Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Hamillikdən əvvəl və hamiləlik vaxtı sağlam, balanslaşdırılmış pəhriz böyüyən körpənizin lazımi miqdarda qidalandırıcılar ilə təmin olunmasına kömək edəcək. Mayalanmadan əvvəl və hamiləlik dövründə tərkibində əsas qidalandırıcı maddələr olan əlavələrin qəbulu sağlam pəhrizinizi gücləndirəcək və körpəniz böyüdükcə əlavə dəstəyi təmin edəcək. Bəs hamilə qalmağa çalışarkən qəbul edilməsi ən vacib vitaminlər hansılardır? Fol turşusu və D vitamininin rolu, onları hamiləlikdən əvvəlki pəhrizinizə niyə daxil etməli olduğunuzu kəşf edin.
Müxtəlif çeşidli pəhriz orqanizminizin körpənizi inkişafının ilkin mərhələlərində ehtiyac duyduğu qidalandırıcı maddələrlə təmin olunmasına kömək edə bilər. Bununla belə, ən sağlam qidalar arasında da qidalandırıcı maddələrin boşluğu ola bilər. Hamiləlikdən əvvəl vitamin çatışmazlığı böyüməkdə olan körənizin qidalanma miqdarını azalda bilər. Buna görə də hamilə qalmağa çalışarkən pəhrizinizin iki əsas qidalandırıcı maddə – fol turşusu və D vitamini ilə dəstəklənməsi tövsiyə olunur..
Hamiləlik vitaminləri arasında yəqin ki, haqqında ən çox danışılan fol turşusu körpənizin inkişafının ilk mərhələlərində iştirak edir. Buna görə də hamiləlikdən əvvəl lazımi miqdarda qəbul edilməsinə başlamağınız tövsiyə edilir.
Araşdırmalar fol turşusunun az qəbul edilməsi ilə spina bifida kimi sinir borusu qüsurları riskinin yüksəlməsi arasında əlaqə olduğunu göstərir. Bu riski azaltmaq üçün mayalanma ərəfəsindən hamiləliyin 12-ci həftəsinə qədər gündə 400 mkq (0.4 mq) qəbul etməyiniz tövsiyə olunur. Bunun səbəbi brokkoli, avokado və qəhvəyi düyü kimi qidaların tərkibində olan təbii fol turşusunun bu tərəvəzləri yeməklə kifayət qədər qəbul edilməsinin çətin olmasıdır.
Son vaxtlarda aparılan araşdırmalar həm də onu göstərir ki, hamilə qalmazdan bir il əvvəl qəbul edilən fol turşusu vaxtından əvvəl doğuş riskini əhəmiyyətli dərəcədə azaldır.1
Bəzi hallarda analara daha yüksək dozada fol turşusu qəbul etmələri tövsiyə olunur. Həkiminiz sizə aşağıdakı hallarda gündə 5 mq-a qədər qəbul etməyinizi məsləhət görə bilər:
Adətən günəş işığı vitamini kimi adlandırılan D vitamini kalsiumun sorulması və onun sümüklərin inkişafı üçün münasib hala gətirilməsi üçün vacibdir. Anada D vitamini çatışmazlığı körpədə də bu çatışmazlığa səbəb ola bilər və bu, nadir hallarda raxitliklə nəticələnə bilər.
D vitamini vücudda dərinin günəşin ultrabənövşəyi şüalarına məruz qalması ilə yaranır.
D vitamini səviyyəsi az olan qadınlara hamiləlik dövründə gündə 10 mkq D vitamini əlavəsi tövsiyə edilə bilər.
Qadınların çoxu xüsusilə hamilə qalmaq üçün uyğunlaşdırılan dərman əlavələrini seçirlər. Onların tərkibində yüksək miqdarda qəbul edilməsi körpənizin inkişafı üçün təhlükəli ola biləcək retinol kimi bilinən heyvan mənşəli A vitamini və ya balıq yağı yoxdur. Hamiləlik üçün vacib qidalandırıcı maddələrdən biri olsa da, siz ehtiyacınız olan bütün A vitamini miqdarını sağlam, balanslaşdırılmış pəhriz vasitəsilə əldə etməlisiniz.
Gələcək atalar üçün də dərman əlavələri mövcuddur. Bütün vitaminləri qidalandırıcılar ilə zəngin pəhrizdən almağa üstünlük verilsə də, hamilə qalmağa çalışarkən həyat yoldaşınıza dərman əlavəsi qəbul etməsini də təklif edə bilərsiniz.
Nizamsız menstruasiya olarkən sizdə ovulyasiyanın nə zaman olacağını proqnozlaşdırmaq çox çətindir. Əgər ovulyasiya ərəfəsində sekslə məşğul olmağı hesablaya bilmirsinizsə, onda tsikl ərzində 2-3 gündən bir cinsi əlaqədə olmaq kömək edə bilər.
Retinol və ya balıq yağı tərkibli dərman əlavələrindən uzaq durmağı unutmayın.
Son baxış: 4 iyul 2016
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.