Hamiləliyin 23-cü həftəsi: Hamiləlik əlamətləri və körpənin inkişafı

Oxuma müddəti: 4 dəqiqə

Hamiləliyin 23 həftəsi neçənci aydır?

calendar icon circle

6-cı ay (2-ci rüb)

foetus icon

23-cü həftədə körpənin inkişafı

Hətta qarnınız böyüməsə belə, körpəniz çəki artırır.

pregnancy navigation icon

23-cü həftədə hamiləlik

Körpənizin kunq-fu hərəkətlərinə diqqət edin.

milk icon

Kalsium

Bu təbii daxili zirehi kifayət qədər qəbul etdiyinizə əmin olun.

23-cü həftədə körpənin inkişafı

Foetus Pregnancy Week 23

Mənim körpəm nə boydadır? Körpəm nəyə bənzəyir?

Hamiləliyin 23-cü həftəsində körpənizin boyu təxminən 20 sm, çəkisi isə təxminən 450 qramdır, hardasa qreypfrut ölçüsündə.1

İndi körpəniz sürətlə çəki artırır. Bu mərhələdə onun dərisi hələ də şəffaf olacaq və sanki bir qədər böyük görünəcək. Bu, ona görə belə olur ki, o, körpənizin bədənindən daha tez böyüyür, sonra isə yağ ehtiyatı yığaraq genişlənir. Körpəniz yağ ehtiyatı yığdıqca onun dərisi incəliyini və şəffaf görünüşünü itirəcək, daha hamar və bərk görünməyə başlayacaq.2

Bu ərəfədə körpənizin mütəmadi olaraq hərəkət etdiyini hiss etməlisiniz. Təpik atma, burulma və gərilmə hərəkətləri ilə bərabər körpəniz göbək bağı yanından ötərsə, onu tuta da bilər.

Onun bədən üzvləri indi bir-birləri ilə daha mütənasib ölçüdə olacaq və sizin balaca gözlədiyiniz sevimli körpəyə oxşamağa başlayacaq. Yaxın bir neçə həftə ərzində bu daha uzun bədən üzvləri hərəkət etməyə davam etdikcə onları hiss etməyə başlayacaqsınız. Eyni zamanda bəzi hərəkətləri qarnınızın üzərində də görə bilərsiniz.

parenting icon circle

Parlaq gələcək buradan başlayır

Körpənizin gələcəyinin formalaşmasına kömək etmək üçün onun inkişafı barədə daha çox öyrənin

Hamiləliyin 23-cü həftəsi (ikinci rüb)

Orqanizmimdə nə baş verir?

İndi hamiləliyinizin yarısını qət etdiyiniz vaxtda körpənizin həqiqətən də böyüməyə başladığını müşahidə edəcəksiniz. Böyüyən körpənizə uyğunlaşmaq üçün genişləndiyinə görə döş qəfəsinizdə bəzi ağrılar hiss edə bilərsiniz. Körpəniz kunq-fu hərəkətləri etmək fikrində olarsa və sizə sərt təpiklə zərbə vurarsa, bunu daha çox hiss edəcəksiniz.

Aktiv olmağınız və idman hərəkətləri özünüzü rahat hiss etməyinizə kömək edə və xüsusən də hamiləlikdə tez-tez rastlaşılan bel ağrılarına yaxşı təsir göstərə bilər. Mütəxəssislər ixtisaslı müəllim ilə hamiləlik yoqası və ya su məşqləri etməyi tövsiyə edir.3 Bu, belinizin daha yaxşı dəstəklənməsi üçün əzələlərinizin güclənməsinə kömək edər.

Körpəniz böyüdükcə təngnəfəslik də hiss edə bilərsiniz. Uşaqlıq boşluğunuz yuxarı doğru təkan verməyə davam edir və nəticədə döş qəfəsinizin altında yerləşən və nəfəs almağınızı nizamlayan diafraqmaya təsir edəcək. Bu da öz növbəsində ağ ciyərləri təzyiqə məruz qoyur.4

Siz bu hissi ayaqlarınızdan ağırlığı tamamilə götürərək bir kitab və ya filmdən zövq almaqla və ya tam dik dayanmaqla (bu, həm də başqasını daşımaqdan yaranan bel ağrısını azaltmağa da kömək edə bilər) yüngülləşdirə bilərsiniz.

