Uzaq durulmalı qidalar

Menyudan kənar

Bütöv qabıqlı çərəzləri, bal və şəkəri sonraya saxlayın

Ana südündən ayırma dövründə körpənizi müxtəlif çeşidli qidalarla tanış etməyiniz vacibdir. Bununla belə, 12 ayına qədər körpənizə uyğun olmayan və ana südündən ayırma mərhələsində uzaq durmalı olduğunuz qidalar da var.

Ana südündən ayırma dövründə uzaq durulmalı qidalar1

Ana südündən ayırma dövründə körpənizin normal böyüməsi və inkişafında lazım olan qidalandırıcı maddələri təmin etmək üçün onu müxtəlif çeşidli qidalarla tanış etməyiniz vacibdir. Bu, həyatın sonrakı dövrlərində də sağlam qidalanmaya təşviq edər.

Amma 12 ayına qədər körpənizə uyğun olmayan və ana südündən ayırma mərhələsində uzaq durmalı olduğunuz qidalar da var. Bunlara aiddir:

  • İnək südü – körpənizin 6 ayından başlayaraq yeməklərin hazırlanmasında istifadə edilə bilər, amma ilk doğum gününə qədər onun əsas içkisi olaraq ana südünü və ya südlü qatışığı əvəz edəcək qədər qidalandırıcı maddələrə malik deyil.
  • Keçi südü – inək südü kimi o da körpənizin 12 ayına qədər onun əsas içkisi olaraq ana südünü və ya südlü qatışığı əvəz edəcək qədər qidalandırıcı maddələrin düzgün balansına malik deyil. Pasterizə edilməsi şərti ilə keçi südü körpənizin 6 ayından başlayaraq yeməklərin hazırlanmasında istifadə edilə bilər.
  • Duz – körpələrin böyrəkləri böyük miqdarda natriumun öhdəsindən gələ biləcək qədər inkişaf etməmişdir, buna görə də onun yeməklərinə duz əlavə etməkdən çəkinin və marketdən alınan tərkibində yüksək miqdarda duz ola biləcək qidalara diqqət edin.
  • Şəkər – həddən artıq istifadəsi körpənizin dişlərinə zərər vura və onda şirin qidalara aludəçilik yarada bilər. Həmçinin şəkər çox az qidalandırıcı tərkibə malikdir və balanslı qidalanmaya heç bir faydası yoxdur, odur ki, ən yaxşısı ondan uzaq durmaqdır.
  • Bal – tərkibindəki bakteriyalar bəzən körpənin bağırsağında toksinlər yarada və onlarda botulizmə gətirib çıxara bilər. Balın tərkibində həmçinin yüksək miqdarda şəkər var.
  • Bütöv qabıqlı çərəzlər – boğulma təhlükəsi olduğu üçün 5 yaşından aşağı uşaqlara bütöv qabıqlı çərəzlər verilməməlidir. Ailədə allergiya halı olmadığı halda, körpənin 6 ayından sonra üyüdülərək və yeməklərə qatılaraq verilə bilər.
  • Az yağlı qidalar – körpələrin qidalanmada yağa ehtiyacları var və onlara az yağlı südlər, qatıq və ya böyüklər üçün olan az yağlı qidalar verilməməlidir.
  • Köpəkbalığı, qılıncbalığı və marlin balığı – bu balıqların tərkibində körpənizin sinir sisteminin inkişafına təsir edə biləcək zərərli səviyyədə civə ola bilər.
  • Çiy molyusk – körpənizin immun sistemi böyük adama nisbətən az inkişaf etmişdir və bu onları qida zəhərlənmələrinə qarşı daha həssas edir. Çiy molyusklardan uzaq durmaq lazımdır, bişmiş halda isə körpənin 6 ayından sonra başlamaq olar.
  • Yumşaq pendir və pasterizə edilməmiş pendir – körpənizin immun sistemi hələ inkişaf etməkdə olduğu üçün qidalardakı bakteriyalar səbəbindən yarana biləcək xəstəliklərə böyük adamlardan daha həssasdır. Pasterizə edilməmiş pendir, bri və kakambert kimi yumşaq pendir növləri hətta əmizdirərkən belə, sizin üçün uyğundur, amma körpənizin həzm sistemi bunların öhdəsindən gəlməyə hələ ki, hazır deyil.
  • Çay və qəhvə – kofein tərkibli istənilən içki körpəyə uyğun deyil və çaydakı tannin maddəsi dəmirin sorulmasına mane ola bilər.
  • Üzərində kod olmayan az bişmiş yumurta – körpələrə 6 ayından sonra üzərində kod olan yumurta çiy halda (məsələn, evdə hazırlanmış mayonezin tərkibində) və ya az bişmiş şəkildə verilə bilər. Əgər yumurtanın üzərində kod yoxdursa, həm ağı, həm də sarısı tam qatılaşana qədər bişirilməlidir.2

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Vacib məlumat

Bu veb saytda olan mətn, qrafiklər, şəkillər, linklər, səslər, videolar, ifadələr, hər hansı bir proqnozlaşdırıcı hesab cədvəlləri və ya alətləri və ya simptom nəzarətçisi, proqnozlaşdırılan günlər və/və ya tarixlər və digər materiallar daxil olmaqla, bunlarla məhdudlaşmayan digər məlumatlar yalnız ümumi məqsədlər üçündür və sizin və/və ya (doğulmamış) uşağınız üçün tibbi məsləhət, diaqnoz və ya müalicə kimi qəbul edilməməlidir. Bu veb saytdakı məlumatlara etibar edilə bilməz və siz və/və ya (doğulmamış) uşağınız üçün dəqiq məlumatlar deyil. Sağlamlıq vəziyyəti və/və ya tibbi simptomlarla bağlı suallarınız üçün hər zaman həkiminizdən və ya digər ixtisaslaşmış tibbi mütəxəssisdən məsləhət alın. Bu veb saytda oxuduğunuz və ya konsultanlarımızdan biri ilə danışdığınız bir məsələ ilə bağlı heç vaxt peşəkar tibbi məsləhətlərə laqeyd yanaşmayın və ya müraciətinizi gecikdirməyin. Təcili tibbi yardım (şübhə) ehtiyacı yarandıqda dərhal həkiminizə və ya təcili tibbi yardıma zəng edin. Nutricia və onun filialları bu veb saytda hansısa formada təqdim olunan məlumat və məlumatların düzgünlüyü, tamlığı, adekvatlığı, uyğunluğu, keyfiyyəti, etibarlılığı və dəqiqliyi barədə heç bir təminat, təqdimat və ya zəmanət vermir. QANUNLARIN İCAZƏ VERDİYİ QƏDƏRİYLƏ Nutricia və onun filialları, bu veb saytdakı məlumatların istifadəsi və ya sui-istifadəsi və ya məlumat çatışmazlığı ilə əlaqəli yarana biləcək bütün öhdəlikləri istisna edir.

Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir

Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun

“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.

Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.

Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.

Cookie siyasəti

Siz NutriciaClub veb-saytından istifadə etməklə kukilərin istifadəsi ilə razılaşırsınız. Məxfilik siyasətimizdən bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz.

Yaşadığınız ölkəni seçin