Məxfilik Bəyannaməsi

Giriş

Nutricia olaraq bilirik ki, fərdi məlumatlarınızın necə istifadə olunduğu sizin üçün əhəmiyyətlidir və sizin məxfiliyinizin qorunmasının vacibliyini anlayırıq.

Bu Məxfilik Bəyannaməsi Nutricia Export B.V. və onun bütün törəmə şirkətlərinin (“Nutricia”) sizin fərdi məlumatlarınızı necə topladığı və idarə etdiyini izah edir. Bu Bəyannamə hansı məlumatları topladığımızı, onlardan necə istifadə etdiyimizi, onlara niyə ehtiyacımız olduğunu və bundan sizin necə faydalana biləcəyiniz barədə məlumatlardan ibarətdir.

Hər hansı bir sualınız və ya şərhiniz olarsa, yaxud məlumat subyekti hüquqlarınız ilə əlaqəli sorğu göndərmək istəsəniz, bizimlə buradan əlaqə saxlayın.

Bu Məxfilik Bəyannaməsi sonuncu dəfə 17 fevral 2021-ci ildə yenilənib.

Məxfilik öhdəliyimizin əsas prinsipləri

Nutricia olaraq bizim məxfilik hüququnuzu qorumağa dair öhdəliyimiz var. Bizdə olan istənilən fərdi məlumatı qorumağı, sizin fərdi məlumatlarınızı məsuliyyətli şəkildə idarə etməyi və fəaliyyətimizdə şəffaf olmağı qarşımıza məqsəd qoymuşuq. Sizin inamınız bizim üçün vacibdir. Buna görə də biz aşağıdakı əsas prinsiplərə sadiqik:

  • Sizin tələb etdiyimiz hər hansı bir fərdi məlumatı vermək öhdəliyiniz yoxdur. Lakin etməməyi seçsəniz, sizə bəzi xidmət və ya məhsullar təqdim edilməyə bilər;
  • Məlumatlarınızı yalnız bu Məxfilik Bəyannaməsində göstərilən məqsədlər üçün və ya sizinlə bölüşdüyümüz və/və ya razı olduğunuz xüsusi məqsədlər üçün toplayırıq və emal edirik;
  • Mümkün qədər az fərdi məlumatı toplamaq, emal etmək və istifadə etməyi hədəfləyirik;
  • Fərdi məlumatlarınızı topladıqda onları mümkün qədər dəqiq və yeni saxlamağı hədəfləyirik;
  • Topladığımız fərdi məlumatlar hər hansı bir məqsəd üçün artıq lazım deyilsə və onu saxlamağımız qanunla tələb olunmursa, silmək, məhv etmək və ya identifikasiyasını aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik;
  • Fərdi məlumatlarınız bu Məxfilik Bəyannaməsində göstərilənlərdən başqa paylaşılmayacaq, satılmayacaq, icarəyə verilməyəcək və ya açıqlanmayacaq.

Biz hansı fərdi məumatları toplayırıq?

Topladığımız fərdi məlumatlar toplamanın məqsədindən və sizə təqdim etdiyimiz məhsul və ya xidmətdən asılı olaraq dəyişir.

Ümumiyyətlə, aşağıdakı fərdi məlumatları sizdən birbaşa toplaya bilərik:

  1. Adınız, e-mail və fiziki ünvanınız, telefon nömrəniz kimi şəxsi əlaqə məlumatları;
  2. İstifadəçi ID-niz, e-mail istifadəçi adınız və şifrəniz kimi hesab giriş məlumatları. Bu, onlayn qruplarımızda şəxsi hesab yaratmaq üçün lazımdır;
  3. Çat, dəstək xətti və/və ya müştəri xidmətləri vasitəsilə edilən danışıqların detalları daxil olmaqla bizimlə qurduğunuz əlaqə;
  4. Yaşınız, cinsiniz və həyat tərzi seçimləriniz kimi demoqrafik məlumatlar. Həyat tərzi seçimlərinə təqdim etdiyimiz bəzi məhsullar üzrə seçimləriniz və bu məhsullarla əlaqəli maraqlarınız daxil ola bilər;
  5. Baxılmış səhifələr, giriş tarixi, daxil olunduğu yer və IP ünvanı kimi brauzer tarixçəsi;
  6. İnternet mağazalarımızın hər hansı birində alış-veriş üçün edilən ödəniş məlumatları. Ödəniş məlumatlarına adətən ödəyici adı, ödəyici ünvanı, kredit kartı detalları və ya bank hesabı nömrəsi kimi məlumatlar daxildir;
  7. Sizin sağlamlığınızla bağlı məlumatlar;
  8. Məlumatı birbaşa bizə təmin etdiyiniz halda ailə üzvləriniz kimi başqa insanlar barədə məlumatlar;
  9. Sosial media profilləri;
  10. Bizimlə birlikdə işləmək üçün müraciət etsəniz, sizin əmək fəaliyyətiniz, təhsiliniz və əmək fəaliyyətinizlə bağlı tövsiyələr kimi əlavə fərdi məlumatları toplayacağıq.

