Hamiləliyin 1-4-cü həftələri: Hamiləlik əlamətləri və körpənin inkişafı

Oxuma müddəti: 4 dəqiqə

Hamiləliyin 1-4 həftəsi neçənci aydır?

calendar icon circle

1-ci ay (1-ci rüb)

foetus icon

1-4-cü həftələrdə körpənin inkişafı

Mayalanmadan sonra 90 saat ərzində hüceyrələr bölünür və çox kiçik kütləyə ayrılır.

pregnancy icon

Cift

Ciftin rolu barədə ətraflı öyrənin.

orange icon

C vitamini

C vitamininin həyatı necə dəstəklədiyini kəşf edin.

1-4-cü həftələrdə körpənin inkişafı

pregnancy weeks 1-4

Mənim körpəm nə boydadır? Körpəm nəyə bənzəyir?

Bu mərhələdə müşahidə olunası çox şey yoxdur. Sizin yeni mayalanmış yumurtanız ziqot1 adlanır. Mayalanmadan sonra 90 saat ərzinə hüceyrələr bölünür və analıq borusundan uşaqlıq boşluğuna hərəkət edəcək çox kiçik kütləyə ayrılır. Dörd həftədən sonra körpəniz xaşxaş toxumu boyda olacaq və amniotik kisə ilə qorunacaq. Bu kisə amortizasiyaedici maye ilə dolur körpənizi qidalanma ilə təmin edən çox kiçik yumurta sarısı kisəsinə yapışır. Kənar qat körpənizi oksigen və qidalandırıcı maddələrlə təmin etməklə ciftə çevrilir.2

Ovulyasiyadan təxminən 6-10 gün sonra artıq blastosista kimi bilinən hüceyrə dəstəsi bətninizin divarına yapışdığı üçün yüngül ləkələr sezmək mümkündür.1

personal pregnancy journey icon circle

Sizin körpə bu həftə

Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.

Hamiləliyin erkən mərhələsi

Orqanizmdə dəyişikliklər

woman forgetfulness

Hamilə kimi görünmək ehtimalınız çox azdır: ilk dəfə ana olmağa hazırlaşanlarda hamiləlik ən tezi 12-ci həftəyə qədər özünü biruzə vermir. Bunu özünüzün də hiss etməyiniz az ehtimal olunur, amma bu hal hamiləlik harmonu – xorionik qonadotropin2 aktivləşməyə başlayanda dəyişəcək. Bununla bərabər siz yeni orqan – cift yetişdirməyə başlayırsınız.

Hamiləliyin 4-cü həftəsinədək körpəniz öz qidalanmasını çox kiçik yumurta sarısı kisəsindən alacaq, amma bunu cift2 əvəz edəcək. Bu yeni orqan körpənizi onun böyüməsi və inkişafı üçün zəruri olan oksigen və qidalandırıcı maddələr ilə təmin edəcək. O, həmçinin bütün hamiləlik boyunca körpənizin infeksiyalara davamlılığı üçün ona anticisim ötürəcək.3

Ciftin başqa bir funksiyası hormon əmələ gətirməsidir.3 Bu hormonlar sizin fizioloji dəyişikliklərinizi dəstəkləməklə körpənizin böyüməsinə və inkişafına kömək edir. Məsələn, proqestron və relaksin uşaqlıq boşluğunun böyüyən körpənizə uyğunlaşmasına və onun üçün yer açmasına imkan verməklə əzələlərinizə rahatlaşdırıcı təsir göstərir.4

1-4-cü həftələrdə hamiləlik əlamətləri5

Hamiləliyin erkən vaxtlarında simptomlar sezilməyə bilər və bəzən müşahidə olunmur. Bununla belə, aşağıdakılardan bəziləri ilə rastlaşa bilərsiniz:

  • Menstruasiya vaxtının keçməsi
  • Daha çox sidiyə çıxma ehtiyacı
  • Ağızda metal dadı
  • Qidaların dadının dəyişməsi
  • Səhər ürəkbulanması
  • Vaginadan ağ rəngli ifrazat (tamamilə normaldır)

C vitamininə diqqət

C vitamini hamiləliyin ilk 4 həftəsində həyati əhəmiyyətli qidalandırıcı maddədir. O, hüceyrələrin sağlamlığının qorunmasında və kollagenin normal funksiyasının təmin olunmasında vacib rol oynayır. Kollagen dəri, damarlar, qığırdaq6 kimi toxuma və orqanlara dəstək verir və formalaşmasına kömək edir, eyni zamanda sizin sürətlə böyüyən ciftinizin təməl daşlarından biridir.

