Hamiləliyin 29-cu həftəsi

Hamiləliyin 29 həftəsi neçənci aydır?

calendar icon circle

7-ci ay (3-cü rüb)

Axarına buraxın

Hamiləliyin 29-cu həftəsində körpəniz getdikcə daha aktiv olacaq və onun daha çox hərəkət etdiyini hiss edəcəksiniz. Üçüncü rüb həm də körpənizin təkanla böyüməsinin başlanğıcıdır, belə ki, o, çəkisini üç dəfə artıracaq. K vitamini qanın laxtalanmasına kömək etdiyi üçün hələ də pəhrizinizdə vacib rol oynayır, odur ki, sağlam, balanslaşdırılmış qidalanmaya davam etdiyinizdən əmin olun.

döl hamiləlik həftə 29

29-cu həftədə körpənizin inkişafı

Hamiləliyin 29-cu həftəsində hər körpənin boyu və çəkisi əhəmiyyətli dərəcədə fərqlənir. Amma ümumilikdə götürdükdə, boyu başından büzdüm sümüyünə qədər təxminən 26 sm, çəkisi isə təxminən 1133 qram olur. Hərçənd ki, körpəniz bundan daha böyük və ya balaca ola bilər.1

Onu əminliklə demək olar ki, üçüncü rübün sonunda körpəniz indiki ilə müqayisədə nəzərə çarpacaq dərəcədə, iki dəfə, bəzi hallarda isə üç dəfə böyüyəcək.2 Hələ dünya ilə tanışlığa hazır olmadığı halda, onun beyni nəfəs almaq və bədən temperaturu kimi vacib funksiyalara nəzarət edəcək qədər inkişaf etmişdir.1

29-cu həftədə normal fəaliyyətə başlayan digər orqan və ya orqan cütü ciyərlərdir. Hava kisələrinin mürəkkəb şəbəkəsi və onların daxilindəki daha kiçik hava kanalları nəfəs ala bilmək üçün bu mərhələdə kifayət qədər inkişaf edib, amma onların heç biri tam şəkildə deyil, körpəniz bu mərhələdə dünyaya gələrsə, çox güman ki, ventilyatordan əlavə kömək almağa ehtiyacı olacaq.1 Onun ağ ciyərləri hamiləlik boyunca və uşaqlıq vaxtlarına qədər inkişafını davam etdirəcək.3

Bu mərhələdə körpəniz aktiv olmağa davam edir.

Körpəniz 29-cu həftə boyu aktiv olmağa davam edəcək və yəqin ki, siz çox sayda hərəkətlər – mayallaq vurmaq, yumruq, təkan, həmçinin güclü zərbələr hiss edəcəksiniz.1

Hər gün hiss etməli olduğunuz müəyyən sayda hərəkətlər olmasa da, körpənizin öz “üslubundan” agah olmalısınız; güman ki, o siz yedikdən sonra və ya gecələr dincəlmək üçün oturduqda daha aktiv olur.

Hər hamiləlik fərqlidir, amma siz körpənizin hərəkətlərində hər hansı bir dəyişiklik hiss etsəniz, bu barədə həkiminizə və ya ginekoloqunuza bildirin.

personal pregnancy journey icon circle

Sizin körpə bu həftə

Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.

Gələcəyi düşünün – doğuş üçün K vitamini

Çox cüzi miqdarda – gündə təxminən bədən çəkisinin hər kq-a 0,001 mq – tələb olunmasına baxmayaraq, K vitamini sizin hamiləlik pəhrizinizdə vacib komponent olaraq qalır. Qan laxtalanması üçün vacib əhəmiyyət daşıyan bu vitaminin hamiləlik dövründə çatışmazlığı doğuşdan sonra körpəniz üçün ağırlaşmalara yol aça bilər.5 Nadir hallarda rastlansa da, bədənin hər hansı bir yerində qəfil qanamaya və göyərməyə səbəb ola bilər. K vitamininin sağlam səviyyəsi qanın normal laxtalanmasına imkan verir və bu tip riskləri azaldır.

Körpələrdə K vitamini çatışmazlığı nadir hallarda rastlansa da, onların çoxuna doğulduqdan sonra gücləndirici inyeksiya edilir.

İnsanların çoxu əlavə səy göstərmədən öz qidalanmasından kifayət qədər K vitamini qəbul edir və o, bağırsaqlardakı bəzi bakteriyalar tərəfindən də hazırlana bilər.6 Buna görə də xüsusi olaraq diqqətdə saxlayacağınız qidalanma olmasa da, sağlam hamiləlik pəhrizinizin bir hissəsi kimi bəzi K vitamini mənbələrini faydalı olar.

Körpələrdə K vitamini çatışmazlığı nadir hallarda rastlansa da, onların çoxuna doğulduqdan sonra gücləndirici inyeksiya edilir.

Növbəti addımlar

Sağlam, balanslaşdırılmış pəhrizinizə K vitamini ilə zəngin bu qidaları daxil edin:

  • İspanaq, brokkoli, kələm və yem kələmi kimi yaşıl, yarpaqlı tərəvəzlər
  • Bitki yağları, xüsusən soya yağı
  • Yumurta
  • Yağsız ət
  • Süd məhsulları

1. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and earlyparenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013. pp.44-45.

2. Murkoff H, Mazel S. What to Expect When You’re Expecting. 4th ed. London: Simon & Schuster Ltd, 2009. p.281.

3. Regan, L. Your pregnancy week by week. London: Dorling Kindersley Limited, 2013. p. 203.

4. Department of Health. Report on Health and Social Subjects 41. Dietary Reference Values for Food Energy and Nutrients for the United Kingdom. London TSO. 1991.

5. NHS UK. What happens straight after the birth? [Online]. 2014. Available at: www.nhs.uk/Conditions/pregnancy-and-baby/Pages/what-happens-straight-after-the-birth.aspx [Accessed August 2016].

6.NHS. Vitamins –vitamin K [Online]. 2009. Available at: https://www.nhs.uk/pregnancy/keeping-well/vitamins-supplements-and-nutrition/[Accessed March 2021].

Son baxış: 8 avqust 2016

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x