Həmçinin fərdi məlumatlarınızı dolayı yolla aşağıdakı hallarda toplaya bilərik:

  1. sosial media səhifələrində, veb-saytlarda və ya tətbiqetmələrdə bizim məhsullarımızla bağlı və ya sosial mediada bizim reklam materiallarına cavab olaraq kontent paylaşdığınız halda;
  2. və ya digər veb-saytlar tərəfindən toplanan məlumatları oxuyaraq sizinlə bağlı fərdi məlumatları oxuyuruq və ya toplayırıq (məsələn, üçüncü tərəf veb-saytında reklam yerləşdirə bilərik və siz bu reklama kliklədikdə biz həmin reklamın çatma dərəcəsi və uğurlu olduğunu ölçmək üçün veb-saytın digər istifadəçiləri və sizin barədə məlumat əldə edə bilərik).

Sizin fərdi məlumatlarınızı niyə toplayırıq və istifadə edirik?

Biz fərdi məlumatlarınızı sizi ən yaxşı onlayn təcrübə ilə təmin etmək və sizə yüksək keyfiyyətli müştəri xidmətləri təqdim etmək üçün toplayırıq. Ümumilikdə isə biz fərdi məlumatlarınızı aşağıdakı məqsədlər üçün toplaya, saxlaya, istifadə edə və açıqlaya bilərik:

  1. Bizim məhsulları aldığınız halda ödənişlərinizi emal etmək, sifarişin statusu barədə məlumat vermək, sorğularınızı işləmək, şikayətlərinizi dəyərləndirmək və emal etmək üçün;
  2. Sorğularınızı emal etmək və onları cavablandırmaq və ya suallarınız və/və ya müraciətlərinizlə bağlı sizinlə əlaqə saxlamaq üçün;
  3. Məhsullarımızı, xidmətlərimizi, kommunikasiya üsulları və veb-saytlarımızın funksionallığını inkişaf etdirmək və yaxşılaşdırmaq üçün;
  4. Sizə məlumat ötürmək və bizim xəbər bülleteninə və ya digər əlaqə vasitələrimizə qeydiyyatınızı və/və ya abunəliyinizi idarə etmək üçün;
  5. Bizim müsabiqələr, lotereyalar, həvəsləndirici tədbirlər və ya sorğularımızda iştirakınızla əlaqəli gündəlik iş ehtiyaclarımızı idarə etmək üçün;
  6. Bizimlə telefon, elektron vasitələr və digər üsullarla əlaqə saxlayan insanların şəxsiyyətini təsdiq etmək üçün;
  7. Daxili təlim və keyfiyyət zəmanəti məqsədləri üçün;
  8. Veb-saytımız, mövcud məhsullarımız və xidmətlərimizi yaxşıladırmaq və/və ya yeni məhsul və xidmətlər hazırlamaq məqsədilə müştərilərin maraqları, istəkləri və dəyişən ehtiyaclarını anlamaq və dəyərləndirmək üçün;
  9. Sizi individual məhsullar və komunikasiya, həmçinin məhsul tövsiyələri ilə təmin etmək üçün;
  10. Ana südü ilə qidalandırmağı qorumaq çərçivəsində məhsul reklamını qadağan edən qanunla əhatə olunmayan məhsul nümunələri ilə təmin etmək üçün.

