Uşağın dəmir qəbulu

Beyin qidası

Uşağınızın pəhrizinə daha çox dəmir daxil edin

Dəmir uşaqlar üçün əsas qidalandırıcı maddələrdəndir: beyin inkişafı, ümumi böyümə və sağlamlıqda həlledici rol oynayır. Uşağın dəmir ehtiyacı, hansı qidaların faydalı dəmir mənbələri olduğu və dəmirlə zəngin qidaları meyvə və tərəvəzlərlə birləşdirərək dəmir qəbulunu necə artırmaq barədə daha ətraflı oxuyun.

Uşağınız üçün dəmirin əhəmiyyəti

Dəmir beyin inkişafı da daxil olmaqla orqanizmdə bir çox funksiyalarda iştirak edən vacib qidalandırıcı maddədir. Bütün ömrü boyu öyrənməsinə təməllər atan normal koqnitiv inkişaf üçün sabit dəmir ehtiyatı lazımlıdır. Dəmir həmçinin hemoqlabinin – enerji və böyümə üçün ehtiyac duyulan oksigeni bütün bədən boyu daşıyan qandakı protein – yaranmasında da iştirak edir.

Bu mərhələdə uşağınızın beyni və bədəni sürətlə inkişaf edir, buna görə də təzə yeriməyə başlayan uşaqların böyüklərə nisbətən daha çox dəmirə ehtiyacı var.

1-3 yaş arası uşaqlar üçün gündəlik tövsiyə edilən dəmir 6.9 mq-dır.

Uşaqların yüksək dəmir ehtiyacı müntəzəm olaraq dəmirlə zəngin qidalar qəbul etmədikləri halda dəmir çatışmazlığına qarşı daha zəif olacaqları mənasına gəlir. Faktiki olaraq, uşaqların yarısından çoxu bu beyin formalaşdıran qidalandırıcı maddəni kifayət qədər qəbul etmir.1

Uşağınızda dəmir səviyyəsi aşağı düşərsə, o, yorğun və enerjisiz ola bilər. Dəmir səviyyəsinin aşağı olması nadir hallarda dəmir çatışmazlığına səbəb ola bilər.

Körpənizin pəhrizinə kifayət qədər dəmiri necə daxil etməli2

Balıq və ət kimi qidalarda olan dəmir kəpəkli çörək, mərci, lobya və tünd yaşıl yarpaqlı tərəvəzlər kimi bitki mənbələrindəki dəmirə nisbətən daha asan sorulur.

Uşağınızın hər gün kifayət qədər dəmir qəbul etməsinə kömək etmək üçün onu iki porsiya heyvan mənşəli protein və ya 3 porsiya süd məhsulu olmayan vegetarian proteini yeməsinə həvəsləndirin.

toddler iron intake
Balıq və ət kimi qidalarda olan dəmir bitki mənbələrindəki dəmirə nisbətən daha asan sorulur.

C vitamini orqanizmin dəmiri sormasına kömək edir və portağal, kivi kimi sitrus meyvələrdə, bibər, brokkoli və ispanaq kimi bir çox tərəvəzin tərkibində mövcuddur. Uşağınıza meyvə vermək yeməklərdəki dəmirin sorulmasını artırmağın faydalı üsuludur.

Faydalı dəmir mənbələri

Aşağıdakı qidalar uşağınızın günlük pəhrizinə daxil edə biləcəyiniz faydalı dəmir mənbələridir:

Hem-dəmir (ən asan sorulan):

  • Toyuğun yarı döş əti – təxminən 60 qramda 0.3 mq
  • Toyuğun tünd əti – 60 qramda 0.5 mq
  • Çox bişmiş yumurta – 1 bütöv yumurtada 1 mq
  • İncə doğranaraq qızardılmış inək və ya qoyun əti – 1 dilimdə (28 q) 0.8 mq
  • Sardina – 50 qramlıq porsiyada 1.4 mq

