Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Oxuma müddəti: 5 dəqiqə
4-cü ay (2-ci rüb)
Körpəniz daha çox hərəkət edir və siz qarnınızda yüngül dalğalanmalar hiss edə bilərsiniz.
Körpəniz indi avokado böyüklüyündədir, boyu təxminən 11,6 sm, çəkisi isə təxminən 100 q-dır.1 Qan dövranı fəaliyyətə başlayıb və gündə 28 litrdən çox qan pompalaya bilir.
Körpəniz əllərini və barmaqlarını əyməyə başlaya bilər. Hətta əlləri bir-biri ilə görüşə, yumruq yarada və bir-birini tuta bilər.2 Körpənizin sinir sistemi inkişafa davam etdikcə hərəkətlərinin sayı da çoxalacaq.2
Həmçinin körpəniz səsinizi tanıya bilər. Araşdırmalar göstəriri ki, körpələr uşaqlıq boşluğunda olarkən eşitdiyi mahnını doğulduqdan sonra eşirdərkən ona reaksiya verir. Odur ki, laylalarınızı seçin.3
Üz ifadələri formalaşmağa başlasa da, hələ ki, onları idarə edə bilmir.2 Ən önəmlisi isə odur ki, körpəniz önümüzdəki bir neçə həftə ərzində iki dəfədən çox çəki artıraraq əsaslı böyümə sıçrayışına hazırlaşır.4
Körpənizin inkişafının arxasında dayanan elmi kəşf edin, həftəbəhəftə
Yəqin ki, siz artıq hamilə olduğunuz gizlədə bilmirsiniz. Bununla bərabər, 16-cı həftədə hamiləlik qarnı fərqli olur. Bu, bəzi qadınlarda ümumiyyətlə görünməyə bilər, amma digərlərində nəzərə çarpacaq dərəcədə olur. Hər kəs fərqlidir, odur ki, öz qarnınızı başqasınınkı ilə müqayisə etməyə vaxt itirməyin və narahat olmayın.
Orqanizminizdəki əlavə hormonlar selikli qişanıza qan axınını da artırır, buna görə də daha çox burun tutulması hiss edə bilərsiniz. Bununla əlaqədar olaraq, bəzən burnunuzun qanamasına da təəccüblənməyin. Duzlu spreylər və burun zolaqları tıxanmaların yüngülləşməsinə kömək üçün təhlükəsizdir.3
Hormonlar həmçinin damarların dartılmasına da səbəb ola bilər. Qan axınının artması ilə varikoz damarlar üzə çıxa bilər. Narahat olmayın, onlar doğuşdan sonra kiçiləcək.5
Gələcək anaların çoxu hamiləliyin 1-ci rübünün xoş olmayan təsirlərindən artıq azad olurlar. Bununla belə, 16-cı həftədə hələ də aşağıdakılar kimi bəzi xoş olmayan əlamətləri hiss edə bilərsiniz:
Hamilə qadınlarda D vitamini çatışmazlığı riski artır və lazımi dərəcəyə çatmaları üçün əlavə diqqət göstərmələri tələb olunur.7 Gündəlik əlavəni qəbul etmək sizin və körpənizin sağlamlığını qoruyur.
Əgər dərinizin rəngi tünddürsə, artan piqmentiniz dərinizin D vitamini əmələ gətirmək qabiliyyətinə təsir göstərməklə gündəlik əlavənin qəbulunu daha da vacib edir.
Günəş şüaları təbii olaraq D vitamini yaradır, amma diqqət edin ki, özünüzü həddən artıq günəş şüalarının təsirinə qoymayasınız.
Bəzi qidaların tərkibində D vitamini mövcuddur, amma onlar məhdud saydadır. Yağlı balıqlar, yumurta sarısı və zənginləşdirilmiş qidalar bu növ qida mənbələri sırasındadır. İnsanların çoxu yalnız qida vasitəsilə əhəmiyyətli miqdarda D vitamini qəbul etməkdə çətinlik çəkir.8
Buna görə də bütün hamilə qadınların və əmizdirən anaların gündəlik olaraq 10 mkq D vitamini əlavəsi qəbul etməsi tövsiyə olunur. Bu miqdar sizin öz ehtiyaclarınızı qarşılayacaq dərəcədədir və körpənizin həyatının ilk 6 aylıq ehtiyacı üçün ehtiyat saxlamağa kömək edir.8
D vitamini orqanizmdəki kalsium və fosfatın miqdarını tənzimləyərək sümüklərin inkaşında vacib rol oynadığı üçün körpənizin ona ehtiyacı var.7 D vitamini çatışmazlığı uşaqlarda rəxitlik, böyüklərdə isə osteomalyasiya (sümük ağrıs) kimi hallara səbəb ola bilər.7 Yaxşı xəbər isə odur ki, siz günəş işığından bol miqdarda D vitamini qəbul edə bilərsiniz.
Ayrı-ayrı həftələr ərzində uzaq durulmalı xüsusi bir şey yoxdur, amma hamiləlik dövründə aşağıdakılarından uzaq qaçmaq yaxşıdır:
Çiy və tam bişməmiş ət
Pasterizə edilməmiş süd və süd məhsulları
Qara ciyər və A vitamini ilə zəngin qidaların həddən artıq qəbulu
Hamiləlikdə dövründə çəkinin artması hamiləlikdən əvvəlki çəkinizdən asılıdır və anadan anaya görə böyük ölçüdə dəyişir. Əksər qadınların çəkisi hamiləlik dövründə 10-12,5 kq artır və bunun bir hissəsini böyüyən uşağın çəkisi təşkil edir.13
Son baxış: 4 dekabrr 2019
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Iltimos, oldin quyidagi muhim bildirishni o‘qib chiqing
“Davomi” tugmasini bosish orqali siz Nutrilon bolalar suti va boshqa mahsulotlar to‘g‘risidagi axborot bilan tanishishingiz mumkin. Agar siz davom etishni istasangiz, Nutricia Club Uzbekistan sizning individual so‘rovingiz bo‘yicha bu ma’lumotni axborot maqsadlarida taqdim etishiga rozilik bildirgan bo‘lasiz. Iltimos, farzandingizni sut bilan boqish va qattiq taomlarga o‘tish borasida asosli tanlovga erishish uchun tibbiyot xodimi bilan maslahatlashing.Ko‘krak bilan emizish chaqaloqlar uchun hammasidan yaxshi va ko‘plab afzalliklar beradi. Ko‘krak bilan emizishga tayyorgarlik ko‘rishda va emizish davrida siz sog‘lom, muvozanatlangan ovqatlar tanovul qilishingiz juda muhim. Hayotning birinchi haftalarida ko‘krak suti va sun’iy oziqlantirishni uyg‘unlashtirish o‘z ko‘krak sutingiz kelishini kamaytirishi mumkin va ko‘krak bilan emizmaslik qarorini bekor qilish qiyin bo‘ladi. Sun’iy oziqlantirish (bolalar ozuqasi)dan foydalanishning ijtimoiy va molyaiviy oqibatlarini inobatga olish zarur. Bolalar ozuqasini noto‘g‘ri iste’mol qilish yoki nomuvofiq oziq-ovqat mahsulotlari yo oziqlantirish uslublaridan foydalanish salomatlik uchun xavf tug‘dirishi mumkin. Agar siz bolalar ozuqasidan foydalansangiz, ishlab chiqaruvchining qo‘llash bo‘yicha yo‘riqnomalariga qat’iy rioya etishingiz kerak – bu yo‘riqnomalarga rioya etmaslik farzandingiz og‘rib qolishiga olib kelishi mumkin.