Hüquqi öhdəliklərə əməl etmək üçün və ya sizinlə aramızda olan müqavilə münasibətləri kontekstində fərdi məlumatlarınıza ehtiyacımız ola bilər.

Fərdi məlumatlarınızı yuxarıda qeyd edilən və ya başqa məqsədlərlə toplayarkən və istifadə edərkən toplamamışdan əvvəl və ya həmin vaxt sizə məlumat verəcəyik.

Müvafiq hallarda fərdi məlumatlarınızı emal etmək üçün sizin razılığınızı istəyəcəyik. Emal fəaliyyətinə razılıq verdiyiniz halda razılığınızı istənilən vaxt geri götürmək hüququna maliksiniz.

Sizin hüquqlarınız

Biz fərdi məlumatlarınızı emal etdiyimiz halda siz bir sıra hüquqlara maliksiniz və bu hüquqlardan istənilən mərhələdə istifadə edə bilərsiniz. Aşağıda sizin üçün hansı nəticələri doğuracağı ilə birlikdə bu hüquqların xülasəsini təqdim edirik. Siz əlaqə səhifəmiz vasitəsilə bu hüquqlarınızdan istifadə edə bilərsiniz.

Fərdi məlumatlarınıza giriş və düzəliş etmək hüququ

Fərdi məlumatlarınıza istədiyiniz vaxt giriş etmək, düzəliş etmək və ya yeniləmək hüququnuz var. Biz bunun vacibliyini anlayırıq və hüquqlarınızdan istifadə etmək istədikdə, zəhmət olmasa, əlaqə səhifəmiz vasitəsilə bizimlə əlaqə saxlayın.

Məlumatın daşınabilmə hüququ

Fərdi məlumatlarınız daşınabiləndir. Bu, o deməkdir ki, məlumatlar elektron şəkildə köçürülə, kopyalana və ya ötürülə bilər. Lakin bu hüquq yalnız aşağıdakı hallarda tətbiq olunur:

a) Emal sizin razılığınıza əsaslanır;

b) Emal müqavilənin icrası üçün baş verir;

c) Emal avtomatlaşdırılmış vasitələrlə həyata keçirilir.

Məlumatın daşınabilmə hüququnuzdan istifadə etmək istədikdə, zəhmət olmasa, əlaqə səhifəmiz vasitəsilə bizimlə əlaqə saxlayın.

Fərdi məlumatlarınızı silmək hüququ

Məlumatlarınızı silməyimizi tələb etmək hüququnuz var. Əgər:

  1. fərdi məlumatlarınız topladığımız məqsədlərlə əlaqəli olaraq artıq lazım deyilsə;
  2. və ya fərdi məlumatlarınızın emalı üçün əvvəllər bizə verdiyiniz razılığı geri götürürsünüzsə və bu fərdi məlumatların emalı üçün başqa qanuni əsas yoxdursa;
  3. və ya fərdi məlumatlarınızın birbaşa marketinq məqsədləri üçün emalına etiraz edirsinizsə;
  4. və ya fərdi məlumatlarınızın “Nutricia”nın qanuni maraqları (veb-saytlarda ümumi istifadəçi təcrübəsini yaxşılaşdırmaq kimi) üçün emalına etiraz edirsinizsə;
  5. fərdi məlumatlar qanuni şəkildə emal edilmirsə;
  6. və ya qanuna uyğun olaraq fərdi məlumatlarınızın silinməsi lazımdırsa.

Əgər siz fərdi məlumatlarınızı silmək istəyirsinizsə, zəhmət olmasa, bizə bildirin. Biz qanuni tələblərə uyğun olaraq sorğunuza cavab vermək üçün müvafiq addımlar atacağıq.

Topladığımız fərdi məlumatlar artıq hər hansı bir məqsəd üçün lazım deyilsə və onu qanunla saxlamağımız tələb olunmursa, silmək, məhv etmək və ya daimi olaraq anonim etmək üçün əlimizdən gələni edəcəyik.

