Hamiləlikdə uzaq durulmalı qidalar

Oxuma müddəti: 8 dəqiqə

Təəssüf ki, ən çox sevdiyiniz qidalardan bəzilərini tərkibində toksinlər olması və ya qida zəhərlənməsi riskini artıra biləcəyi səbəbindən hamiləlik dövründə menyudan kənar saxlanıla bilər. Hamiləlik dövründə hansı qidalardan uzaq durmalı olduğunuz və hansı yeməklərə və içkilərə diqqət etməli olduğunuz barədə öyrənin.

Hamilə olarkən nəyi yeməməli

Hamilə olarkən hansı qidalardan uzaq durmalı olduğunuzu bilməyiniz qidalandırıcıların düzgün balansını qorumaq qədər əhəmiyyətlidir. Bəzi qidalar qida zəhərlənməsi riskini artıra biləcəyi, bəziləri isə tərkibində toksinlər ola biləcəyi üçün onlardan uzaq durmaq ən yaxşısıdır.

Hamilə olarkən uzaq durulmalı qidalar

Qida zəhərlənməsi sizin üçün narahat bir hal olmaqdan əlavə, körpənizin sağlamlığını da riskə ata bilər.1 Buna görə də hamiləlikdə pəhrizinizə fikir verməyiniz, yemək hazırlayarkən xüsusi diqqət etməyiniz və qida zəhərlənməsi növü olan listerioz riski ilə əlaqəli qidalardan uzaq durmağınız vacibdir.2

Listerioza ətraf mühitdə təbii olaraq rastlaşılan, torpaqda və suda mövcud olan listeria monocytogenes bakteriyası səbəb olur.2 O, torpaq və ya su ilə təmasda olan məhsullarda, heyvanlardan keçən bakteriyaların olduğu ət və süd məhsullarında, həmçinin yumşaq pendir və soyuq üsul ilə emal edilmiş ət məhsullarında ola bilər.2

Hamiləlik dövründə aşağıdakı qidalardan uzaq durmaq lazımdır:1

  • Çiy və ya az bişmiş ət – potensial toksoplasmosis riski səbəbindən ət çox isti olmalı və yaxşı bişməlidir.1
  • İstridiyə kimi çiy, qabıqlı dəniz məhsulları.3
  • Hisə verilmiş ət – salyami, çorizo, pepperoni, yaxud proşutto; çünki onlar bişirilmir.
  • Paterizə edilməmiş süd, qatıq və ya pendir – həmçinin, bri, kamember, yaxud mavi damarlı pendirlər.
  • Qılıncbalıq, marlin balığı və köpəkbalığı – onların tərkibində civə var və çox miqdarda qəbul edilərsə, körpənizin inkişaf edən sinir sisteminə ziyan vura bilər.3 Tunes balığının da tərkibində civə var, buna görə də həftədə dörd ədəd 140 qram (suyu süzülmüş çəkisi) konservləşdirilmiş və ya iki təzə tikə (çiy halda hər biri 170 qrama qədər) ilə məhdudlaşın.3
  • Qara ciyər və paştet kimi qara ciyər məhsulları – onların tərkibində çox miqdarda qəbul edəcəyiniz halda körpəniz üçün ziyanlı ola biləcək A vitamini var.1 Hamiləlikdə A vitamini barədə daha ətraflı oxuyun.

Diqqət edilməli digər qidalar və içkilər

Yumurta

Əgər hamilə olarkən az bişmiş və ya qızarmış yumurta yeməkdən narahatsınızsa, son zamanlar hamiləlik dövründə çiy və ya az bişmiş yumurta yeməklə bağlı edilən tövsiyələr sizi məmnun edəcək. Hamilə qadınlar üzərində kod olduğu halda çiy və ya az bişmiş yumurta yeyə bilərlər.1 Hamiləlikdə yumurta yeməklə bağlı daha ətraflı öyrənin.  

Alkoqol

İçdiyiniz bütün alkoqol cift vasitəsilə körpənizə çatır.4 Hamiləlik dövründə həddən artıq alkoqolun qəbul edilməsi körpənizin inkişafına ciddi şəkildə təsir etdiyi halda, hansı miqdarın təhlükəsiz olması barədə heç bir məlumat yoxdur. Hamiləlikdə alkoqollu içkilər ilə bağlı daha ətraflı oxuyun.  

Kofein

Kofein ciftə ötürülür və bununla da körpəniz sizinlə eyni həzzi alır, eyni zamanda ürək döyüntüləri artır və onu daha ayıq vəziyyətə gətirir. Hamiləlikdə kofein və tərkibində kofein olan qidalar və içkilər barədə öyrənin.

