ŞƏRTLƏR VƏ QAYDALAR

Saytdan istifadə edən şəxslər (“İstifadəçi” olaraq siz də daxil olmaqla “İstifadəçilər”) və Nutricia Exports B.V. (“Nutricia” – bu termin Nutricia Exports B.V-nin əsas, törəmə və ona bağlı şirkət olan şirkətlər qrupunun hər bir üzvünə aiddir) arasında qanuni anlaşma olduğu üçün, zəhmət olmasa, bu istifadə şərtləri və qaydalarını (“Şərtlər və Qaydalar”) diqqətlə oxuyun. Bu Şərtlər və Qaydalarda “biz”, “bizə” və “bizim” sözləri Nutricia-nı ifadə edir. Bu veb-sayta (“Sayt”) daxil olmağı və ondan istfadə etməyi davam etdirdiyiniz halda Gözlənilən Davranış Kodeksi (aşağıda göstərildiyi kimi) və Şərtlər və Qaydaların bir hissəsi olan Məxfilik Siyasəti də daxil olmaqla bütün Şərtlər və Qaydalar ilə razılaşmış olursunuz. Bu Şərtlər və Qaydalar ilə razı olmadığınız halda bu Sayta daxil olmalı və ya baxmalı deyilsiniz.

  1. Bu Sayt sizi məlumatlandırmaq və sizinlə əlaqə yaratmaq üçün Nutricia tərəfindən hazırlanıb. Zəhmət olmasa, bu Saytı gözdən keçirməyə çəkinməyin.
  2. Sayt və onun məzmunu yalnız Azərbaycan Respublikası sakinlərinin istifadəsi üçün hazırlanmış və nəzərdə tutulmuşdur. Nutricia bu Saytda əks olunan hər hansı bir informasiyanın digər yerlər üçün uyğun olmasına məsuliyyət daşımır.
  3. Bu Sayt sizə Nutricia-nın məhsul çeşidi, xidmətləri barədə məlumatlara və mövcud olan ümumi informasiyaya baxmaq imkanı verir. Bu məlumatlara baxmağı seçdiyiniz halda Nutricia-nın bu məlumatları sizin informasiya məqsədli fərdi təşəbbüs və sorğunuz əsasında təqdim etdiyini qəbul etmiş olursunuz.
  4. Bu Saytdan istifadə sizin öz riskinizdir. Nutricia və/və ya ona bağlı şirkətlər bu Saytda hər hansı bir məqsəd üçün mövcud olan məlumatların və materialların uyğunluğu, dəqiqliyi, etibarlılığı və tamlığına görə məsuliyyət daşımır və Məzmunun tərkibindəki hər hansı bir səhv, ötürmə və ya bu Saytda birbaşa və ya dolayı yolla mövcud olan digər informasiya üçün cavabdeh deyil. Nə Nutricia, nə də Saytın yaradılması, hazırlanması və ya çatdırılmasında iştirak edən başqa tərəflər müqavilənin təsiri nəticəsində istənilən birbaşa, təsadüfi, ardıcıl, dolayı və ya cərimə tipli zərər və ya itki, hər hansı bir Üçüncü Tərəf Veb-saytlar (aşağıda müəyyənləşdirildiyi kimi) və keçidlər də daxil olmaqla Sayta və ya onun Məzmununa giriş və ya ondan istifadə nəticəsində yaranan səhlənkar və ya digər qanundan kənar hərəkətə görə cavabdeh deyil. Buna kompüterinizə və/və ya elektron cihazınıza ziyan verə biləcək viruslar və zərərlər daxildir. Siz Nutricia-nı böhtan, məxfilik və əqli mülkiyyətinin pozulması da daxil olmaqla, amma bununla məhdudlaşmayan istənilən iddiadan sığortalamaq, qorumaq və zərərdən uzaq tutmağı qəbul edirsiniz. Yuxarıda qeyd olunanlarla məhdulaşmayaraq Saytda hər şey sizə “olduğu kimi” və açıq və ya güman edilən istənilən növ zəmanət olmadan və ya başqa formada, ticari və müəyyən bir məqsəd üçün uyğunluq zəmanəti də daxil olmaqla, müvafiq qanunların icazə verdiyi ən geniş miqyasda və ya qanun pozuntusu olmadan təqdim edilir.
  5. Bu Saytın Məzmununun müəllif hüquqları Nutricia-ya və/və ya onun lisenziarlarına məxsusdur. İstifadəçilər bütün müəllif hüquqları və digər mülkiyyət qaydalarını pozmamaq şərti ilə materialları şəxsi istifadə, qeyri-kommersiya məqsədləri üçün yükləyə bilərlər. Nutricia-dan öncədən yazılı icazə almadan bu Saytın hər hansı bir bölməsinin hər hansı bir ictimai və ya kommersiya məqsədləri üçün sürətinin çıxarılması, təkrar yayılması, yenidən paylaşılması, dərc edilməsi, adaptasiyası və ya dəyişdirilməsi qadağandır. Siz bu Sayta hər hansı bir materialı ötürdükdə və ya Saytda hər hansı bir materialı yerləşdirdikdə istifadə etmək, yenidən hazırlamaq, dəyişdirmək, adaptasiya etmək, dərc etmək, tərcümə etmək, törəmə