Məlumatların emalını məhdudlaşdırmaq hüququ

Fərdi məlumatlarınızın emalını məhdudlaşdırmaq hüququnuz var. Əgər;

  1. sizin haqqınızda bizdə olan fərdi məlumatların doğru olduğuna inanmırsınızsa;
  2. və ya fərdi məlumatlar qanunla emal edilmirsə, ancaq fərdi məlumatları silmək əvəzinə, emalının məhdudlaşdırılmasını istəyirsinizsə;
  3. və ya müvafiq məqsədlər üçün topladığımız fərdi məlumatlarınıza artıq ehtiyacımız yoxdursa, ancaq qanuni tələbləri müəyyənləşdirmək, həyata keçirmək və ya müdafiə etmək üçün məlumatlara ehtiyacınız olarsa;
  4. və ya fərdi məlumatlarınızın emalına etiraz etmisinizsə və bu etirazla əlaqəli maraqlarınızın məlumatların emalı üçün qanuni əsaslardan artıq olub-olmamasının yoxlanılmasını gözləyirsinizsə.

Əgər siz fərdi məlumatlarınızı emal etməyimizi məhdudlaşdırmaq istəyirsinizsə, zəhmət olmasa, bizə bildirin. Biz qanuni tələblərə uyğun olaraq sorğunuza cavab vermək üçün müvafiq addımlar atacağıq.

Etiraz hüququ

Fərdi məlumatlarınızın emal edilməsinə istənilən vaxt etiraz etmək hüququnuz var. Zəhmət olmasa, əlaqə səhifəmiz vasitəsilə bizimlə əlaqə saxlayın.

Nəzarət orqanına şikayət etmək hüququ

Sizin fərdi məlumatlarınızı emal etməyimizlə bağlı nəzarət orqanına birbaşa şikayət etmək hüququnuz var.

Fərdi məlumatlarınızı necə qoruyuruq?

Fərdi məlumatlarınızın təhlükəsizliyinin vacib olduğunu başa düşürük. Fərdi məlumatlarınızı sui-istifadə, müdaxilə, itki, icazəsiz giriş, dəyişiklik və ya açıqlama hallarından qorumaq üçün əlimizdən gələni edirik. Fərdi məlumatlarınızı qorumağa kömək etmək üçün bir sıra təhlükəsizlik tədbirləri həyata keçirmişik. Məsələn, giriş nəzarətlərini tətbiq edir, təhlükəsizlik divarları (firewall) və təhlükəsiz serverlərindən istifadə edir və fərdi məlumatları şifrələyirik.

Fərdi məlumatlarınızın paylaşılması

Fərdi məlumatlarınızı filiallar və digər təşkilatlarla paylaşdıqda bunu yalnız fərdi məlumatlarınızı tətbiq olunan məxfilik qanunlarına uyğun və ya bizim etdiyimizə oxşar şəkildə qoruyan təşkilatlarla etdiyimizə əminik.

Fərdi məlumatlarınız bu Məxfilik Bəyannaməsində göstərilənlərdən başqa paylaşılmayacaq, satılmayacaq, icarəyə verilməyəcək və açıqlanmayacaq. Bununla belə, qanun və/və ya dövlət orqanları tərəfindən tələb edildikdə məlumatlarınızı paylaşa bilərik.

Fərdi məlumatlarınız təsvir olunan məqsədlər üçün aşağıdakı üçüncü tərəflərlə paylaşılacaq:

Üçüncü tərəf kateqoriyası:Məlumatın növü:Məqsədlər:
Intracto, CombellŞəxsi əlaqə məlumatları, marketinq və reklam məlumatlarıReklam kampaniyaları, müştərinin fərdi məlumatlarının emalı, veb-hostinq

Beynəlxalq səviyyədə məlumatların paylaşılması

Fərdi məlumatlar Azərbaycandan kənarda emal edilə bilər. Azərbaycandan kənarda emal olunduqda Nutricia məlumatların bu transsərhəd emalının lazımi təhlükəsizlik tədbirləri ilə qorunmasına əmin edəcək.

Məlumatların transsərhəd emalını qorumaq üçün istifadə etdiyimiz təhlükəsizlik tədbirlərinə aşağıdakılar daxildir:

  1. Standart Məlumat Ötürülməsi Razılaşması;
  2. və ya Azərbaycandan kənardakı üçüncü şəxslərin fərdi məlumatlarının Avropa Ümumi Məlumat Qoruma Reqlamentinə uyğun şəkildə emal olunduğunu göstərən sertifikatlar. Bu sertifikatlar səlahiyyətli nəzarət orqanı kimi Avropa Komissiyası və ya Ümumi Məlumat Qoruma qaydalarına uyğun səlahiyyətli milli akkreditasiya orqanı tərəfindən təsdiqlənir.