Qeyri-hem dəmir:

  • İspanaq – 1 yemək qaşığı bişmiş ispanaqda 0.3 mq
  • Brokkoli – 1 çiçəkdə (20 q) 0.2 mq
  • Bişmiş lobya – 1 yemək qaşığında 0.3 mq
  • Kəpəkli çörək – 1 orta dilimdə 0.6 mq
  • Mərci – 1 çay qaşığında 0.7 mq
  • Qurudulmuş ərik – 1 qurudulmuş ərikdə 0.3 mq
  • Zənginləşdirilmiş səhər yeməyi yarmaları – 1 kasada (30 q) 2.3 mq

Uşağınızın ehtiyac duyduğu dəmiri qəbul etməsi üçün biz Nutrilon Premium 3&4 böyümə südünü (1-2 yaş) hazırladıq. Sadəcə 300 ml uşağınızın günlük ehtiyacının yarısından çoxunu, həmçinin A, C və D vitaminlərini təmin edəcək. Bundan əlavə onun tərkibində unikal qatışıq olan Qalakto və Fruktooliqosaxaridlər (GOS/FOS) var.

NÖVBƏTİ ADDIMLAR

Aşağıdakı qidalar ilə uşağınızın dəmir qəbulu səviyyəsini artırın:

  • Evdə hazırlanmış ət burqeri
  • Qoyun ətindən bolonez
  • Tost üzərində lobya
  • Orta ədviyyatlı dal yeməyi və düyü
  • Brokkoli frittata

Son baxış: 27 avqust 2014

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Vacib məlumat

Bu veb saytda olan mətn, qrafiklər, şəkillər, linklər, səslər, videolar, ifadələr, hər hansı bir proqnozlaşdırıcı hesab cədvəlləri və ya alətləri və ya simptom nəzarətçisi, proqnozlaşdırılan günlər və/və ya tarixlər və digər materiallar daxil olmaqla, bunlarla məhdudlaşmayan digər məlumatlar yalnız ümumi məqsədlər üçündür və sizin və/və ya (doğulmamış) uşağınız üçün tibbi məsləhət, diaqnoz və ya müalicə kimi qəbul edilməməlidir. Bu veb saytdakı məlumatlara etibar edilə bilməz və siz və/və ya (doğulmamış) uşağınız üçün dəqiq məlumatlar deyil. Sağlamlıq vəziyyəti və/və ya tibbi simptomlarla bağlı suallarınız üçün hər zaman həkiminizdən və ya digər ixtisaslaşmış tibbi mütəxəssisdən məsləhət alın. Bu veb saytda oxuduğunuz və ya konsultanlarımızdan biri ilə danışdığınız bir məsələ ilə bağlı heç vaxt peşəkar tibbi məsləhətlərə laqeyd yanaşmayın və ya müraciətinizi gecikdirməyin. Təcili tibbi yardım (şübhə) ehtiyacı yarandıqda dərhal həkiminizə və ya təcili tibbi yardıma zəng edin. Nutricia və onun filialları bu veb saytda hansısa formada təqdim olunan məlumat və məlumatların düzgünlüyü, tamlığı, adekvatlığı, uyğunluğu, keyfiyyəti, etibarlılığı və dəqiqliyi barədə heç bir təminat, təqdimat və ya zəmanət vermir. QANUNLARIN İCAZƏ VERDİYİ QƏDƏRİYLƏ Nutricia və onun filialları, bu veb saytdakı məlumatların istifadəsi və ya sui-istifadəsi və ya məlumat çatışmazlığı ilə əlaqəli yarana biləcək bütün öhdəlikləri istisna edir.

Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir

Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun

“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.

Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.

Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.

Cookie siyasəti

Siz NutriciaClub veb-saytından istifadə etməklə kukilərin istifadəsi ilə razılaşırsınız. Məxfilik siyasətimizdən bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz.

Yaşadığınız ölkəni seçin