işlər hazırlamaq və ya bu materialı Sayt vasitəsilə bütün dünya üzrə yayımlamaq üçün bizə müəllif hüquqlarınıza və digər əqli mülkiyyət hüquqlarına uyğun şəkildə lisenziya ödənişi olmadan və ya sizə hər hansı bir hesabat vermək öhdəliyi olmadan istisnasız, dünya miqyasında, müddətsiz tam sublisenziya vermiş olursunuz. Siz Saytda dərc etdiyiniz istənilən material üçün cavabdehlik daşıdığınızı qəbul edirsiniz. Bu, təqdim olunmuş materialın qanuniliyi, etibarlılığı, uyğunluğu və heç kimin əqli mülkiyyət hüquqları və ya məxfiliyini pozmadığına dair təminat verdiyiniz barədə sizin (və bizim yox) tam məsuliyyət daşımağınız mənasına gəlir.
  6. Saytda göstərilən ticarət nişanları, loqolar, işarələr və xidmət nişanları (birlikdə “Ticarət Nişanları”) qeydiyyatdan keçmiş və ya keçməmiş formada, yaxud digər formada eksklüziv olaraq Nutricia-nın və/və ya onun lisenziarlarına məxsusdur. Bu Saytda verilmiş heç bir şey Nutricia-nın açıq yazılı razılığı olmadan Ticarət Nişanlarına hər hansı bir lisenziya və ya hüququn verilməsi kimi şərh edilməməlidir. Bu Şərtlər və Qaydalarda göstərilənlər istisna olmaqla, Ticarət Nişanları və Saytın məzmunundan istifadə etməyiniz qəti qadağandır. Sizə bildirilir ki, Nutricia Ticarət Nişanları, Sayt və onun məzmunu üzrə əqli mülkiyyət hüquqlarına, cinayət məsuliyyətinə cəlb edilmə də daxil olmaqla, tam şəkildə riayət olunmasını təmin edəcək.
  7. Müxtəlif məlumatlar, tövsiyələr, məsləhətlər, məktublar, ismarıclar, şərhlər, postlar, mətnlər, təsvirlər, proqram təminatı, musiqi, səslər, şəkillər, videolar, məlumatlar, nümunələr və digər materiallar (bütünlükdə “Məzmun”) bu Saytda və bu Sayt vasitəsilə mövcuddur. Məzmunun bir qismi Nutricia tərəfindən, digər Məzmun isə sual-cavab postları vasitəsilə İstifadəçi fikirləri və baxışları kimi İstifadəçilər tərəfindən təmin olunur. Nutricia Saytda paylaşdığımız və mövcud olan Məzmunu dəqiq, tam və yenilənmiş qaydada qoruyub saxlamağa çalışır, amma biz özümüz və ya İstifadəçilər tərəfindən təqdim olunmuş hər hansı bir Məzmunun dəqiqliyi, bütövlüyü, keyfiyyəti, tamlığı və müasirliyinə zəmanət verə bilmirik və buna görə məsuliyyət daşımırıq.
  8. Saytda nümayiş etdirilən insanların və ya məkanların təsvirləri Nutricia və/və ya onun lisenziarlarının mülkiyyətidir və ya icazəsi ilə istifadə olunur. Bu Şərtlər və Qaydalarda göstərilən spesifik hallar və ya Saytın hər hansı bölməsində göstərilən spesifik icazə istisna olmaqla, bu təsvirlərin istifadəsi qadağandır. Təsvirlərin icazəsiz istifadəsi müəlliflik hüquqlarını, ticarət nişanı və/və ya reklam qanunlarını, eləcə də kommunikasiya qaydalarını və şərtlərini poza bilər.
  9. Başqa bir İstifadəçi tərəfindən paylaşılan və ya digər formada bu Saytda mövcud olan istənilən Məzmun ilə bağlı qanunazidd fəaliyyətə diqqətimizi çəkmək və bizə şikayət bildirmək istəsəniz, zəhmət olmasa, İstifadəçilər tərəfindən təmin olunan Məzmunun yerləşdiyi istənilən səhifədə olan “şikayət et” linkindən istifadə edin.
  10. Bu Saytda təqdim olunan və ya bizim Dəstək Xətti əməkdaşı tərəfindən təmin olunan Məzmun nə Nutricia-nın, nə də onun İstifadəçilərinin tibbi, məsləhətverici, hüquqi və ya digər peşəkar xidmət və ya tövsiyə ilə məşğul olduqları mənasını vermir. Bu Saytdakı və ya bizim Dəstək Xətti əməkdaşı tərəfindən təmin olunan Məzmun məlumat xarakterlidir və tibbi və ya sağlamlıq tövsiyəsi kimi, həmçinin sizdə bu xüsusda tibbi hal və ya hüquqi problem yaradacaq müəyyən vəziyyət və suallar ilə əlaqəli peşəkar tövsiyəni əvəz etmək üçün nəzərdə tutulmayıb. Yeni bir müalicəyə başlamamışdan əvvəl məsləhət almaq üçün həmişə tibbi hal ilə bağlı terapevtiniz, pediatrınız və ya digər ixtisaslı həkiminizlə görüşün.