Fərdi məlumatlarınız təsvir olunan məqsədlər üçün aşağıdakı ölkələrə ötürüləcək:

Məlumatın yerləşdiyi yer:Məlumatın növü:Məqsədlər:
BelçikaFərdi əlaqə məlumatlarıVeb-hostinq

Cookie və digər texnologiyalar

Cookie və digər texnologiyalardan istifadə etməklə də fərdi məlumatları toplaya bilərik. Bu bizim saytlara və ya üçüncü tərəf saytlarına daxil olduğunuz, bizim onlayn reklama baxdığınız və bizim/üçüncü tərəfin mobil tətbiqlərini istifadə etdiyiniz zaman baş verə bilər və aşağıdakı məlumatları ehtiva edə bilər:

a) Cihaz brauzeriniz və əməliyyat sisteminiz haqqında məlumat;

b) İstifadə etdiyiniz cihazın IP ünvanı;

c) Baxdığınız veb-səhifələrimiz;

d) Xidmətlərimizlə əlaqə yaradarkən kliklədiyiniz linklər.

Zəhmət olmasa, bu barədə daha çox məlumat üçün cookie bəyannaməmizlə tanış olun.

Bizimlə əlaqə

Əgər bu Məxfilik Bəyannaməsi və ya sizin fərdi məlumatlarınızın emal edilməsi ilə bağlı sual, şərh və ya şikayətiniz olarsa, zəhmət olmasa, əlaqə səhifəsi vasitəsilə bizimlə əlaqə saxlayın.

Vacib məlumat

Bu veb saytda olan mətn, qrafiklər, şəkillər, linklər, səslər, videolar, ifadələr, hər hansı bir proqnozlaşdırıcı hesab cədvəlləri və ya alətləri və ya simptom nəzarətçisi, proqnozlaşdırılan günlər və/və ya tarixlər və digər materiallar daxil olmaqla, bunlarla məhdudlaşmayan digər məlumatlar yalnız ümumi məqsədlər üçündür və sizin və/və ya (doğulmamış) uşağınız üçün tibbi məsləhət, diaqnoz və ya müalicə kimi qəbul edilməməlidir. Bu veb saytdakı məlumatlara etibar edilə bilməz və siz və/və ya (doğulmamış) uşağınız üçün dəqiq məlumatlar deyil. Sağlamlıq vəziyyəti və/və ya tibbi simptomlarla bağlı suallarınız üçün hər zaman həkiminizdən və ya digər ixtisaslaşmış tibbi mütəxəssisdən məsləhət alın. Bu veb saytda oxuduğunuz və ya konsultanlarımızdan biri ilə danışdığınız bir məsələ ilə bağlı heç vaxt peşəkar tibbi məsləhətlərə laqeyd yanaşmayın və ya müraciətinizi gecikdirməyin. Təcili tibbi yardım (şübhə) ehtiyacı yarandıqda dərhal həkiminizə və ya təcili tibbi yardıma zəng edin. Nutricia və onun filialları bu veb saytda hansısa formada təqdim olunan məlumat və məlumatların düzgünlüyü, tamlığı, adekvatlığı, uyğunluğu, keyfiyyəti, etibarlılığı və dəqiqliyi barədə heç bir təminat, təqdimat və ya zəmanət vermir. QANUNLARIN İCAZƏ VERDİYİ QƏDƏRİYLƏ Nutricia və onun filialları, bu veb saytdakı məlumatların istifadəsi və ya sui-istifadəsi və ya məlumat çatışmazlığı ilə əlaqəli yarana biləcək bütün öhdəlikləri istisna edir.

Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir

Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun

“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.

Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.

Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.

Cookie siyasəti

Siz NutriciaClub veb-saytından istifadə etməklə kukilərin istifadəsi ilə razılaşırsınız. Məxfilik siyasətimizdən bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz.

Yaşadığınız ölkəni seçin