C vitamini hüceyrələri sağlam saxlamaq və yaraların sağalmasına kömək etməklə immun sistemini dəstəkləyir.6

C VİTAMİNİNİN

ELMİ ƏSASI

C vitamini normal böyüməni, sümüklərin güclənməsini və yaraların sağalmasını dəstəkləyən liflərdən olan kollagenin formalaşması üçün lazımlıdır. O, həmçinin dəmirin sorulması və sonralar istifadəsi üçün saxlanılmasına kömək edir, bu da körpənizin həyatının ilk altı ayında öyrənməsi və böyüməsinə dəstək olacaq.7

C vitamini qeyri-hem dəmirin (ispanaq, brokkoli və çiyələk kimi bitkilərdə olan dəmir) qan dövranına8 hopdurulmasına kömək edir. Dəmir oksigenin sizin vücudunuz boyu9 və körpənizə ötürülməsinə kömək edən əsas qan komponentidir. Bu mineralın sağlam şəkildə təmini körpənizin normal koqnitiv funksiyaları üçün əhəmiyyətlidir.

Hamiləlik dövründə C vitamininin tövsiyə olunan miqdarı gündəlik 40 mq, sonuncu rübdə isə gündəlik 50 mq-dır.10 Ana südü ilə qidalanma vaxtı isə bu rəqəm gündə 70 mq-a qalxır.10

C vitamini suda həll olur və orqanizmdə qalmır, buna görə də hamiləlik dövründə gündəlik qəbul edilməsi çox vacibdir. Xoşbəxtlikdən sizi və körpənizi dəstəkləməsi üçün ehtiyacınız olan C vitaminini bol meyvə və tərəvəzlərin daxil edildiyi düzgün balanslaşdırılmış pəhriz vasitəsilə ala bilərsiniz.11

Hamiləlik dövründə uzaq durulmalı qidalar

Ayrı-ayrı həftələr ərzində uzaq durulmalı xüsusi bir şey yoxdur, amma hamiləlik dövründə aşağıdakılarından uzaq qaçmaq yaxşıdır:

banned number 1

Çiy və tam bişməmiş ət

banned number 2

Pasterizə edilməmiş süd və süd məhsulları

banned number 3

Qara ciyər və A vitamini ilə zəngin qidaların hədsiz qəbulu

weight gain icon

Hamiləlik dövründə nə qədər çəki yığmalıyam?

Hamiləlikdə dövründə çəkinin artması hamiləlikdən əvvəlki çəkinizdən asılıdır və anadan anaya görə böyük ölçüdə dəyişir. Əksər qadınların çəkisi hamiləlik dövründə 10-12,5 kq artır və bunun bir hissəsini böyüyən uşağın çəkisi təşkil edir.13

  1. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and early parenthood. 4th ed.London: Carroll & Brown Publishers Limited, 2013. p.14.
  2. NHS. Start 4 Life. 1st trimester, week 4 [Online]. Available at: https://www.nhs.uk/start4life/pregnancy/week-by-week/1st-trimester/week-4/ [Accessed October 2019].
  3. NHS. What is the placenta? [Online]. Available at: https://www.nhs.uk/common-health-questions/pregnancy/what-is-the-placenta/ Page last reviewed: 3 September 2018.Next review due: 3 September 2021.
  4. You and your hormones, Placenta [Online]. Available at: https://www.yourhormones.info/glands/placenta/ Page last reviewed: February 2018.
  5. NHS. Signs and symptoms of pregnancy.
  6. Maggini S et al. Essential Role of Vitamin C and Zinc in Child Immunity and Health. J Int Med Res 2010; 38: 386 – 414.
  7. NHS. Vitamins for children [Online]. Available at: https://www.nhs.uk/Conditions/pregnancy-and-baby/Pages/vitamins-for-children.aspx Page last reviewed: 1 February 2018. Next review due: 1 February 2021.
  8. British Nutrition Foundation. Vitamins [Online]. Available at: https://www.nutrition.org Page created July 2009. Revised February 2016.
  9. NHS. Iron [Online]. Available at: https://www.nhs.uk/conditions/vitamins-and-minerals/iron/ Page last reviewed: 3 March 2017. Next review due: 3 March 2020. 10
  10. British Nutrition Foundation. Nutrition Requirements [Online]. Available at: https://www.nutrition.org.uk/attachments/article/234/Nutrition%20Requirements_Revised%20Oct%202016.pdf Last reviewed: Oct 2016. Next review due: Oct 2019.
  11. NHS. Vitamins, supplements and nutrition in pregnancy, Vitamin C [Online]. Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/vitamins-minerals-supplements-pregnant/ Page last reviewed: 26 January 2017. Next review due: 26 January 2020.
  12. NHS choices. How much weight will I put on during my pregnancy? [Online]. Available at: https://www.nhs.uk/chq/Pages/2311.aspx?CategoryID=54 Page last reviewed: 18 October 2018. Next review due: 18 October 2021.

Son baxış: 03 dekabr 2019

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x