  11. Sayt vasitəsilə Nutricia-ya könüllü olaraq göndərilən, məsələn, sizdən gələn sualı cavablandırmaq üçün lazım olan fərdi məlumatlar Nutricia tərəfindən məxfilik siyasətinə (buradan baxa bilərsiniz: Məxfilik Siyasəti) uyğun şəkildə istifadə edilir. Bu məlumatlar Saytımızın çalışması və müştərilərin ehtiyaclarını dəyərləndirmək üçün daxili məqsədlər üçün də istifadə edilə bilər. Bu cür məlumatı təqdim etməklə Nutricia-nın fərdi məlumatları bu şəkildə və Nutricia-nın məxfilik siyasətində müəyyən edilmiş formada istifadə etməsinə razılıq vermiş olursunuz.
  12. Nutricia hər hansı bir Nutricia qrupunda özünüz və ya başqa bir şəxs haqqında hər hansı şəxsi məlumatları (məs: telefon nömrəsi, poçt ünvanı, ev ünvanı və ya e-poçt ünvanı və ya sizin şəxsən tanınmağınıza imkan verəcək digər məlumatlar) heç vaxt aşkara çıxarmamağı məsləhət görür. Nutricia bu cür fərdi məlumatların sizin tərəfinizdən könüllü olaraq aşkara çıxarılmasından irəli gələn hər hansı bir hadisəyə görə cavabdehlik daşımır. Nutricia fərdi məlumatlarınızı qorumaq üçün bütün uyğun və müvafiq addımları atsa da, Nutrica fərdi məlumatlarınızın internet üzərindən ötürülməsinin 100% etibarlı olduğundan əmin ola bilməz və Nutricia fərdi məlumatlarınızın oğurlanması, sındırılması, itirilməsi və ya zərər görməsi halında baş verə biləcək istənilən ziyana görə hər bir məsuliyyəti rədd etmək hüququnu özündə saxlayır.
  13. Bu Saytda digər üçüncü tərəf veb-saytların (“Üçüncü Tərəf Veb-saytlar”) linkləri ola bilər. Nutricia hər hansı Üçüncü Tərəf Veb-saytın məzmunu və ya etibarlılığına və ya Üçüncü Tərəf Veb-saytların davam edən baxışına görə məsuliyyət daşımır. Bu cür Üçüncü Tərəf Veb-saytlara linkin daxil edilməsi Nutricia tərəfindən razılıq verildiyi mənasına gəlmir. Hər hansı bir Üçüncü Tərəf Veb-saytlarına keçid etməyinizin riski sizə aiddir. Nutricia Saytımızdan çıxdığınız vaxt xəbərdar olmağınızı və bu Üçüncü Tərəf Veb-saytların şərtləri və qaydalarını oxumağınızı tövsiyə edir. Bu Şərtlər və Qaydalar yalnız Nutricia tərəfindən bu Saytda toplanan məlumatlara aiddir. Nutricia-nın yazılı razılığı olmadan bu Sayta hər hansı bir şəkildə istinadın verilməsinə icazə verilmir.
  14. Nutricia bu Saytın və ya istinad edilən hər hansı Üçüncü Tərəf Veb-saytların əlçatan olacağını və ya vaxtında mövcud olacağını, yaxud onlara girişin davamlı və ya sərbəst olacağını bəyan etmir və zəmanət vermir.
  15. Nutricia öncədən xəbər vermədən istənilən vaxt Saytda materialın dəyişdirilməsi və ya silinməsi hüququnu özündə saxlayır. Bu Saytda yayımlanan məlumatlarda texniki yanlışlıqlar və ya orfoqrafik səhvlər ola bilər. Buradakı məlumatlara mütəmadi olaraq dəyişikliklər edilir. Nutricia burada təsvir olunan məhsullarda istənilən vaxt və vaxtaşırı olaraq təkmilləşdirmələr və dəyişikliklər edə bilər.
  16. Nutricia bu paylaşımı yeniləməklə istənilən vaxt bu Şərtlər və Qaydalara dəyişiklik edə bilər. Siz bu cür yoxlamalara bağlısınız və bu səbəbdən də cari Şərt və Qaydaları nəzərdən keçirmək üçün bu səhifəyə mütəmadi olaraq daxil olmalısınız.
  17. Nutricia hər hansı bir səbəb göstərmədən istənilən zaman istənilən şəxsin bu Sayta daxil olmasını rədd etmək və ya məhdudlaşdırmaq, yaxud ayrıca internet ünvanından daxil olmasını əngəlləmək hüququnu özündə saxlayır.
  18. Nutricia Saytı və ya onun hər hansı bölməsini istənilən vaxt istənilən səbəbə görə öncədən xəbərdarlıq etmədən və ya icazə almadan bağlamaq hüququnu özündə saxlayır. Hər hansı bir Məzmunu və/və ya Sayta göndərilən İstifadəçi Məzmununu saxlamağa və ya silməyə görə cavabdehlik daşımırıq.
  19. Bu Şərtlər və Qaydalar Azərbaycan Respublikası qanunlarına görə nizamlanacaq və təhlil ediləcək və hər hansı bir mübahisə Azərbaycan Respublikasının xüsusi yurisdiksiyasına təqdim ediləcək.

