Körpənizin 7-9 ayında inkişafı

Bir az marçıldatmaq

Yeməkdən oyuncağa qədər hər şeyi kəşf etməyə həvəslidir

Getdikcə hərəkətli olan 7-9 aylıq körpəniz iməkləyərək, sürünərək və sürüşərək yerimək istiqamətində ilk hərəkətini edir. Əl-qol hərəkəti etmək və sizin adınızı deməsi kimi bacarıqları onun ünsiyyət qabiliyyətinin nə qədər inkişaf etdiyini göstərir. Amma “yox” sözünü başa düşməsi üçün hələ bir qədər vaxt lazımdır.

parenting icon circle

Parlaq gələcək buradan başlayır

Körpənizin gələcəyinin formalaşmasına kömək etmək üçün onun inkişafı barədə daha çox öyrənin

7-9-cu aylarda körpənizdən nə gözləyə bilərsiniz

7-9-cu aylarda körpənizin ətrafındakı dünya haqqında artan marağı hər şeyi onun üçün bir macəra edir. Pərdələri dartmasından tutmuş künclərə və boş, dar yerlərə girməsi kimi hərəkətlərindən yayındırmaq üçün vaxtınızın çox hissəsini onun təhlükəsizliyini qorumağa gedə bilər.

Xüsusən sevimli oyuncaqlar və ya yeməklər üçün öz seçimlərini irəli sürməsi 7 aylıq körpənin inkişafının geniş qəbul olunmuş hissəsidir. Yemək vaxtlarının rəvan getməsinə arzulasanız da, onun ehtiyacı olan vitamin və minarelları təmin edən çeşidli qidalar da çox vacibdir. Bu məqaləmizdə hər qidalandırıcı maddənin əhəmiyyəti barədə öyrənin.

Təxminən yeddinci ayında körpənizin şəxsiyyətinin unikallığı və sərbəstliyinin əlamətləri daha çox üzə çıxır.

Körpəniz həmçinin səsinizə reaksiya verə və hətta adınızı deməyə cəhd də göstərə bilər, hərçənd ki, “ana”nı “ata” ilə qarışdıra da bilər.

Hələ ki, ilk dişlərinin heç bir əlamətini görmürsünüzsə, narahat olmayın, onlar adətən indi və doqquzuncu ay arasında üzə çıxır. Ağız suyunun axması, əhvalının tez-tez pozulması yeni dişlərinin yolda olması əlamətləri ola bilər.

Ünsiyyətin yeni yollarının inkişafı

taxta oyuncaqlar ilə oynayan körpə
Oyuncağı körpənizin əli çatmayan yerə qoyub onu götürməsinə həvəsləndirməyiniz hərəkət qabiliyyətinin inkişafına kömək edər

Jestlər körpənizin ünsiyyət bacarıqlarının əhəmiyyətli inkişafı və dil açmasının müjdəçisidir.1 Körpəniz onu qucağınıza götürməyiniz üçün ağlamaq əvəzinə əllərini yuxarı qaldıra və sizə baxa və ya düşmək istəyərkən sizə hər hansı bir işarəni verə bilər.1

Motorikanın dəqiq nizamı

Yeddi aylıq körpəniz necə olur, olsun ətrafda dolaşmağa həvəsli olacaq. Sürünərək, iməkləyərək, sürüşərək, yuvarlanaraq, ya da bunların hamısını birləşdirərək. İstənilən halda oyuncağı körpənizin əli çatmayan yerə qoyub onu götürməsinə həvəsləndirməyiniz hərəkət qabiliyyətinin inkişafına kömək edər.

Artıq heç bir kömək olmadan otura və oyuncaqlarını götürə bilir, oyun vərdişləri bir neçə ay əvvələ nisbətən daha sərbəstdir.

O, hətta bir qədər dəstəklə özünü ayaqları üstə saxlaya biləcək qədər güclüdür, bu da gəzməyi öyrənməsinə hazırlıq üçün bir köməkdir. Fincandan tutub içə bilmək, yaxud bacararsa, qaşıqla yeyə bilmək bacarığı yemək yeməsini daha sərbəst hala gətirir.

Körpənizin inkişafı üçün qidalanma

Dəmir 7-9 aylıq körpənin beyin inkişafı üçün vacib qidalandırıcı olaraq qalır. Əslində, 7 aylıq olarkən onun dəmirə olan ehtiyacı 30 yaşlı insanın ehtiyacı ilə eynidir (bədən çəkisinin hər kilosuna görə). Yağsız qırmızı ət, toyuq, yumurta, lobya və yaşıl yarpaqlı tərəvəzlər kimi dəmirlə zəngin qidalar ana südündən ayırma pəhrizinin əsas hissəsidir. Körpələr üçün zənginləşdirilmiş səhər yeməyi yarması da mükəmməl mənbədir.

Çeynənilən teksturadan yapışmağa başlaması

Onu yeni dadlar və daha bərk tekstura ilə tanış etməyə başladıqca yağlı balıqlar, ət və quru meyvələr kimi dəmirlə zəngin qidaları 7-9 aylıq körpənizin pəhrizinə rahatlıqla daxil edə bilərsiniz. Körpə yeməyi hazırlamaq və yeni tərkiblər barədə daha çox məlumat üçün məqalələrimizi oxuyun.

Çeynənilən tekstura körpənizin nitq əzələlərinin inkişafına kömək edir.

Körpənizə qaşıq verməyiniz onun yeməyi öyrənməsinə kömək edəcək və əgər o, yemək götürməyə davam edərsə, bu onun sərbəst yeməyə çalışmasının əlamətidir. Dağınıq olsa da, bu yolla daha çox yediyini görə bilərsiniz.

