Hamiləliyin 8-ci həftəsi: Hamiləlik əlamətləri və körpənin inkişafı

Oxuma müddəti: 4 dəqiqə

Hamiləliyin 8 həftəsi neçənci aydır?

calendar icon circle

2-ci ay (1-ci rüb)

foetus icon

8-ci həftədə körpənin inkişafı

Körpənizin üz cizgiləri daha aydın olmağa başlayır.

pregnancy icon

Səgər ürəkbulanması

Başlaya biləcək səhər ürəkbulanmasını necə yüngülləşdirməyi öyrənin.

chicken icon

Sink

Sinkin körpənizin hüceyrələrini necə dəstəklədiyini və hansı qidaların yaxşı mənbə olduğunu kəşf edin.

8-ci həftədə körpənin inkişafı

foetus pregnancy week 8

Mənim körpəm nə boydadır? Körpəm nəyə bənzəyir?

Hamiləliyin 8-ci həftəsində körpəniz təxminən 1,6 sm uzunluğunda olacaq.1 Bu mərhələdə körpənizin yenicə formalaşmış çənə sümüyü onun balaca ağzına daha aydın forma verir və iki dəliyə malik burun ucu da görünməyə başlayır.2

Daxildə isə qığırdaq sümük hüceyrələri və oynaqlar ilə əvəzlənir, ayaqlar uzanır, amma dizləri, ayağın aşağı və yuxarı hissələrini görmək hələ tezdir.3

8-ci həftədə körpəniz tibbi olaraq latın dilində “gənc adam” və ya “övlad” mənasını verən foetus adlanır.

İnanılmaz olsa da, əzələləri fəaliyyətə başladığı üçün o, artıq kiçik, qəfil hərəkətlər etməyə başlayıb. Bu hərəkətlərin hiss edəcəyiniz dərəcədə güclü olması üçün hələ bir neçə həftə gözləmək lazım gələcək.2

parenting icon circle

Parlaq gələcək buradan başlayır

Körpənizin gələcəyinin formalaşmasına kömək etmək üçün onun inkişafı barədə daha çox öyrənin

Hamiləliyin 8-ci həftəsi (birinci rüb)

pregancy bump 8 weeks

Orqanizmdə dəyişikliklər

8-ci həftədə hamiləlik qarnının ilk əlamətlərini görə bilərsiniz, amma bu, heç də hamı üçün keçərli deyil.

8-ci həftədə hamiləlik əlamətləri3

Erkən hamiləlik əlamətləri insandan insana görə dəyişir. 8-ci həftədə hamiləliyin aşağıdakı əlamətlərindən hər hansı birini yaşaya bilərsiniz, ya da ümumiyyətlə müşahidə olunmaya bilər:

Ürəkbulanmanız var?

Səhər ürəkbulanması hamiləlik dövründə hər üç qadından ikisinə təsir edir. O, gündüz və ya gecə, fərq etməz, istənilən vaxt üzə çıxa bilər və 8-ci həftədə ən pis dərəcədə olur. 16-20-ci həftələr arasında anaların çoxu əlamətlərin zəiflədiyini hiss edərək rahatlaşır.

Bəzi analar səhər ürəkbulanmasını birinci rübdən sonra da hiss edirlər, öyümə isə bütün hamiləlik boyu gəlib-gedə bilər.

Yadda saxlamaq lazımdır ki, ürəkbulanma adətən sağlam hamiləliyin əlaməti heab olunur.

Əlamətləri yüngülləşdirmək üçün bu tövsiyələri sınayın:9

health icon 1

Yaxşı gecə yuxusu alın və gün ərzində doyunca istirahət edin.

health icon 2

Yataqdan qalxmazdan əvvəl bir ədəd quru kreker, tost və ya adi peçenye yeyin.

health icon 3

Mədənizdə nəyinsə olması üçün az-az, amma vaxtaşırı yeyin.

health icon 4

Bol maye için.

health icon 5

Əgər içmək sizə çətindirsə, meyvəli buz, buz kubları yalayın və ya mədənizin maye balansını saxlaması üçün sadəcə bir qurtum nəsə için.

health icon 6

Zəncəfili təzə dəmlənmiş çay və ya alkoqolsuz zəncəfil pivəsi ilə öz pəhrizinizə daxil edin.

health icon 7

Səyahət qolbağından istifadə edin. O, biləyə akupunktur nöqtəyə təzyiq edəcək şəkildə bağlanılır.

Orqanizminizin müxtəlif günlərdə müxtəlif cür reaksiya verə biləcəyini unutmayın. Eksperimentə davam edin və əgər ürəkbulanmaya görə kifayət qədər yemədiyiniz və ya içmədiyiniz sizi narahat edərsə, bu barədə ginekoloqunuza və ya terapevtinizə məlumat verin.

Sink ehtiyatı saxlayın

Sink hamiləlik dövründə əhəmiyyətli rol oynayır. Sink qəbulunu artırmaq üçün aşağıdakı qidaları pəhrizinizə daxil etməyə çalışın:

  • Zinklə zənginləşdirilmiş yarmalar
  • Dana və quzu əti kimi qırmızı ət
  • Ev quşları, xüsusən hind quşu
  • Tam buğda çörəyi və yarması
  • Qabıqlı çərəzlər
  • Süd, pendir və yumurta

SİNKİN

ELMİ ƏSASI

Nutricia tərəfindən dəstəklənir

Sink orqanizmi hüceyrələr səviyyəsində dəstəkləyir; hüceyrələrin formalaşması, bölünməsi və qorunmasından əlavə, normal immun sistemi funksiyası və görmədə də rol oynayır. O, eyni zamanda normal koqnitiv inkişaf, qadın məhsuldarlığı və sümüklərin sağlamlığını da dəstəkləyir.10 Sağlam, balanslaşdırılmış pəhriz, çox güman ki, ehtiyacınız olan sink miqdarını təmin edəcək.11 Doğuş öncəsi multivitaminlərin çoxunun tərkibində yüksək miqdarda sink olsa da, qida mənbələri vasitəsilə də qəbul etmək faydalıdır. Uşaq doğurmaq yaşında olan qadınlar üçün tövsiyə edilən miqdar gündə 7 mq-dır.12

weight gain icon

Hamiləlik dövründə nə qədər çəki yığmalıyam?

Hamiləlikdə dövründə çəkinin artması hamiləlikdən əvvəlki çəkinizdən asılıdır və anadan anaya görə böyük ölçüdə dəyişir. Əksər qadınların çəkisi hamiləlik dövründə 10-12,5 kq artır və bunun bir hissəsini böyüyən uşağın çəkisi təşkil edir.13

Əgər siz hələ də terapevtin qəbulunda olmamısınızsa, bunu etməyiniz lazımdır, çünki o, ilk ultrasəs müayinə də daxil olmaqla doğuş öncəsi qulluğunuzun planlaşdırılmasına start verəcək.

Son baxış: 23 sentyabr 2019

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir

Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun

“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.

Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.

Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.

Yaşadığınız ölkəni seçin