Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Oxuma müddəti: 4 dəqiqə
4-cü ay (2-ci rüb)
18-ci həftədə körpəniz təxminən 14,2 sm uzunluğundadır, şirin qırmızı bibər boyda, çəkisi isə təxminən 190 qramdır.1
Təxminən 18-20-ci həftələrdə körpəniz yuxudan aktiv oyanıqlığa keçid edərkən ilk dəfə onun hərəkətlərini hiss etməyə başlaya bilərsiniz. Bu ilk hərəkətlər adətən yüngül və titrək hiss edilən kiçik təkanlar və diyirlənmələrdir.2 Əgər bu, sizin ilk hamiləliyinizdirsə, onları ümumiyyətlə hiss etməyə və ya mədədə kiçik narahatlıqla səhv sala bilərsiniz, belə ki, gələcək anaların əksəriyyəti yeməkdən sonra və ya gecədən keçmiş daha çox hərəkət hiss etdiklərini bildirirlər.2
Təxminən bu ərəfədə körpəniz xarici dünyadan səslərə reaksiya verə bilər, odur ki, böyüyən qarnınız ilə danışmaq üçün ideal vaxtdır.3 Körpənizin udma, əmmə və eşitmə kimi refleksləri də inkişaf etməyə davam edir.4
Körpənizin ağ ciyərlərinin daxilində alveol adlanan hava kisələri inkişaf etməyə başlayır və bu ərəfədə körpəniz tez-tez hıçqıra bilər,3 amma çətin ki, siz onları hiss edə biləsiniz.
Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.
Sizin uşaqlıq boşluğunuz öz yerinə doğru hərəkət edəcək və indi təxminən yemiş boydadır. Siz onu göbək dəliyinizdən təxminən 3,8 sm aşağıda hiss etməlisiniz.3 Ola bilsin ki, Linea Nigranın (latın dilində “qara xətt”) üzə çıxmasını müşahidə edəsiniz. Əslində isə təxminən 1 sm enində olan bu qəhvəyi zolağın olması tamamilə təbii haldır. Bu, ciftin əmələ gətirdiyi hormonun səviyyəsinin artması ilə bağlıdır.5
Bir çox qadın böyüyən qarnına uyğunlaşmaq istəyərkən özünü bir qədər naqolay hiss etdiyini bildirir. Xüsusən də bu sizin ilk hamiləliyinizdirsə, döşlərinizin ölçüsünün böyüməyə başladığını hiss edə bilərsiniz.4 Qan təzyiqiniz yəqin ki, bir qədər aşağı olacaq, odur ki, oturduğunuz yerdən qalxarkən qəfil durmayın, bu, başgicəllənmə yarada bilər.4 Qandakı şəkərin miqdarını sabit saxlamaq və stabil enerji səviyyəsini qorumaq üçün az-az, amma vaxtaşırı yeyin.
Qarnınız böyüdükcə qarnınızda və ya döşlərinizdə çat izləri görünə bilər.6 Doğuşdan sonra onlar adətən daha az nəzərə çarpır. Pulunuzu “möcüzəli kremlər”ə xərcləməyin, adi nəmləndirici kifayət edər.
Günahkar yenə də hormonlarınızdır.
Orqanızminiz daha çox qan pompaladığı və hormanlar coşduğu üçün siz yüksək istilik hiss edə bilərsiniz. Boş, nəfəs ala bilən paltarlar geyinin və sərin su içməklə susuz qalmayın.8
Ayaqyoluna tez-tez getmək erkən hamiləlik dövründə geniş yayılan əlamətlərdəndir, belə ki, böyüyən uşaqlıq boşluğu sidik kisəsinə təzyiq göstərir.
Bu hormonlar cinayətkarlar kimidir. Hamiləlik dövründə və əmizdirərkən parasetamol qəbulu təhlükəsizdir, amma həmişə ən aşağı dozada və mümkün qədər ən qısa müddətlik.9
Döşləriniz böyüyə bilər və ağrı hiss edə bilərsiniz. Həmçinin döş gilələrinizin həmişəkindən daha çox çıxdığını və rənginin tündləşdiyini görə bilərsiniz, bununla vücudunuz əmizdirməyə hazırlıq dönəminə başlayır.
Bu, bir qədər qorxulu səslənə bilər, amma əslində körpənizin özünü yaxşı hiss etdiyinə əmin olmaq üçün adi ultrasəs müayinədir. 18-20-ci həftələrdə sizə ustrasəs müayinədən (anomaly scan) keçməyiniz təklif edilməlidir. Siz bunu etmək məcburiyyətində deyilsiniz, amma müayinədən keçməyiniz tövsiyə olunur.