Doymuş yağ

Bəzi yağlar körpənizin böyüməsi və inkişafı üçün vacib olduğu halda, digərləri sağlamlığınıza təsir edə bilər və həmiləlik pəhrizinizdə onların qəbulu məhdudlaşdırılmalıdır.5

İdeal olaraq, yağlar gündəlik kalori qəbulunuzun 35%-dən çoxunu təşkil etməməlidir.6 İnsanların çoxu bu limit çərçivəsində qidalansa da, daha çox miqdarda doymuş yağ və ya kifayət qədər sağlam olmayan yağ növləri qəbulu tendensiyası var.5

Doymuş yağ qanınızdakı xolesterol səviyyəsini artıra bilər və bu da ürək xəstəlikləri riskinin artması ilə nəticələnə bilər.5 Çox miqdarda doymuş yağ yemək hamiləlik dövründə lüzumsuz çəki artımına səbəb ola bilər.5

Mütəxəssislər doymuş yağların enerji qəbulunuzun maksimum 11%-ni təşkil etməsini tövsiyə edirlər, bu isə təxminən 20 qrama bərabərdir.6

Bu qidalar yüksək miqdarda doymuş yağa malikdir:

  • Yağlı ət parçaları
  • Tam yağlı süd məhsulları
  • Tortlar
  • Biskivitlər
  • Çipslər
  • Krem və dondurma

Trans yağlar

Trans yağlar qidaların istehsal olunmasında istifadə olunan süni yolla alınmış yağlardır. Qidaların saxlanma müddətini və dadını qorumasını artırır.7 Ət və süd məhsullarında və tərkibində hidrogenizirasiya olunmuş bitki yağı olan qidalarda az miqdarda trans yağlar ola bilər. Marqarin, mikrodalğalı sobada hazırlanmış popkorn və bəzi krekerlərdə də trans yağlar ola bilər, buna görə də onların tərkiblərini bilmək üçün yarlıqlarını oxumaq faydalı olar. Trans yağlar həmçinin xolesterol səviyyəsini yüksəldə bilər və bu da ürək xəstəlikləri riskini artırır.6

Hamilə olarkən yerfındığı yemək təhlükəsizdirmi?

Əgər sizin yerfındığına allergiyanız yoxdursa və həkimiz ondan imtina etməyi xüsusilə tövsiyə etməyibsə, hamiləlik dövründə və körpənizi əmizdirərkən yerfındığı və tərkibində yerfındığı olan qidaları yeməyiniz təhlükəsizdir.1 Aparılmış bir neçə elmi araşdırmadan sonra bu nəticəyə gəlinmişdir ki, ananın yerfındığı yeməsi ilə uşaqda yerfındığına qarşı allergiyanın yaranması arasında heç bir əlaqə yoxdur.1

Qida gigiyenası tövsiyələri

Yeməklərin etibarlı şəkildə hazırlanması hamiləlik dövründə qidalanma ilə bağlı xəstəliklərin qarşısını almaq üçün vacibdir. Ən yaxşı qayda həmişə yeməkləri hazırlamamışdan əvvəl və sonra əllərinizi, meyvə və tərəvəzləri yaxşıca yumaqdır. Hazır yeməklərin, yenidən isidilmiş yeməklərin və restoran yeməklərinin siz yeyənə qədər həmişə isti qaldığına əmin olun.1

  1. NHS. Foods to avoid during pregnancy [Online]. 2017. Available at: www.nhs.uk/chq/Pages/917.aspx?CategoryID=54 [Accessed February 2020]
  2. NHS. Listeriosis [Online]. 2017. Available at: www.nhs.uk/conditions/listeriosis/ [Accessed February 2020]
  3. NHS. Fish and shellfish [Online]. 2018. Available at: www.nhs.uk/live-well/eat-well/fish-and-shellfish-nutrition/ [Accessed February 2020]
  4. NHS. Drinking alcohol while pregnant [Online]. 2020. Available at: www.nhs.uk/conditions/pregnancy-and-baby/alcohol-medicines-drugs-pregnant/ [Accessed February 2020]
  5. NHS. Fat – the facts [Online]. 2017. Available at: www.nhs.uk/Livewell/Goodfood/Pages/Fat.aspx [Accessed February 2020]
  6. British Nutrition Information. Fats Explained [Online]. 2017. Available at: www.nutrition.org.uk [Accessed February 2020]
  7. NHS. Trans-fat [Online]. 2008. Available at: https://upbabyup.com [Accessed February 2020]

Son baxış: 29 may 2020

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x