Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Oxuma müddəti: 4 dəqiqə
5-ci ay (2-ci rüb)
Qarnınızla söhbət eləsəniz, sizə reaksiya verdiyini hiss edəcəksiniz.
Hamiləliyin 22-ci həftəsində körpənizin boyu başından büzdüm sümüyünə qədər 20 sm (təxminən kokos boyda), çəkisi isə təxminən 450 qramdır.
Sizin səsiniz hamiləlik dövründə körpənizin eşitdiyi ən aydın səslərdir.1 Tezliklə körpəniz məharətlə yönləndirilmiş hərəkətlərə cavab verməyə başlayacaq.1 Eyni zamanda körpəniz digər səslər, ritmlər və melodiyaları da ayırmağa başlayır.2,3 Odur ki, onunla danışmaq və istəsəniz, ona mahnı oxumaq üçün əla vaxtdır. Araşdırmalar göstərir ki, körpələr doğuşdan bir neçə saat sonra analarının səsinə üstünlük verirlər.1
İnkişaf edən digər hiss dad bilməsidir.4 Sizin qidalanmağınız körpəniz doğularkən nə yeyəcəyinə təsir edə bilər, buna görə də əlüstü qidalardan uzaq durmaq ən yaxşısıdır. C vitamini ilə zəngin təzə tərəvəzlərə üstünlük verin.
Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.
Başqalarının müşahidə etdiyi nəzərəçarpan dəyişiklik sizin böyüyən qarnınız olacaq. Bəzi gələcək analar isə üzə çıxan çat izlərindən başqa nəsə görə bilmirlər. Hamilə qadınların 80%-i bunun təsirini hiss edir6 və siz bu “hamiləlik zolaqları” ilə fəxr etməlisiniz.
Doğuşdan sonra onlar açıq gümüşü rəngdə olurlar, amma tamamilə keçib getmirlər. “Möcüzəli vasitələr”ə pul xərcləməyə ehtiyac yoxdur. Ətirsiz nəmləndiricilər və ya bədən yağı yetərlidir; sadəcə həmin yerləri ehmalca masaj edin.
Hamiləlik hormonu proqesteron da təzyiqdə qalır. Hərfi mənada. O, hamiləlik dövründə tez-tez rastlaşılan babasil4 və ya hemorroydan cavabdehdir. Proqesteron düz bağırsağınızdakı qan damarlarının divarlarını yumşaldır və böyüyən körpə həmin qan damarlarına təzyiq göstərərkən onlar babasil şəklində şişə bilərlər.
Estroqen və proqesteron hormonları yüksəlməsinin birinci rübdən qalan təsirlərini hələ də hiss edə bilərsiniz. Əgər onlar sizin emosional vəziyyətinizə təsir edirsə,8 özünüzü gümrah hiss etməyiniz üçün çoxlu dincəlin və yüngül idman hərəkətləri edin.
Qarnınızın yan tərəfində ağrılar uşaqlıq boşluğunun genişlənməsi (onu yuvarlaq bağ ağrıları da adlandırırlar) səbəbindən olur. Ağrının keçməsi üçün ayaqlarınızı qaldıraraq dincəlin.9
Qıcolma adətən gecələr tutur, odur ki, onu ötüşdürmək üçün ayağa dursanız, işığı yandırmağı unutmayın. Axı ilişmək və yıxılmaq istəmirsiniz. Qol, topuq və ayaqlar üçün yüngül hərəkətlər qıcolmanın qarşısını almağa kömək edər.