Onu inkişafa təşviq etməyin yolları

Ayaq əzələlərinə daha yaxşı nəzarət etməyi bacardıqca körpənizi qucağınızda atıb-tutmağınız onun üçün sonsuz əyləncə olar. Bu mərhələdə evdə şallar və yastıqlarla təmin olunmuş oyun guşəsi ətrafında dolaşması onun əzələlərinin güclənməsi üçün mükəmməldir. Yeni bacarıqlarından istifadə edərək ətrafındakıları kəşf etməyə başlayarkən təhlükəsizlik üçün həmişə onun yanında olmağı unutmayın.

Körpənizə söz qurmaqda kömək etmək

Körpəniz 7-9-cu aylarında hələ danışmasa da, o öz adını tanımağa başlayıb və tezliklə adını eşidərkən başını döndərməlidir.

Artıq ustalaşdığı səsləri təkrarladıqca onun təsadüfi “qağ-quğ”ları sözlərə oxşamağa başlayacaq. Onunla söhbət etmək, kitab oxumaq, mahnı oxumaq səsləri tanımasına və yaddaşına yazmasına kömək edir. Körpənizə mahnı oxumaq onu danışmağa təşviq etməyin əla vasitəsidir, həmçinin bağlılıq yaratmaq və beyin inkişafını da dəstəkləyir.

NÖVBƏTİ ADDIMLAR

7-9-cu aylarda nə yeməli? Yoxlama siyahısı:

  • Nişastalı qidalar – çörək məhsulları, yarmalar, makaron, düyü və kartof. Hər yeməkdə bir porsiya təklif edin.
  • Meyvə və tərəvəzlər – təzə, dondurulmuş, konservləşdirilmiş və qurudulmuş meyvə və tərəvəzlər. Hər yeməkdə fərqli çeşid təklif edin.
  • Süd məhsulları – pendir və qatıq protein və kalsiumla zəngindir.
  • Ət, balıq və alternativləri – bu qrupa yumurta, tofu, noxud, lobya və mərci kimi paxlalılar aiddir.
  • Yağ və şəkərlə zəngin qidalar – duru yağlar, yağ, tortlar və peçenyelər bu qrupa daxildir. Yeməklərdə az miqdarda yağlar və duru yağlar, çörək və ya tost dilimi üzərində yağdan başqa digərlərinin ana südündən ayırma pəhrizinə daxil edilməsi münasib deyil.
  • Duz – körpənizin inkişafda olan böyrəkləri yüksək miqdarda duz qəbulunu götürməyə bilər. Körpələr üçün tövsiyə edilən maksimum duz miqdarı gündə 1 qramdır – böyüklər üçün maksimun miqdarın altıda biri. Təhlükəsiz miqdarı saxlamaq üçün körpəniz üçün hazırladığınız hər yeməyə duz əlavə etməkdən çəkinin və ona adətən yüksək miqdarda duza malik olan emal edilmiş qidalar verməyin.
  • Süd – 6-12 aylıq körpələr gün ərzində 500-600 ml ana südü və ya südlü qatışıq içməlidirlər.

Son baxış: 13 avqust 2014

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Vacib məlumat

Bu veb saytda olan mətn, qrafiklər, şəkillər, linklər, səslər, videolar, ifadələr, hər hansı bir proqnozlaşdırıcı hesab cədvəlləri və ya alətləri və ya simptom nəzarətçisi, proqnozlaşdırılan günlər və/və ya tarixlər və digər materiallar daxil olmaqla, bunlarla məhdudlaşmayan digər məlumatlar yalnız ümumi məqsədlər üçündür və sizin və/və ya (doğulmamış) uşağınız üçün tibbi məsləhət, diaqnoz və ya müalicə kimi qəbul edilməməlidir. Bu veb saytdakı məlumatlara etibar edilə bilməz və siz və/və ya (doğulmamış) uşağınız üçün dəqiq məlumatlar deyil. Sağlamlıq vəziyyəti və/və ya tibbi simptomlarla bağlı suallarınız üçün hər zaman həkiminizdən və ya digər ixtisaslaşmış tibbi mütəxəssisdən məsləhət alın. Bu veb saytda oxuduğunuz və ya konsultanlarımızdan biri ilə danışdığınız bir məsələ ilə bağlı heç vaxt peşəkar tibbi məsləhətlərə laqeyd yanaşmayın və ya müraciətinizi gecikdirməyin. Təcili tibbi yardım (şübhə) ehtiyacı yarandıqda dərhal həkiminizə və ya təcili tibbi yardıma zəng edin. Nutricia və onun filialları bu veb saytda hansısa formada təqdim olunan məlumat və məlumatların düzgünlüyü, tamlığı, adekvatlığı, uyğunluğu, keyfiyyəti, etibarlılığı və dəqiqliyi barədə heç bir təminat, təqdimat və ya zəmanət vermir. QANUNLARIN İCAZƏ VERDİYİ QƏDƏRİYLƏ Nutricia və onun filialları, bu veb saytdakı məlumatların istifadəsi və ya sui-istifadəsi və ya məlumat çatışmazlığı ilə əlaqəli yarana biləcək bütün öhdəlikləri istisna edir.

Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir

Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun

“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.

Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.

Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.

Cookie siyasəti

Siz NutriciaClub veb-saytından istifadə etməklə kukilərin istifadəsi ilə razılaşırsınız. Məxfilik siyasətimizdən bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz.

Yaşadığınız ölkəni seçin