Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Uşağınızın emosional ehtiyaclarını anlamaq çətin tapşırıqdır. Uşaq sağlamlıq təlimi eksperti Dr. Aric Sigmanın qayğıkeş valideynliyin hansı mənanı daşıdığı və uşağınızın gələcəkdəki emosional və koqnitiv inkişafına necə təsir etməsi barədə dedikləri ilə tanış olun.
Bir valideyn olaraq sizin üçün uşağınızın fiziki ehtiyaclarını müəyyən etmək asandır – qidalanması, yaşadığı yer, tibbi xidmətlərlə təmin olunması. Amma bir uşağın, xüsusən də yeriməyə təzə başlayan uşağın emosional ehtiyacları aşkar olunmaya bilər, çünki o, ünsiyyət qurmağı hələ indi öyrənir.
Uşağın inkişaf edən beyninin formalaşmasında ən vacib üsullardan biri uşaq ilə valideynlər arasında olan və “qəbul et və qarşılıq ver” adlanan qarşılıqlı əlaqədir. Körpələr və yeriməyə təzə başlayan uşaqlar təbii olaraq “qağ-quğ” etmək, üz ifadələri və jestlərlə ünsiyyətə girirlər və böyüklər də eyni hərəkətlərlə qarşılıq verirlər.1 Bu irəli-geri proses, xüsusən ilk illərdə beynin işləməsi üçün təməl rolunu oynayır.
Qayğıkeş valideynlik uşaqların emosional siqnallarına cavab vermək üçün isti və qəbuledilən davranışlarla “qəbul et və qarşılıq ver” qarşılıqlı əlaqə üsulunu təşviq edir.
Valideynliyin bu üsulu uşaqlarımızın ehtiyaclarını başa düşməyimizə və onlara daha yaxşı qarşılıq verməyimizə kömək edir, onun sağlamlığı və inkişafında əsaslı təsirə malik ola bilər.2,3
Uşaqlarımızın ehtiyaclarını başa düşməyimiz bizim diqqətlə müşahidə etdiyimizi və uşağımızın davranışlar vasitəsilə bizə verdiyi siqnallara məna qazandırdığımızı görən biri üçün çətin proses ola bilər. Qayğıkeş valideynlik uşaqlarımızı nəyin hərəkətə keçirdiyini – onları həyəcanlardıran, məşğul edən, hirsləndirən, yaxud sakitləşdirən şeylər – öyrənə bilməyimiz üçün daha hissiyyatlı və agah olmağımızı özündə ehtiva edir. Vəziyyətdən asılı olaraq fərqli formalara düşə bilər; məsələn, xəstəlik əlaməti, sözlü şərh, yaxud müəyyən üz ifadəsi kimi işarələrə reaksiya veririksə.2 Bu, həmçinin kimin reaksiya verdiyinə də bağlı ola bilər – ilk illərdə bu şəxs ana olur. Bütün hallarda uşaqlarımızla bağlı bir vəziyyətə reaksiya veririksə, bu, bir qayda olaraq üç mərhələli prosesdən keçir.2
Qayğıkeş valideynlik son dərəcə əhəmiyyətlidir, uşağın sağlamlığı və inkişafını həm qısa, həm də uzun müddətli dövrdə, hətta genetik səviyyədə belə yaxşılaşdırır. Uşağımızın miras aldığı genlər statik və ya sabit deyil, amma uşağımızın təcrübələri ilə “ifadə olunur” – aktivləşir və ya kənar edilir. Bu da onun inkişaf edən beyin arxitekturasını şəklə salır və cəmiyyətin sağlam, məhsuldar üzvləri kimi böyüyüb-böyüməyəcəyinə güclü təsir edir.
Pozitiv təcrübələr uşağın genetik potensialını aktivləşdirən genlər üzərində öz kimyəvi imzasını qoyur.4,5
Həyatının erkən dövrlərində analarının pozitiv təcrübələr yaşatdığı məktəb yaşlı uşaqların beyinləri daha böyük hippokampa malik olur, bu, öyrənmə, yaddaş və stresə reaksiya üçün vacib olan aparıcı strukturdur.6
Araşdırmalar həmçinin ananın cavab reaksiyasının az çəkili doğulmuş körpələrin inkişafında qoruyucu təsirə sahib olduğunu, sosial təşviş və depressiv əhval-ruhiyyə kimi problemləri azaltdığını göstərmişdir.7,8
Qarşılıqlı əlaqələr uşağın sağlamlığı və inkişafı üçün vacib olduğu halda, qayğıkeş valideynlik üsulunun olmaması, xüsusən təzə yeriməyə başlayan uşaqlarda neqativ təsir yarada bilər. Aydındır ki, uşağımızın gündəlik (bəzən isə tələbkar) ehtiyaclarına dərhal cavab verə bilmədiyimiz situasiyalar və anlar ola bilər, buna görə də valideynlər uşaqlarının daimi çağırışlarından kənarda qaldıqlarına görə çox narahat olmamalıdırlar.