CAVABDEHLİK MƏHDUDİYYƏTİ. Bu saytda mövcud olan mətnlər, şəkillər, keçidlər, audio, videolar, fikirlər, istənilən proqnozlaşdırıcı kalkulyator və ya alətlərin, yaxud simptom yoxlayıcısının nəticələri, proqnozlaşdırılan günlər və/və ya tarixlər və digər materiallar da daxil olmaqla, amma bunlarla məhdudlaşmayan informasiyalar sadəcə ümumi məlumat məqsədlidir, sizin və sizin (doğulmamış) uşağınız üçün tibbi və ya sağlamlıq tövsiyəsi, diaqnoz və ya müalicə kimi qəbul edilməməlidir. Bu veb-saytda əks olunan məlumatlara arxayın ola bilməzsiniz və onlar sizin və/və ya sizin (hələ doğulmamış) uşağınız üçün dəqiq və ya səciyyəvi deyil. Tibbi bir hal və/və ya simptomlarla əlaqəli hər hansı bir sualınız olarsa, hər zaman həkiminiz və ya digər ixtisaslı tibb mütəxəssisindən məsləhət alın. Bu veb-saytda oxuduğunuz və ya bizim konsultantlarımız ilə danışdığınız hər hansı məsələ səbəbdən peşəkar tibbi məsləhətə heç vaxt diqqətsiz yanaşmayın. Fövqəladə tibbi hal olarsa və ya buna şübhəniz varsa, dərhal həkiminizə və ya təcili yardıma zəng edin. Nutricia və ona bağlı şirkətlər bu veb-saytda hər hansı bir formada mövcud olan istənilən məzmunun düzgünlüyü, tamlığı, uyğunluğu, münasibliyi, keyfiyyəti, etibarlılığı və hər hansı bir məlumatın dəqiqliyi barədə heç bir təminat vermir və məsuliyyət daşımır. MÖVCUD QANUNLARIN TAM İCAZƏ VERDİYİ ÖLÇÜDƏ Nutricia və ona bağlı şirkətlər bu veb-saytdakı məlumatların istifadəsi və ya düzgün olmayan istifadəsi, yaxud məlumat çatışmazlığından qaynaqlanan və bunlarla əlaqəli olaraq yaranan hallar ilə bağlı heç bir məsuliyyət daşımır.