Böyrü üstə yatın, qarnınıza və ağrıyan əzələlərinizə dəstək üçün yastıqlardan istifadə edin. Həmçinin dizləriniz arasında yastıqla yatmağı da sınaya bilərsiniz.10
Bu hormonlar cinayətkarlar kimidir. Hamiləlik dövründə və əmizdirərkən parasetamol qəbulu təhlükəsizdir, amma həmişə ən aşağı dozada və mümkün qədər ən qısa müddətlik.11
Bu həzm problemləri körpənizin mədənizin olduğu hissəyə doğru böyüməsi və hormonal dəyişikliklər səbəbindən baş verir.12
C vitamini tək sizin deyil, körpənizin də immun sistemini gücləndirir. C vitamini hüceyrələri qoruyur və onları sağlam saxlayır, həmçinin immun və sinir sistemini dəstəkləyir. C vitamini həm də koqnitiv funksiyanı dəstəkləyən dəmirin körpənizin orqanizmi tərəfindən sorulmasına da kömək edir.13
Hamilələr üçün tövsiyə edilən gündəlik C vitamininin miqdarı 40 mq-dır. Sonuncu rübdə isə əlavə 10 mq qəbul edilməsi tövsiyə olunur.14
Nutricia tərəfindən dəstəklənir
C vitamini birləşdirici toxumanı əmələ gətirən proteinin – kollagenin yaranmasına kömək etmək üçün lazımlıdır, bu da öz növbəsində körpənizin inkişaf edən orqanlarını dəstəkləməklə onun orqanizminin strukturuna kömək edir. Kollagen həmçinin diş, dəri, diş əti, qığırdaq, sümüklər, qan damarları və körpənizin yara sağaltma qabiliyyətini də dəstəkləyir.15
C vitamini həmçinin qeyri-hem dəmirin sorulması üçün də əhəmiyyətlidir. İki növ dəmir mövcuddur: heyvan mənşəli qidalardan alınan və bitkilərdən alınan qeyri-hem dəmir. C vitamini orqanizminizin bitki mənşəli dəmiri sormasına kömək edir,16 sizin sağlamlığınız və körpənizin inkişafına təsir edə biləcək dəmir çatışmazlığı anemiyası riskini aşağı salır.17 Bitkilərdən qeyri-hem dəmirin sorulmasının yaxşılaşması gələcəkdə körpənizin öyrənməsi və həyatının ilk altı ayında böyüməsini dəstəkləmək üçün dəmir ehtiyatının yaradılmasını dəstəkləyir.18
Son baxış: 13 yanvar 2020
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Iltimos, oldin quyidagi muhim bildirishni o‘qib chiqing
“Davomi” tugmasini bosish orqali siz Nutrilon bolalar suti va boshqa mahsulotlar to‘g‘risidagi axborot bilan tanishishingiz mumkin. Agar siz davom etishni istasangiz, Nutricia Club Uzbekistan sizning individual so‘rovingiz bo‘yicha bu ma’lumotni axborot maqsadlarida taqdim etishiga rozilik bildirgan bo‘lasiz. Iltimos, farzandingizni sut bilan boqish va qattiq taomlarga o‘tish borasida asosli tanlovga erishish uchun tibbiyot xodimi bilan maslahatlashing.Ko‘krak bilan emizish chaqaloqlar uchun hammasidan yaxshi va ko‘plab afzalliklar beradi. Ko‘krak bilan emizishga tayyorgarlik ko‘rishda va emizish davrida siz sog‘lom, muvozanatlangan ovqatlar tanovul qilishingiz juda muhim. Hayotning birinchi haftalarida ko‘krak suti va sun’iy oziqlantirishni uyg‘unlashtirish o‘z ko‘krak sutingiz kelishini kamaytirishi mumkin va ko‘krak bilan emizmaslik qarorini bekor qilish qiyin bo‘ladi. Sun’iy oziqlantirish (bolalar ozuqasi)dan foydalanishning ijtimoiy va molyaiviy oqibatlarini inobatga olish zarur. Bolalar ozuqasini noto‘g‘ri iste’mol qilish yoki nomuvofiq oziq-ovqat mahsulotlari yo oziqlantirish uslublaridan foydalanish salomatlik uchun xavf tug‘dirishi mumkin. Agar siz bolalar ozuqasidan foydalansangiz, ishlab chiqaruvchining qo‘llash bo‘yicha yo‘riqnomalariga qat’iy rioya etishingiz kerak – bu yo‘riqnomalarga rioya etmaslik farzandingiz og‘rib qolishiga olib kelishi mumkin.