23-cü həftədə hamiləlik əlamətləri

Pregnant-woman-feeling-sick

Çanaq bölgəsində daha çox miqdarda qanın olması ilə vaginanı təmiz və infeksiyalardan uzaq saxlamaq üçün orqanizminiz leykoreya adlanan süd rəngində maye hazırlayır. Ondan çox güclü qoxu gəldiyini, rəngini və ya tərkibini dəyişdiyini hiss etsəniz, bu, infeksiyaya yoluxduğunuzun əlaməti ola bilər; mütləq ginekoloqa mürəciət etməlisiniz.5

Bu həzm problemləri körpənizin mədənizin olduğu hissəyə doğru böyüməsi və hormonal dəyişikliklər səbəbindən baş verir.6

Bu hormonlar cinayətkarlar kimidir. Hamiləlik dövründə və əmizdirərkən parasetamol qəbulu təhlükəsizdir, amma həmişə ən aşağı dozada və mümkün qədər ən qısa müddətlik.7

Orqanizminiz daha çox qan pompaladığı və hormanlar coşduğu üçün siz yüksək istilik hiss edə bilərsiniz. Boş, nəfəs ala bilən paltarlar geyinin və sərin su içməklə susuz qalmayın.8

“Yalaçı doğuş sancıları” kimi də bilinən Braxton-Hicks sancıları uşaqlıq boşluğu gərildikdə və yumşaldıqda baş verir. Bu, sizin vücudunuzun doğuş üçün məşq etməsidir və narahat olmağa əsas yoxdur. Hətta bəzi qadınları bunları hiss etmir.9

Körpəniz üçün əlavə dəmirə ehtiyacınız var. Dəmir çatışmazlığı əlamətlərinə yorğunluq hissi, solğun görünmək aiddir.8 Dəmir əlavəsi qəbulu üçün ginekoloqunuzla məsləhətləşin.

Kalsiuma diqqət

Vacib mineral sayılmaqla kalsium pəhrizinizin aparıcı hissəsi olmalıdır. Hamilə olub-olmamasından asılı olmayaraq qadınların gündəlik olaraq 700 mq kalsiuma ehtiyacı var,10 11-18 yaşlı yeniyetmə qızlar üçün isə 1000 mq-dan az tövsiyə olunur.11 Bir araşdırmaya görə, hamiləlik dövründə kalsiumun düzgün qəbulu preeklampsiya və erkən doğuş riskini azaltmağa kömək edir.12 Xoşbəxtlikdən kalsium aşağıdakılar da daxil olmaqla bir sıra qidalarda mövcuddur:

Grated Cheese
  • Kalsium ilə zənginləşdirilmiş səhər yeməyi yarmaları
  • Pasterizə edilmiş süd, qatıq, çedar pendiri kimi bərk pendirlər (yumşaq mavi pendir və ya ağ qabıqlı yumşaq pendir yox) də daxil olmaqla süd məhsulları
  • Sümüklü yeyiləbilən balıqlar (sardina kimi)
  • Qabıqlı çərəzlər və toxumlar, xüsusən badam və küncüt toxumu
  • Əncir və ya quru ərik
  • Yem kələmi və ya ispanaq kimi yaşıl tərəvəzlər
  • Tofu
  • Bəzi yulaf südləri kimi kalsiumla zənginləşdirilmiş süd alternativləri

Orqanizm özü kalsium hazırlaya bilmir, buna görə də onu yalnız qida vasitəsilə ala bilərik. Əgər qidalanmağınızdan gündəlik olaraq kifayət qədər kalsium qəbul etmirsinizsə, orqanizminiz öz kalsium ehtiyatından istifadə edəcək, bu isə sümüklərin sağlamlığına təsir göstərə bilər.

