Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Oxuma müddəti: 6 dəqiqə
3-cü ay (1-ci rüb)
Bir çox əsas orqanlar artıq yerindədir.
Hamiləliyin 11-ci həftəsində körpəniz böyüməsinin sürətli mərhələsinə başlamaq üzrə olur. Boyu hələ ki, 4-5 sm, laym böyüklüyündədir. Bununla bərabər, sürətli şəkildə böyüyür və inkişaf edir: bütün üz sümükləri artıq yerindədir, əl və ayaq barmaqları pərdəli rüşeymindən ayrılmağa başlayır, qulaq tumurcuqları isə daha bilinən şəkil alır.1
Körpəniz artıq bir neçə vaxtdır ki, qəfil hərəkətlər etməsinə baxmayaraq,2 əgər bu sizin ilk hamiləliyinizdirsə, çətin ki, 17-18-ci həftəyə qədər və ya daha gec hansısa zərbəni hiss edəsiniz.1
Körpənizin gələcəyinin formalaşmasına kömək etmək üçün onun inkişafı barədə daha çox öyrənin
Beliniz yoğunlaşmağa başladığından, ola bilər ki, qarnınızın böyüdüyünü hiss edəsiniz. Əgər heç bir şey sezmirsinizsə, narahat olmağa dəyməz, yəqin ki, çox keçmədən müşahidə edəcəksiniz.
Erkən hamiləlik əlamətləri insandan insana görə dəyişir. 11-ci həftədə hamiləliyin aşağıdakı əlamətlərini hiss edə bilərsiniz:
Döşləriniz böyüyə bilər və ağrı hiss edə bilərsiniz. Həmçinin döş gilələrinizin həmişəkindən daha çox çıxdığını və rənginin tündləşdiyini görə bilərsiniz, bununla vücudunuz əmizdirməyə hazırlıq dönəminə başlayır.
İlk 12 həftə ərzində baş verən hormonal dəyişikliklər səbəbindən özünüzü yorğun və əldən düşmüş hiss edə bilərsiniz.
Səhər ürəkbulanması hamiləliyin birinci rübündə ana olmağa hazırlaşanların 80%-ə təsir edir.4 Bu, günün istənilən vaxtında tuta bilər və gün ərzində yüngül ürəkbulanmadan qusmaya qədər dəyişə bilər.
Hamiləlik hormonu proqestron həzm prosesini yavaşladır və bu, köpməyə və qaz artıqlığına səbəb ola bilər.5
Yüngül sancılar və qanlı ifrazatın yaranması hamiləliyin erkən mərhələlərində geniş bilinən haldır.8,9 Əgər ağrı şiddətli olarsa (menstruasiya sancısından daha ağrılı) və ya qanaxma kəskinləşərsə, terapevtinizə müraciət edin.
Hamiləlik hormonları estroqen və proqesteron hamiləliyin ilk 12 həftəsində8 yüksəlməklə sizin emosional vəziyyətinizə təsir edir. Özünüzü gümrah hiss etməyiniz üçün çoxlu dincəlin və yüngül idman hərəkətləri edin.
Hamiləlik ürəkbulanması adətən ilk rüb ilə sona çatır. Bir çox qadınlarda əlamətlər 9-11-ci həftələrdə zirvə nöqtəsinə çatır və 12-14-cü həftələrdə hiss ediləcək şəkildə yaxşılaşır.9 Bəzi qadınlarda hamiləlik ürəkbulanması daha uzun, təxminən 20 həftə çəkə bilər, ikinci rübdən başlayaraq isə turşu reflüksü ürəkbulanma və qusmaya səbəb ola bilər. Səhər ürəkbulanması və onun müalicəsi barədə daha ətraflı məlumat alın.
8-14-cü həftələr arasında sizin ilk ultrasəs müayinəniz olacaq. Ultrasəs müayinə uşaqlıq boşluğunda körpənizin təfsilatlı təsvirini göstərmək üçün zərərsiz səs dalğalarından istifadə edir. Körpənizi ilk dəfə görərkən yaşayacağınız sevincdən başqa nə siz, nə də körpəniz heç bir şey hiss etməyəcəksiniz.
