Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Oxuma müddəti: 4 dəqiqə
4-cü ay (2-ci rüb)
Körpənizin böyrəkləri fəaliyyətə başlayır.
İndi körpəniz təxminən 8,5 sm uzunluğunda, kivi boydadır. Onun başı daha dəyirmi və bədəni ilə daha mütənasibdir. Göz qapaqları inkişaf edir, əl və ayaq barmaqlarında dırnaqlar əmələ gəlir. Körpəniz fırlanmağa başladıqca, əllərini, biləklərini və ayaqlarını genəltdikcə onun hərəkətləri daha nizamsız olmağa başlayacaq.2
Daha vacibi isə odur ki, körpənizin böyrəkləri artıq işləməyə başlayıb və o az miqdarda amniotik maye udmağa başlayır. Bu onun mədəsindən keçməklə böyrəkləri vasitəsilə sidik halında amniotik mayeyə qayıdır.3
Əsas xəbər odur ki, siz yeni bir orqan, cift yetişdirmisiniz. O, uşaqlıq boşluğunuz və körpənizi göbək bağı vasitəsilə bir-birinə bağlayır, qidalandırıcı maddələri, oksigeni, hormonları pompalayır və karbon dioksid kimi artıq maddələri xaric edir.1
Döşlərinizin böyüməyə başladığını görə bilərsiniz. Bu dəyişiklik bəzi qadınlarda döşlərin həssaslaşması, bəzilərində isə çəki artması səbəbindən bel ağrılarının olması kimi müşahidə oluna bilər. Əgər büstqalterinizdə sarı ləkələr görsəniz, bu, çox güman ki, gələcək ananın hazırlayacağı ilk süd olan kolostromdur. Bu sizin üçün narahatlıq yaradırsa, döş bezindən istifadə edin.1
Birinci rübün başa çatması ilə qadınların əksəriyyəti özünü daha yaxşı hiss etməyə başlayır, amma səhər ürəkbulanması kimi bəzi əlamətlərin keçməsi bir qədər vaxt ala bilər. İkinci rübdə1 aşağıdakılar da daxil olmaqla bəzi əlamətlər ortaya çıxa bilər:
8-14-cü həftələr arasında ultrasəs müayinə olur, yəni 14-cü həftəyədək sizin ilk ultrasəs müayinəniz olacaq. Ultrasəs müayinə uşaqlıq boşluğunda körpənizin təfsilatlı təsvirini göstərmək üçün zərərsiz səs dalğalarından istifadə edir. Körpənizi ilk dəfə görərkən yaşayacağınız sevincdən başqa nə siz, nə də körpəniz heç bir şey hiss etməyəcəksiniz.
Həm siz, həm də körpəniz ehtiyac duyduğunuz K vitaminini sağlam, düzgün balanslaşdırılmış pəhrizdən asanlıqla almalısınız. Yağda həll ola bildiyi üçün orqanizminiz istifadə olunmayan K vitaminini qara ciyərdə ehtiyat olaraq saxlayır, bununla da onu hər gün pəhrizinə daxil etməyinizə ehtiyac qalmır.6 Daha yaxşı xəbər odur ki, K vitamini adətən bişirmə zamanı təsirə məruz qalmır.
Hamiləlik dövründə körpəniz lazımi miqdarda K vitamini qəbul etməsə, doğuşdan sonra onda nadir rastlanan qan laxtalanması pozğunluğu yarana bilər. Buna görə də çoxları doğuşdan sonra gücləndirici inyeksiya elətdirir.7
Sintetik K vitamini toksik8 ola bilər, odur ki, K vitamini əlavəsini ginekoloqunuz və ya həkiminizin tövsiyəsi ilə qəbul edin.
K vitamini təkcə sümüklərin sağlam inkişafı və qara ciyərdə protein formalaşması üçün zəruri deyil, o həm də qanın laxtalanması, yaraların düzgün sağalmasında da aparıcı rol oynayır. Bu, doğuş vaxtı və doğuşdan dərhal sonra orqanizminiz bərpa prosesini keçməyə və yaxşılaşmağa başlayanda xüsusilə əhəmiyyətlidir.
Ayrı-ayrı həftələr ərzində uzaq durulmalı xüsusi bir şey yoxdur, amma hamiləlik dövründə aşağıdakılarından uzaq qaçmaq yaxşıdır:
Çiy və tam bişməmiş ət
Pasterizə edilməmiş süd və süd məhsulları
Qara ciyər və A vitamini ilə zəngin qidaların həddən artıq qəbulu
Hamiləlikdə dövründə çəkinin artması hamiləlikdən əvvəlki çəkinizdən asılıdır və anadan anaya görə böyük ölçüdə dəyişir. Əksər qadınların çəkisi hamiləlik dövründə 10-12,5 kq artır və bunun bir hissəsini böyüyən uşağın çəkisi təşkil edir.13
Son baxış: 04 dekabr 2019
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Iltimos, oldin quyidagi muhim bildirishni o‘qib chiqing
“Davomi” tugmasini bosish orqali siz Nutrilon bolalar suti va boshqa mahsulotlar to‘g‘risidagi axborot bilan tanishishingiz mumkin. Agar siz davom etishni istasangiz, Nutricia Club Uzbekistan sizning individual so‘rovingiz bo‘yicha bu ma’lumotni axborot maqsadlarida taqdim etishiga rozilik bildirgan bo‘lasiz. Iltimos, farzandingizni sut bilan boqish va qattiq taomlarga o‘tish borasida asosli tanlovga erishish uchun tibbiyot xodimi bilan maslahatlashing.Ko‘krak bilan emizish chaqaloqlar uchun hammasidan yaxshi va ko‘plab afzalliklar beradi. Ko‘krak bilan emizishga tayyorgarlik ko‘rishda va emizish davrida siz sog‘lom, muvozanatlangan ovqatlar tanovul qilishingiz juda muhim. Hayotning birinchi haftalarida ko‘krak suti va sun’iy oziqlantirishni uyg‘unlashtirish o‘z ko‘krak sutingiz kelishini kamaytirishi mumkin va ko‘krak bilan emizmaslik qarorini bekor qilish qiyin bo‘ladi. Sun’iy oziqlantirish (bolalar ozuqasi)dan foydalanishning ijtimoiy va molyaiviy oqibatlarini inobatga olish zarur. Bolalar ozuqasini noto‘g‘ri iste’mol qilish yoki nomuvofiq oziq-ovqat mahsulotlari yo oziqlantirish uslublaridan foydalanish salomatlik uchun xavf tug‘dirishi mumkin. Agar siz bolalar ozuqasidan foydalansangiz, ishlab chiqaruvchining qo‘llash bo‘yicha yo‘riqnomalariga qat’iy rioya etishingiz kerak – bu yo‘riqnomalarga rioya etmaslik farzandingiz og‘rib qolishiga olib kelishi mumkin.