KALSİUMUN

ELMİ ƏSASI

Nutricia tərəfindən dəstəklənir

Kimdən kalsiumun nəyə faydalı olduğunu soruşsanız, “dişlər və sümüklər” cavabını verər. Əslində insan bədənindəki kalsiumun 99%-i bu məqsədlə istifadə olunur.1 Amma qalan 1%-i hesabdan çıxarmaq olmaz. Bu cüzi miqdar demək olar ki, hər yerə çatır: bədənimizin bütün hüceyrələri bu və ya başqa şəkildə kalsium istifadə edir13 və hamiləliyiniz irəlilədikcə orqanizminizin kalsiumu sorma qabiliyyəti də artır.14

Bu heyrətamiz mikromineral həmçinin ürək də daxil olmaqla əzələ yığılması, neyromediator sekresiya, həzm və qan laxtalanması kimi vacib funksiyalardan cavabdehdir. Bundan başqa kalsium membranlar da daxil olmaqla skeletdən başqa strukturları da dəstəkləyir.15

Əgər hamiləlik dövründə qalxanvari vəz hormonunu əvəz edən dərman qəbul edirsinizsə, dərhal həkiminiz və ya ginekoloqunuzla danışın. Kalsium və dəmir əlavəsi qalxanvari vəz əlavəsinin sorulmasına mane ola bilər.16

  1. Murkoff H, Mazel S. What to Expect When You’re Expecting. 4th ed. London: Simon & Schuster Ltd, 2009. p. 261.
  2. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and early parenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013. p. 41.
  3. NHS UK. Back pain in pregnancy. [Online] Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/backache-pregnant/ Page last reviewed: 14 February 2018. Next review due: 14 February 2021.
  4. Babycentre. Breathlessness in pregnancy. [Online] Available at: https://www.babycentre.co.uk/a219/breathlessness-in-pregnancy Last reviewed: November 2017
  5. NHS UK. Vaginal discharge in pregnancy. [Online] Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/vaginal-discharge-pregnant/ Page last reviewed: February 2018. Next review due: February 2021
  6. NHS UK. Start4life. Week 25 – your second trimester. [Online] Available at: https://www.nhs.uk/start4life/pregnancy/week-by-week/2nd-trimester/week-25/ [Accessed December 2019]
  7. NHS UK. Can I take paracetamol when I’m pregnant? [Online] Available at: https://www.nhs.uk/common-health-questions/pregnancy/can-i-take-paracetamol-when-i-am-pregnant/ Page last reviewed: 1 June 2018. Next review due: 1 June 2021.
  8. Tommy’s. 10 common pregnancy complaints. [Online] Available at: https://www.tommys.org/pregnancy-information/im-pregnant/early-pregnancy/10-common-pregnancy-complaints Page last reviewed: April 2018. Next review due: April 2021
  9. Tommy’s UK. Braxton Hicks. [Online] Available at: https://www.tommys.org/pregnancy-information/labour-birth/braxton-hicks Page last reviewed: July 2019. Next review due July 2022.
  10. Department of Health. Report on Health and Social Subjects 41. Dietary Reference Values for Food Energy and Nutrients for the United Kingdom. London: TSO, 1991.
  11. British Nutrition Foundation. Calcium Counts. [Online] Available at: https://www.nutrition.org.uk/attachments/article/874/Calcium%20counts_final_20.08.18.pdf Page last reviewed: August 2018. Next review due: August 2021.
  12. Hofmeyr GJ et al. Calcium supplementation during pregnancy for preventing blood pressure disorders and related problems. Cochrane Database Syst Rev, 2018, Issue 10
  13. University of Wisconsin School of Medicine and Public Health. Why is Calcium important. [Online] Available at: https://www.medicine.wisc.edu/rheumatology/why-calcium-important [Accessed December 2019]
  14. Kumar A, Kaur S. Calcium: A Nutrient in Pregnancy. J Obstet Gynecol India 2017;67:313–318
  15. National Institute of Haematology and Blood Transfusion, 1113 Budapest, Hungary. G.Gárdos. The role of calcium in red cell membrane transport processes introduction. [Online] Available at: https://www.sciencedirect.com/science/article/pii/B9780080268187500245 [Accessed December 2019]
  16. The Mayo Clinic. Can calcium supplements interfere with hypothyroidism treatment? Todd B. Nippoldt, M.D. [Online] Available at: https://www.mayoclinic.org/diseases-conditions/hypothyroidism/expert-answers/hypothyroidism/faq-20058536 [Accessed December 2019]

Son baxış: 14 yanvar 2020

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x