@DrDawnHarper
Əgər hamiləliyiniz heç bir ağırlaşma olmadan irəliləyirsə, həkiminiz və ya ginekoloqunuz icazə verisə, idmanla məşğul olmağı davam etdirə və hətta yeni rutinlərə də başlaya bilərsiniz. Araşdırmalar göstərir ki, idmanla məşğul olmağın, iki nəfər üçün aktivliyin gələcək analara olduqca böyük faydaları var. Amma sizin və inkişaf edən körpənizin sağlamlığını qorumaq məqsədilə yadda saxlanılmalı bəzi qaydalar da var.
Hamiləlikdə idmana başlamamışdan əvvəl həkiminiz və ya ginekoloqunuzla söhbətləşin. İstər hamiləlikdən əvvəlki xoşladığınız idman hərəkətləri olsun, istərsə də yeni rutinlər olsun, mütləq bu barədə onları məlumatlandırın. Hamiləlik dövründə müəyyən şərtlər altında idman etmək bəzi qadınlara tövsiyə edilməyə bilər, odur ki, ən yaxşısı tibb mütəxəssislərindən məsləhət almaqdır.
Bəlkə də etməli olduğunuz ən sadə dəyişiklik, xüsusən 16-cı həftədən sonra beli üstə uzanmaqdan çəkinməyinizdir. Qarnınızın çəkisi bəzi qan damarlarına təzyiq göstərməklə qan dövranını azalda,1 bu isə baş gicəllənməyə səbəb ola və körpənizə qidalandırıcı maddələr və oksigenin daşınmasına təsir göstərə bilər. Bunun əvəzinə böyrü üstə uzanmağa çalışın.
Ənənəvi qarın əzələləri məşqlərini çıxarmaqla idman rutininizə gövdə və çanaq hissənizi gücləndirəcək hərəkətləri daxil edə bilərsiniz və etməlisiniz. Gövdənizi hərəkət elətdirməyin bir yolu (əlləriniz çiyinlərinizlə, dizləriniz ombalarınızla bir sırada və beliniz düz şəkildə) əllərinizi və dizlərinizi yerə qoymaqla qutu vəziyyəti almaqdır. Belinizi pişik kimi yuxarı dartmaqla qarın əzələlərinizi içəri çəkin. Bir neçə saniyə saxlayın, əvvəlki neytral vəziyyətə qayıdın və yenidən təkrarlayın.2
Bir zamanlar mütəxəssislər hamilə qadınların ürək ritminin dəqiqədə 140 dəfəni keçməməli olduğunu tövsiyə edirdilər, amma bizim fitnes anlayışımız o vaxtdan bu yana dəyişib. Sakit vəziyyətdə ürək ritminin artması (təxminən dəqiqədə 10 dəfəyədək) hamiləliyin normal fizioloji nəticəsi hesab olunur.3 Fitnes səviyyələri kimi ürək ritmləri də şəxsdən şəxsə görə dəyişir, buna görə də ürək döyüntülərinizin sürətini müəyyən göstəricinin altında saxlamaq uyğun deyil.
Ən yaxşı qayda orta intensivlikdə hərəkətlərlə başlamaqdır; hərəkətləri edərkən söhbət edə bilməlisiniz.
Hamiləlik dövründə bədən temperaturu ilə bağlı xüsusi tövsiyələr çox azdır, bununla belə mütəxəssislər bu fikrə gəliblər ki, bədən temperaturunuzu 2°C-dən çox və ya 38.9°C-dən yuxarı qaldıracaq aktivlikdən uzaq durmalısınız.4 Çünki bu cür temperatur dəyişikliyi hipertermiyaya (hiportermiyanın əksi) səbəb ola bilər. Hamiləlik dövründə hipertermiya onurğaya və beyinə təsir edən doğuş qüsurları riskini iki dəfə artırır. Buna görə də hamiləlik dövründə isti vanna və ya spadan istifadə edilməsi tövsiyə olunmur, həmçinin isti yoqadan da uzaq durulmalıdır.5
Bununla belə qaçmaq, üzmək adi yoqa kimi orta dərəcəli idman məşqləri sizin bədən temperaturunuzu bu göstəricidən yuxarı qaldırmamalıdır.
@DrDawnHarper
Aşağıda qeyd olunan aktivliklərin heç də hamısı hamiləlik dövründə körpənizə birbaşa olaraq zərərli olmasa da, bəziləri sizi yıxılmaq və ya qarnınıza zərbə dəyməsi kimi vəziyyətlərə sala bilər.
Əlbəttə ki, idman hərəkətlərinin əksəriyyəti təhlükəsizdir, amma orta dərəcədə yerinə yetirildikdə. Başlamaq üçün məşqçinizlə görüşün və hamiləlik rübünə uyğun rutin seçin. Əgər evdə idman hərəkətləri etməyə üstünlük verirsinizsə, otağınızdan bizim yoqa və digər məşqlər barədə videolarımızı izləyə bilərsiniz.
İdman hərəkətləri etməyə başlamamışdan və ya hazırki idman rutininizi davam etdirməmişdən əvvəl mütləq həkiminiz və ya ginekoloqunuzla söhbətləşin. Sizə hər şey aydın olduqdan sonra:
Son baxış: 9 dekabr 2016
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.