Ultrasəs müayinə körpənizin görünüşü və inkişafında qeyri-adi nəyinsə olub-olmadığını müfəssəl şəkildə göstərir. Ultrasəs müayinə ilə bir çox halları müəyyən edə bilər, amma hamısını yox. Ultrasəs müayinə cihazlarının çoxu sağlam körpələri üzə çıxarır, amma gözləmədiyiniz nəyisə aşkar edərsə, sizə əlavə yoxlamalar təklif edilə bilər. Bunları edib-etməmək yenə də sizin seçiminizə bağlıdır.
Müayinə nə sizə, nə də körpənizə heç bir zərər törətməyəcək, amma ultrasəs müayinə mütəxəssisi daha aydın görüntü əldə etmək üçün qarnınıza bir qədər təzyiq edərsə, azacıq narahatlıq hiss edə bilərsiniz.
Ola bilər ki, ultrasəs müayinə mütəxəssisi bu müayinədə körpənizin cinsini sizə desin. Amma bunu heç də hamı bilmək istəmir və klinikanın siyəsəti heç də həmişə körpənin cinsini açıqlamağa icazə verməyə bilər. Bunu öyrənmək istəyib-istəməməyinizi müayinədən əvvəl müəyyənləşdirin.
A vitamini körpənizin ən mürəkkəb və qeyri-adi hissəsinin – onun gözlərinin inkişafını dəstəkləyir. Bu, həmçinin körpənizin immuniteti və dəri hüceyrələrinin yaranması üçün vacibdir və onun ağ ciyərlərində alveol hava kisələrinin inkişafını dəstəkləyir. Onlar qanla oksigenin ötürülməsinə və karbon dioksidin xaric edilməsinə kömək edir.10
Həddən artıq A vitamini qəbulu çox az qəbul etmək kimi zərərli ola bilər, amma düzgün balanslaşdırılmış pəhriz sizi lazım olan miqdarda A vitamini ilə təmin edəcək. Hamiləlik pəhrizinə hansı mənbələri daxil etmək, hansı qida və əlavələrdən uzaq durmaq lazım olduğu barədə öyrənin.
A vitamini yağda həll ola bilir, bu o deməkdir ki, qara ciyər və yağ hüceyrələrində ehtiyat kimi saxlanılır. Hamiləlik dövründə A vitamininin sağlam təminatı körpənizin həyatının ilk bir neçə ayına hazırlıq kimi onun təbii ehtiyatını formalaşdırır.12 A vitamininin aşağı səviyyədə olması doğuşdan sonra körpənizin immun fəaliyyətinə təsir edərək onu infeksiya və xəstəliklərə qarşı daha həssas edə bilər.12
Son baxış: 18 dekabr 2019
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Iltimos, oldin quyidagi muhim bildirishni o‘qib chiqing
“Davomi” tugmasini bosish orqali siz Nutrilon bolalar suti va boshqa mahsulotlar to‘g‘risidagi axborot bilan tanishishingiz mumkin. Agar siz davom etishni istasangiz, Nutricia Club Uzbekistan sizning individual so‘rovingiz bo‘yicha bu ma’lumotni axborot maqsadlarida taqdim etishiga rozilik bildirgan bo‘lasiz. Iltimos, farzandingizni sut bilan boqish va qattiq taomlarga o‘tish borasida asosli tanlovga erishish uchun tibbiyot xodimi bilan maslahatlashing.Ko‘krak bilan emizish chaqaloqlar uchun hammasidan yaxshi va ko‘plab afzalliklar beradi. Ko‘krak bilan emizishga tayyorgarlik ko‘rishda va emizish davrida siz sog‘lom, muvozanatlangan ovqatlar tanovul qilishingiz juda muhim. Hayotning birinchi haftalarida ko‘krak suti va sun’iy oziqlantirishni uyg‘unlashtirish o‘z ko‘krak sutingiz kelishini kamaytirishi mumkin va ko‘krak bilan emizmaslik qarorini bekor qilish qiyin bo‘ladi. Sun’iy oziqlantirish (bolalar ozuqasi)dan foydalanishning ijtimoiy va molyaiviy oqibatlarini inobatga olish zarur. Bolalar ozuqasini noto‘g‘ri iste’mol qilish yoki nomuvofiq oziq-ovqat mahsulotlari yo oziqlantirish uslublaridan foydalanish salomatlik uchun xavf tug‘dirishi mumkin. Agar siz bolalar ozuqasidan foydalansangiz, ishlab chiqaruvchining qo‘llash bo‘yicha yo‘riqnomalariga qat’iy rioya etishingiz kerak – bu yo‘riqnomalarga rioya etmaslik farzandingiz og‘rib qolishiga olib kelishi mumkin.