazırlamağa başlayır.3 Bu ərəfədə ağzının ətrafındakı sinirlər inkişaf edir.1 Bunlar süd ilə qidalanmanın ilk vaxtlarında körpənizin toxunma duyğusu ilə ağzını döş uclarınıza doğru yönəltməsinə kömək edəcək.1
Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.
Sizi və körpənizi birləşdirən, körpənizə lazımi qidalandırıcı maddələr və oksigen ötürən və ondan artıqları xaric edən göbək bağı indi qalın və möhkəmdir.5
Siz əllərinizdə, ayaqlarınızda və üzünüzdə şişkinlik görə bilərsiniz. Bu, çox güman ki, hamiləliyin bu mərhələsi üçün normal əlamət sayılan su yığılması ilə əlaqədardır. Bununla belə, şişkinlik müşahidə etdiyiniz zaman mütləq bu barədə ginekoloqunuz və ya həkiminizə məlumat verin. Bu, adətən hamiləliyin ikinci yarısında və ya doğuşdan dərhal sonra üzə çıxan preeklampsiya6 əlaməti də ola bilər.
Körpəniz mədənizin olduğu bölgəyə doğru böyüməyə davam edir. Bu sizin çoxlu gəyirmənizə səbəb ola bilər. Amma bu, tək körpənizin günahı deyil: hormonlar və zəifləmiş əzələlər də mədə pozğunluğu və qıcqırmaya təkan verir.7
“Yalaçı doğuş sancıları” kimi də bilinən Braxton-Hicks sancıları uşaqlıq boşluğu gərildikdə və yumşaldıqda baş verir. Bu, sizin vücudunuzun doğuş üçün məşq etməsidir və narahat olmağa əsas yoxdur. Hətta bəzi qadınları onları hiss etmir.8
Qarnınız böyüdükcə yatmaq çətinləşə bilər. Böyrü üstə yatmağa çalışın, bu, körpənizə, uşaqlıq boşluğuna və böyrəklərinizə daha yaxşı qan axını üçün yaxşı təsir edir.9 Uzun müddət arxası üstə uzanmaqdan çəkinin və yuxunuzun yaxşılaşması üçün hamiləlik yastığı almaq barədə düşünün.
Qıcolma adətən gecələr tutur, odur ki, onu ötüşdürmək üçün ayağa dursanız, işığı yandırmağı unutmayın. Axı ilişmək və yıxılmaq istəmirsiniz. Qol, topuq və ayaqlar üçün yüngül hərəkətlər qıcolmanın qarşısını almağa kömək edər.
Qarnınız böyüdükcə qarnınızda və ya döşlərinizdə çat izləri görünə bilər. Doğuşdan sonra onlar adətən daha az nəzərə çarpır. Pulunuzu “möcüzəli kremlər”ə xərcləməyin, adi nəmləndirici krem və ya bədən yağı ilə masaj kifayət edər.10
Qarnınızın yan tərəfində ağrılar uşaqlıq boşluğunun genişlənməsi (onu yuvarlaq bağ ağrıları da adlandırırlar) səbəbindən olur.11
Hormonlarınız sizi diş əti xəstəliklərinə qarşı daha həssas edir.12
Bir tərəfdən mədə hissənizə doğru böyüyən körpəniz var. Digər tərəfdən isə xüsusən üçüncü rübdə daha çox kalori qəbul etməyiniz lazımdır. Sonuncu rübdə hər gün təxminən əlavə 200 kalori qəbul etməyiniz tövsiyə olunur.13
Daha az yerə daha çox qidanı necə yerləşdirmək olar? Bir yolu “otlamaq”dır. Gün ərzində üç dəfə böyük miqdarda yeməkdənsə, beş və ya altı dəfə az miqdarda yesəniz, özünüzü tox hiss etməyəcəksiniz. Bu sizdə mədə pozğunluğu və qıcqırma hallarını da azaldacaq.
Bununla bərabər, hər kəs fərqli olduğu üçün sizin qəbul etməli olduğunuz kalori miqdarı metabolizmanızdan, aktiv olmağınızdan və birdən çox körpə daşıyıb-daşımamağınızdan asılıdır. Biz sağlam hamiləlikdən zövq almağınıza və körpənizin sağlam gələcəyinə kömək edəcək bir sıra dadlı, balanslaşdırılmış hamiləlik reseptləri hazırlamışıq.
Hamilə qadınların “iki nəfərlik” yeməli olduqları fikri geniş yayılıb.16 Bu, həqiqət deyil: körpəniz ilk altı ayda bütün lazımi qidalandırıcı maddələri sizdən yemək miqdarınızı artırmağa ehtiyac olmadan alacaq.16
Əslində araşdırmalar hamiləlik dövründə artıq çəkisi olan qadınlarda uşaqsalma riskinin və hamiləlik diabeti, preeklampsiya, yüksək qan təzyiqi kimi halların artdığını göstərir.17
Körpənizin doğuşdan öncəki sonuncu böyümə təkanına kömək olacaq sağlam və düzgün balanslaşdırılmış pəhrizlə qidalanmağı davam etdirdiyinizdən əmin olun.
Son baxış: 14 yanvar 2020
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.