Hamiləliyin 27-ci həftəsi

Hamiləliyin 27 həftəsi neçənci aydır?

calendar icon circle

6-cı ay (2-cü rüb)

Xülasə

27-ci həftə üçüncü rübün başlandığına işarə edir və körpəniz daha da dolğunlaşır. Onun hissiyyatı da sürətlə inkişaf edir, gözləri işığa qarşı daha həssas olmağa başlayır. Qıcqırma əlamətləri bu mərhələdə çox rastlaşılan problemdir. Uzaq durmalı olduğunuz qidalar və digərləri barədə öyrənməyiniz faydalı olar.

döl hamiləlik həftə 27

27-ci həftədə körpənizin inkişafı

27-ci həftədə yağ yığmaq

Hamiləliyin 27-ci həftəsində körpənizin başından buduna qədər olan ölçüsü təxminən 24 sm, çəkisi isə 900 qramdan bir qədər çoxdur.1 Dərisinin altında daha çox yağ yığılması ilə o, yeni doğulmuş körpə kimi dolğun görünməyə başlayır.1 Bu yağlar onun bədən temperaturunun qaydada saxlanılmasına və doğuşdan sonra isti qalmasına kömək edir.2

Onun hissiyyatı da sürətlə inkişaf edir, göz retinaları işığa qarşı daha həssas olmağa başlayır.3 Kirpikləri də artıq yerindədir və körpəniz uşaqlıq boşluğunuzu tərk edən kimi onun incə gözlərini qoruyacaq.

Təəccüblü olsa da, körpənizin dad tumurcuqları o qədər inkişaf edib ki, o, yediyiniz fərqli qidalardan meydana gələn müxtəlif dadları amniotik mayedə ayırd edə bilir.4 Həttə onun ədviyyatlı yeməklər kimi bəzi qidaları yediyiniz zaman daha da aktivləşdiyini hiss edə bilərsiniz.

personal pregnancy journey icon circle

Sizin körpə bu həftə

Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.

Hamiləlik dövründə qıcqırma

Hamiləlik dövründə proqestron səviyyəsinin yüksəlməsi doğuşa hazırlaşarkən əzələlərinizi yumşaldır. Bu, eyni zamanda mədənizin girişində yerləşən və az miqdarda mədə turşusunun qida borunuza sızmasına imkan verən qapağa da təsir göstərir. Böyüyən uşaqlıq boşluğunun mədənizə təzyiq göstərməsi ilə bərabər bu amil də mədədə yanma hissinin yaranmasına səbəb ola bilər.5

Bəzi qidaların mədədə yanma hissinə təkan verə biləcəyi səbəbindən qidalanmağınıza xüsusi diqqət ayırmalısınız. Narahatlıq yarada biləcək qidaları müəyyənləşdirdikdən sonra onları az miqdarda yeməyə çalışın. Əsas odur ki, hansısa qida qruplarını və ya qidalandırıcı maddələri ixtisar etməyəsiniz, buna görə də müəyyən qidalara dözümlülük göstərə bilmirsinizsə, bu barədə mütləq həkiminizə məlumat verin.

…sağlam hamiləlik pəhrizinizdə mədənizdə qıcqırma yaradan problemli qidalara diqqət edin və yeməkdən sonra oturmaq və ya az-az, amma vaxtaşırı yemək kimi kiçik dəyişikliklər edin.

Siz həmçinin yeməkdən sonra dik şəkildə oturaraq yediklərinizi həzm etməyə başlaması üçün bədəninizə vaxt verməklə də qıcqırma əlamətlərini azalda bilərsiniz. Bəzi analar az-az, amma vaxtaşırı yeməyin və yatmazdan öncə yeməməyin kömək etdiyini düşünürlər. Əgər istəsəniz, başınız və çiyinlərinizin dik qalması üçün əlavə yastıqlar qoymaqla yatmağı sınaya bilərsiniz.

Mədədə qıcqırmaya qarşı hər hansı bir dərman qəbul etməzdən əvvəl həkiminiz, ginekoloqunuz və ya əczaçı ilə məsləhətləşin, çünki bəziləri hamiləlik dövründə uyğun görülməyə bilər.

NÖVBƏTİ ADDIMLAR

Mədədə qıcqırma hissini azaltmaq üçün aşağıdakıları sınamağa çalışın:5,6

  • Kofein tərkibli qidalar və içkilərdən (məsələn, çay, kofe, kola, şokolad) uzaq durun
  • Turş qidalar və içkilərdən uzaq durun
  • Ədviyyatlı və yağlı yeməklərdən uzaq durun
  • Əlamətlərin başladığını hiss etdikdə süd tərkibli qidalar yeməyə çalışın

Son baxış: 8 avqust 2016

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir

Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun

“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.

Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.

Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.

Yaşadığınız ölkəni seçin