Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Oxuma müddəti: 4 dəqiqə
Körpənizin əzələləri və sümükləri inkişafını davam etdirir.
Hamiləlik dövründə infeksiyalara qarşı daha zəif olmağınız qida gigiyenasını əsas prioritet edir.
Hamiləliyin 9-cü həftəsində körpənizin ağzı və dili formalaşmağa başlayır, dad tumurcuqları isə artıq formalaşıb.1 Başından büzdüm sümüyünə qədər olan ölçüsü 2-3 sm arasında dəyişir, təxminən albalı boyda. Bu mərhələdə körpənizin gözləri daha aydın şəkil alır, burnu isə tanınabilən hala gəlir.2
Körpənizin beyni, ürəyi, ağ ciyərləri və böyrəkləri də daxil olmaqla əsas orqanları inkişafını davam etdirir. Ultrasəs müayinədə körpənizin cinsini görmək hələ ki, tezdir, amma kiçik hərəkətləri daha görünəbilən olur,3 bu onun əzələlərinin formalaşmağa başladığına işarədir.4 Ginekoloqunuz eyni zamanda doppleri (ultrasəs cihazı) qarnınızda gəzdirməklə körpənizin ürək döyüntülərini eşidə bilər.4
Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.
Hamiləliyin 9-cu həftəsində qarında şişmənin olması geniş yayılsa da, hələ ki, hamilə kimi görünməyiniz və ya hansısa əlamətlərlə rastlaşmağınız az ehtimal edilir.
Erkən hamiləlik əlamətləri insandan insana görə dəyişir. 9-cu həftədə hamiləliyin aşağıdakı əlamətlərindən hər hansı birini yaşaya bilərsiniz, ya da ümumiyyətlə müşahidə olunmaya bilər:
Döşləriniz böyüyə bilər və ağrı hiss edə bilərsiniz. Həmçinin döş gilələrinizin həmişəkindən daha çox çıxdığını və rənginin tündləşdiyini görə bilərsiniz, bununla vücudunuz əmizdirməyə hazırlıq dönəminə başlayır.
İlk 12 həftə ərzində baş verən hormonal dəyişikliklər səbəbindən özünüzü yorğun və əldən düşmüş hiss edə bilərsiniz.
Səhər ürəkbulanması hamiləliyin birinci rübündə ana olmağa hazırlaşanların 80%-ə təsir edir.6 Bu, günün istənilən vaxtında tuta bilər və gün ərzində yüngül ürəkbulanmadan qusmaya qədər dəyişə bilər.
Hamiləlik hormonu proqestron həzm prosesini yavaşladır və bu, köpməyə və qaz artıqlığına səbəb ola bilər.
Yüngül sancılar və qanlı ifrazatın yaranması hamiləliyin erkən mərhələlərində geniş bilinən haldır.8,9 Əgər ağrı şiddətli olarsa (menstruasiya sancısından daha ağrılı) və ya qanaxma kəskinləşərsə, terapevtinizə müraciət edin.
Ayaqyoluna tez-tez getmək erkən hamiləlik dövründə geniş yayılan əlamətlərdəndir, belə ki, böyüyən uşaqlıq boşluğu sidik kisəsinə təzyiq göstərir.
Hamiləlik hormonları estroqen və proqesteron hamiləliyin ilk 12 həftəsində10 yüksəlməklə sizin emosional vəziyyətinizə təsir edir. Özünüzü gümrah hiss etməyiniz üçün çoxlu dincəlin və yüngül idman hərəkətləri edin.
Əgər hamilə qaldığınızdan bu yana terapevtinizin qəbulunda olmamısınızsa, doqquzuncu həftə ona zəng etmək və ilk müayinə üçün qəbuluna yazılmaq üçün əla vaxtdır. Hamiləlik xəbərini ətrafınıza və kənarlara yaymaq istəməyə bilərsiniz, amma hamiləlik sağlamlığınız barədə daha ətraflı danışmaq imkanı hamiləliyi daha real hiss etməyinizə kömək ola bilər.
Hamiləlik dövründə immun sisteminiz orqanizminizin böyüyən sərnişini qəbul etməsinə imkan verməsi üçün təbii olaraq təzyiqdə qalır.11 Bu sizi infeksiyalara qarşı zəifləmiş hala gətirə bilər, buna görə də qidaların hazırlanması və gigiyenasına əlavə diqqət göstərməyi vacib edir.
Çiy və ya tam bişməmiş, eyni zamanda üzərində etiketi olmayan yumurta, həmçinin evdə onlardan hazırlanan mayonez, dondurma və mus kimi qidalar.
Yaxşı qızardılmamış və az bizmiş ət, balıq və toyuq əti.
Tərkibində çiy ət və balıq olan steyk-tartar, suşi və digər yeməklər.
Pasterizə edilməmiş süd, pendir və yoğurt.
Hamiləlik dövründə gündəlik olaraq 10 mkq D vitamini qəbul etmək tövsiyə olunur.12
D vitamini qəbul etmək üçün ən effektiv yol birbaşa günəş şüaları, xüsusən UVB (ultrabənövşəyi) şüalar vasitəsilə almaqdır. Amma il ərzində günəşli saatların müxtəlif olması kifayət qədər effektiv günəş işığı qəbul etməyimizə mane olur. Bu amil təkcə dəri vasitəsilə D vitamini qəbul etməyin hamiləlik dövründə körpənizin dəstəklənməsi üçün kifayət etmədiyini izah edir.13
D vitamini sizin hamiləlik pəhrizinin vacib bir hissəsidir. O, körpənizin bədənindəki kalsium və fosfat səviyyəsini tənzimləməklə onun sümüklərinin böyüməsi və inkişafında həyati əhəmiyyətli dəstəkləyici rol oynayır.14 Kifayət qədər D vitamini təminatı həmçinin körpənizin D vitamini çatışmazlığı riskini də azaldır.
Hamiləlik dövründə qəbul etdiyiniz D vitamini körpənizin sümüklərinin inkişafını dəstəkləməklə bərabər onun həyatının ilk ayları üçün yığılacaq ehtiyat miqdarın artırılmasını da təmin edir.15
Hamiləlikdə dövründə çəkinin artması hamiləlikdən əvvəlki çəkinizdən asılıdır və anadan anaya görə böyük ölçüdə dəyişir. Əksər qadınların çəkisi hamiləlik dövründə 10-12,5 kq artır və bunun bir hissəsini böyüyən uşağın çəkisi təşkil edir.13
Son baxış: 23 oktyabr 2019
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.