Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Hazırlıq müddəti: 10 dəqiqə. Bişmə müddəti: 20 dəqiqə. Porsiya: 4
Protein və çeşidli vitaminli; bir porsiya tövsiyə edilən gündəlik fol turşusu miqdarının üçdə birini, gündəlik D vitamini ehtiyacının beşdə birini və C vitaminini təmin edir.
Bu yemək: Vegetarian • az miqdarda şəkər və duz • yüksək miqdarda protein • fol turşusu, A, C, D vitaminləri və B12 mənbəyi
Hər porsiyanın tərkibi:
Qida dəyəri | Miqdarı | Qidalandırıcı qəbulu norması (%) |
---|---|---|
Enerji | 279 kkal | 14% |
Yağ | 15 q | 21% |
Doymuş yağ | 5.7 q | 29% |
Şəkər | 7 q | 8% |
Duz | 0.34 q | 6% |
Hamiləliyin üçünçü rübündə enerji ehtiyacınız təxminən 200 kalori artır.1 Kalori qəbulunu artırmaq ehtiyacı varsa, ikinci paşot yumurtanı öz porsiyanıza niyə də daxil etməyəsiniz?
Reseptin tərkibindəki allergenlər: yumurta, süd, qlüten (unda). Qida dəyəri barədə bütün məlumatlar bir porsiyaya əsaslanır.
* Kabak: Tərkibindəki C vitamini hüceyrələrinizi qorumağa və onların sağlam qalmasına kömək edir2
* Şirin qarğıdalı: Sizdəki hormonal dəyişiklər səbəbindən yaranan qəbizliyin qarşısını almağa kömək edən lifli maddələri təmin edir3
* Yumurta: Tərkibində körpənizin böyüməsi üçün təməl daşları təmin edən protein var.4 Yumurtanın qabığında kodun olmasına diqqət edin, bu yumurtaları hamilə qadınlar çiy və ya qismən bişmiş halda da yeyə bilərlər5
* Duz: Orqanizmdəki mayeni nizamlamağa və saxlamağa kömək edə bilər,6 amma qədərindən artığı zərərli ola bilər. Buna görə də gizli mənbələrə diqqət edin və qəbulunu mümkün qədər məhdudlaşdırmağa çalışın
Son baxış: 7 sentyabr 2018
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.