Amma körpəlikdən başlayaraq ‘qəbul et və qarşılıq ver’ qarşılıqlı əlaqəsində nəzərəçarpan qırılmanın olması, güvənilməyən cavab reaksiyası və ya reaksiya çatışmazlığı uşağın beyninin inkişafını poza bilər. Uşağımızla qarşılıqlı əlaqə çatışmazlığı səbəbindən yaranan itirilmiş imkanlar uşaqda stresə yol aça, bu isə öyrənmə, davranış və sağlamlıq problemləri ilə nəticələnə bilər.1,9
Davamlı olaraq reaksiya göstərmək və uşağımızın mütəmadi olaraq dəyişən ehtiyaclarını başa düşmək mürəkkəb və tələbkar prosesdir və buna nail olmaq bəzilərimiz üçün daha çətin ola bilər.10 Bu, xüsusi ehtiyacları olan uşaqların valideynləri kimi müəyyən öhdəliklərdə xüsusən doğru ola bilər. Məhdud imkanlı valideynlərin öz uşaqlarının nəticələrinə daha az təsir göstədikləri tez-tez görülür, amma uşaqlarımıza cavab reaksiyası vermək üçün ən xırda cəhdlər belə müsbət nəticələr verə bilər.
Valideynlik çətindir. Qayğıkeş valideynlik son dərəcə tələbkar ola bilər və bəzi hallarda müəyyən təlimlər keçmək mütləqdir. Faktiki olaraq, valideynlərə qayğıkeş davranışların əhəmiyyətini başa düşməyə kömək edən müdaxilələr göstərir ki, qarşılıqlı ünsiyyətdəki artım uşaqlarda valideynlərinə qarşı daha etibarlı əlaqə və bağlılığın inkişaf etməsinə, daha yaxşı problem həll etmək, dil və sosial bacarıqlara gətirib çıxarır.11
Bu qarşılıqlı əlaqənin mükəmməl nümunəsi birlikdə kitab oxumaqdır. Yatmamışdan əvvəl uşağınıza kitab oxumağı bəlkə də artıq vərdiş halına salmısınız, amma birlikdə kitab oxumaq başqa faydaları da təmin edə bilər.
Mütəxəssislər valideynlərin balaca uşaqları şəkillər və kitab barədə danışmağa təşviq edən metodlardan istifadəni öyrətməyin təsirlərini araşdırmışdır. Bu metodlar və qarşılıqlı təsirin, xüsusən yazma-oxuma problemləri baxımından aşağı risk qrupunda olan uşaqlarda uşaq dilinə müsbət təsiri olmuşdur.11,12
Uşağımızla qurduğumuz münasibətlər onun sosial və emosional inkişafının əsasını qoyur. Erkən valideyn-uşaq münasibətləri uşağımızın emosional sağlamlığı və həyatın sonrakı mərhələlərində sosial əlaqələri üçün də təməl rolunu oynayır. Uşağımızın gələcəkdəki inkişafı üzərində bu qədər erkən təsirə malik olması həyatın ilk illərində qayğıkeş olmamağın niyə mənfi nəticələrə gətirib çıxara biləcəyini vurğulayır. Qayğıkeş valideynliyin əhəmiyyətini qəbul etmək və ehtiyac yarandıqda müdaxilələr etmək gələcək nəslin emosional rahatlığı, öyrənməsi, sağlamlığı və valideynlik üzərində daha uzun müddətli nəticələrə yol açacağı ehtimal edilir.1
Dr. Aric Sigman uşaq sağlamlığı təlimi mövzusunda mühazirələr oxuyur və uşaq sağlamlığı və inkişafı barədə məqalələr yazır. Kral Biologiya Cəmiyyətinin və Britaniya Psixoloqlar Cəmiyyətinin köməkçi üzvüdür. Dr. Sigman Avropa Birliyində Uşaqlığın Keyfiyyəti üzrə Avropa Parlamenti İşçi Qrupu tərəfindən çıxış üçün iki dəfə dəvət almışdır.
Son baxış: 30 iyun 2016
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.