Bizimlə əlaqə

Bu Şərtlər və Qaydalar ilə bağlı hər hansı bir sualınız olarsa, zəhmət olmasa, Əlaqə Səhifəsində bizimlə əlaqə saxlayın.

Müəllif hüququ

Copyright © NUTRICIA Bütün hüquqlar qorunur.

Vacib məlumat

Bu veb saytda olan mətn, qrafiklər, şəkillər, linklər, səslər, videolar, ifadələr, hər hansı bir proqnozlaşdırıcı hesab cədvəlləri və ya alətləri və ya simptom nəzarətçisi, proqnozlaşdırılan günlər və/və ya tarixlər və digər materiallar daxil olmaqla, bunlarla məhdudlaşmayan digər məlumatlar yalnız ümumi məqsədlər üçündür və sizin və/və ya (doğulmamış) uşağınız üçün tibbi məsləhət, diaqnoz və ya müalicə kimi qəbul edilməməlidir. Bu veb saytdakı məlumatlara etibar edilə bilməz və siz və/və ya (doğulmamış) uşağınız üçün dəqiq məlumatlar deyil. Sağlamlıq vəziyyəti və/və ya tibbi simptomlarla bağlı suallarınız üçün hər zaman həkiminizdən və ya digər ixtisaslaşmış tibbi mütəxəssisdən məsləhət alın. Bu veb saytda oxuduğunuz və ya konsultanlarımızdan biri ilə danışdığınız bir məsələ ilə bağlı heç vaxt peşəkar tibbi məsləhətlərə laqeyd yanaşmayın və ya müraciətinizi gecikdirməyin. Təcili tibbi yardım (şübhə) ehtiyacı yarandıqda dərhal həkiminizə və ya təcili tibbi yardıma zəng edin. Nutricia və onun filialları bu veb saytda hansısa formada təqdim olunan məlumat və məlumatların düzgünlüyü, tamlığı, adekvatlığı, uyğunluğu, keyfiyyəti, etibarlılığı və dəqiqliyi barədə heç bir təminat, təqdimat və ya zəmanət vermir. QANUNLARIN İCAZƏ VERDİYİ QƏDƏRİYLƏ Nutricia və onun filialları, bu veb saytdakı məlumatların istifadəsi və ya sui-istifadəsi və ya məlumat çatışmazlığı ilə əlaqəli yarana biləcək bütün öhdəlikləri istisna edir.

Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir

Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun

“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.

Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.

Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.

Cookie siyasəti

Siz NutriciaClub veb-saytından istifadə etməklə kukilərin istifadəsi ilə razılaşırsınız. Məxfilik siyasətimizdən bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz.

Yaşadığınız ölkəni seçin