Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Fol turşusu sinir borusu qüsurları riskinin azaldılması və qırmızı qan hüceyrələrinin yaranmasına kömək edir. Bu hamiləlik super qəhrəmanı barədə daha çox məlumatı kəşf edin və hamilə qalmamışdan əvvəl niyə qəbul etməli olduğunuzu öyrənin.
Anaların çoxu fol turşusunun hamilə qalmağa kömək edib-etmədiyi barədə suallar verirlər. Fol turşusu sizə mayalanma üçün kömək etməsə belə, hamiləliyin çox erkən mərhələlərində sağlam sinir borusu inkişafını dəstəkləmək üçün çox vacib olduğu hamı tərəfindən qəbul edilir. Buna görə də, fol turşusu hər bir qadının hamilə qalması və hamiləlik dövrü üçün həyati əhəmiyyətli dərman əlavəsi hesab olunur.4
Həyatının ilk ayında embrionun sinir borusu və ya onurğa və sinir sistemi artıq inkişafa başlayır.1 Bu, hətta hamilə qaldığınızı hələ aşkar etməmişdən əvvəl onu sinir borusu qüsurlarına qarşı qorumalı olduğunuz mənasına gəlir.
Araşdırmalar göstərir ki, bu mərhələdə fol turşusunun qəbulu beyindəki sinir borusunun inkişafını gücləndirə bilər. O, həmçinin spina bifida (onurğa yırtığı kimi də bilinir) kimi sinir borusu qüsurları riskinin azalmasına kömək edir.1
Spina bifida onurğa və onurğa beyni düzgün qaydada inkişaf etmədikdə meydana gələrək onurğada yırtıq əmələ gətirir. Onurğa beyni bütün bədəni beyin ilə birləşdirdiyi üçün bu hal bir sıra simptomlara səbəb ola bilər.1
Spina bifidanın yaranma səbəbləri dəqiq olaraq müəyyən edilməmişdir, amma hamilə qalmamışdan əvvəl fol turşusunun az miqdarda qəbulu, irsən keçmə, bəzi dərman vasitələri, şəkər xəstəliyi və piylənmə buna təkan verdiyi bilinir.2
Spina bifidanın simptomlarına aiddir:
Koqnitiv problemlər – diqqəti bir yerə cəmləyə bilməmək, problem həll etmək çətinliyi, ayaqqabı bağlarını bağlamaq kimi əl-göz koordinasiyası ilə bağlı çətinliklər.
Hərəkətlilik problemləri – beynin zədələnməsi hərəkətlilik ilə bağlı bəzi problemlərə səbəb ola bilər, spina bifidadan əziyyət çəkənlərin çoxu hərəkət etmək üçün alətlərin köməyinə və hətta əlil arabasına ehtiyac duyur.
Sidik kisəsi və bağırsaq problemləri – onurğa beyni vasitəsi ilə beyindən sidik kisəsinə gedən sinirlər zədələndiyi halda sidik və nəcisi saxlaya bilməməyə səbəb ola bilər.
Sinir borusu qüsurları riskini azaltmağa kömək etmək üçün gündə 400 mkq (0,4 mq) fol turşusu qəbul etməyiniz tövsiyə olunur. Kontrasepsiya vasitələrindən istifadəni dayandırdığınız vaxtdan başlayaraq hamiləliyin 12-ci həftəsinə qədər qəbul etməyiniz ideal hesab oluna bilər. Hamilə qaldığınızı bildiyiniz vaxtdan başlayaraq qəbul etməyiniz də körpənizin inkişafına müsbət təsir göstərəcək.
Bununla belə, son dövrlərdə aparılan bir araşdırmaya görə, bundan daha uzun müddətə fol turşusu qəbul etməyi də nəzərdən keçirə bilərsiniz. Fol turşusunun vaxtından əvvəl baş verən doğuşlara təsiri üzərində aparılan araşdırma hamiləlikdən əvvəl bir il müddətində fol turşusu qəbul edilməsinin vaxtından əvvəl doğuşları əhəmiyyətli dərəcədə azaltdığını aşkar etmişdir.3
Bəzi hallarda həkiminiz sizə gündə 5 mq fol turşusu qəbulunu tövsiyə edə bilər.4 Buna adətən aşağıdakılar səbəb olur:
Son baxış: 4 iyul 2016
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.