Kalsium sümüklərin və dişlərin inkişafında vacib olduğu üçün körpənizin ona bir qədər ehtiyacı olacaq.10 Süd bir neçə vacib funksiyanı yerinə yetirən zəngin kalsium mənbəyidir.10
Sümüklərin və dişlərin inkişafında vacib rol oynaması ilə bilinən kalsium hamiləlik boyunca körpəniz üçün əsas qidalandırıcı maddələrdəndir.12 Xoşbəxtlikdən onu geniş çeşidli mənbələrdən almaq olar.
Amma kalsium təkcə sümükləri və dişləri dəstəkləmir. O, hər adi hüceyrədə istifadə olunur, toxumalarda və orqanizmdəki mayelərdə mövcud olur, əzələlərin və sinirlərin fəaliyyətinə, həzm prosesinə kömək etmək və qanın laxtalanması da daxil olmaqla digər funksiyaları da yerinə yetirir.13 Araşdırmaya görə hamiləlikdə kalsium ilə yaxşı təmin olunma preeklampsiya və erkən doğuş riskini azaltmağa kömək edə bilər.14
Ayrı-ayrı həftələr ərzində uzaq durulmalı xüsusi bir şey yoxdur, amma hamiləlik dövründə aşağıdakılarından uzaq qaçmaq yaxşıdır:
Çiy və tam bişməmiş ət
Pasterizə edilməmiş süd və süd məhsulları
Qara ciyər və A vitamini ilə zəngin qidaların həddən artıq qəbulu
Hamiləlikdə dövründə çəkinin artması hamiləlikdən əvvəlki çəkinizdən asılıdır və anadan anaya görə böyük ölçüdə dəyişir. Əksər qadınların çəkisi hamiləlik dövründə 10-12,5 kq artır və bunun bir hissəsini böyüyən uşağın çəkisi təşkil edir.15
Son baxış: 3 dekabr 2019
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Iltimos, oldin quyidagi muhim bildirishni o‘qib chiqing
“Davomi” tugmasini bosish orqali siz Nutrilon bolalar suti va boshqa mahsulotlar to‘g‘risidagi axborot bilan tanishishingiz mumkin. Agar siz davom etishni istasangiz, Nutricia Club Uzbekistan sizning individual so‘rovingiz bo‘yicha bu ma’lumotni axborot maqsadlarida taqdim etishiga rozilik bildirgan bo‘lasiz. Iltimos, farzandingizni sut bilan boqish va qattiq taomlarga o‘tish borasida asosli tanlovga erishish uchun tibbiyot xodimi bilan maslahatlashing.Ko‘krak bilan emizish chaqaloqlar uchun hammasidan yaxshi va ko‘plab afzalliklar beradi. Ko‘krak bilan emizishga tayyorgarlik ko‘rishda va emizish davrida siz sog‘lom, muvozanatlangan ovqatlar tanovul qilishingiz juda muhim. Hayotning birinchi haftalarida ko‘krak suti va sun’iy oziqlantirishni uyg‘unlashtirish o‘z ko‘krak sutingiz kelishini kamaytirishi mumkin va ko‘krak bilan emizmaslik qarorini bekor qilish qiyin bo‘ladi. Sun’iy oziqlantirish (bolalar ozuqasi)dan foydalanishning ijtimoiy va molyaiviy oqibatlarini inobatga olish zarur. Bolalar ozuqasini noto‘g‘ri iste’mol qilish yoki nomuvofiq oziq-ovqat mahsulotlari yo oziqlantirish uslublaridan foydalanish salomatlik uchun xavf tug‘dirishi mumkin. Agar siz bolalar ozuqasidan foydalansangiz, ishlab chiqaruvchining qo‘llash bo‘yicha yo‘riqnomalariga qat’iy rioya etishingiz kerak – bu yo‘riqnomalarga rioya etmaslik farzandingiz og‘rib qolishiga olib kelishi mumkin.