Hamiləliyin 26-cı həftəsi

Hamiləliyin 26 həftəsi neçənci aydır?

calendar icon circle

6-cı ay (2-ci rüb)

Beyin qidası

Hamiləliyin 26-cı həftəsində körpəniz fiziki böyümə və beyin inkişafının əhəmiyyətli mərhələsinə qədəm qoyacaq. Sizin balanslaşdırılmış pəhrizinizə beynin sürətli inkişafını dəstəkləmək üçün uzun zəncirli doymamış yağ turşusu (LCP) mənbələri daxil olmalıdır.

döl hamiləlik həftə 26

26-cı həftədə körpənizin inkişafı

Doğuşa hazırlaşmaq

Körpəniz doğuşa hazırlaşdığı müddətdə sizin də eyni şeyi etməyiniz gözəl olar. Doğuş planı, xəstəxana çantanızına nə qoymaq istədiyiniz və doğuşa başlayan zaman hansı növ ağrıkəsicinin sizə rahat olacağı barədə düşünmək vaxtı gəlib çatdı.

Beyində LCP-lər

Uzun zəncərli doymamış yağ turşuları (LCP-lər) yağlı turşuların xüsusi qrupudur. Körpənizin inkişafı üçün ən əhəmiyyətli olan LCP-lərin ikisi DHA və AA adlanır və onlar Omeqa-3 və Omeqa-6 yağ qruplarının bir hissəsidir.3

DHA körpənizin beyin və göz inkişafına töhfə verir və onun həyatının ilk ilində görmə inkişafını dəstəkləyir.4

Üçüncü həftədə körpənizin beyni sürətlə inkişaf etdiyi üçün onun kifayət qədər DHA qəbul etməsindən əmin olmaq çox vacibdir

DHA doğuşdan sonra ana südü ilə qidalanarkən də körpənizin beyin inkişafını dəstəkləməyə davam edir.5

personal pregnancy journey icon circle

Sizin körpə bu həftə

Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.

LCP barədə araşdırma

Mütəxəssislər hamiləlik dövründə LCP-lər ilə bağlı araşdırma aparıblar və hamiləliyin ikinci yarısında əlavə DHA qəbul edən gələcək analarda erkən doğum riskini azaldığını və körpənin doğuş çəkisinin artdığını müəyyən ediblər.6,7

Yağlar barədə faydalı faktlar

Hamilə olduğunuz müddətdə və körpəniz doğulduqdan sonra da xüsusən DHA olmaqla faydalı LCP mənbələrini balanslaşdırılmış pəhrizinizə daxil etməyiniz əhəmiyyətlidir.

Mütəxəssislər hamiləlik dövründə və körpəni əmizdirərkən gündəlik əlavə 100-200 mq DHA qəbul etməyi tövsiyə edirlər.8 Bununla belə, DHA qida mənbələrinin bəziləri – yağlı balıqlar, balıq yağları, içalat və xüsusən də qara ciyər hamiləlik dövründə uzaq durulmalı qidalar siyahısındadır.

DHA daxil olmaqla LCP-lərin sağlam qəbulu üçün hər həftə 1-2 porsiya skumbriya, siyənək, təzə tunes və qızılbalıq kimi yağlı balıqlar yeməyi qarşınıza məqsəd qoyun. Tərkibində kirlədici maddələr və civə səviyyəsinin yüksək ola biləcəyi səbəbindən bu miqdardan daha çox yeməkdən çəkinin.

Əgər yağlı balıq yemək istəmirsinizsə, qabıqlı çərəzlər, toxumlar, tünd yaşıl tərəvəzlər, raps yağı, tam buğda yarmalar və soya məhsulları kimi Omeqa-3 yağlarının digər mənbələrini pəhrizinizə daxil edin.9

Növbəti addımlar

Omeqa-3 yağlarını təmin edən bu hamiləlik yeməkləri və əlüstü qidaları sınayın:

  • Tam buğda çörək-tost dilimi üzərində skumbriya
  • Buxara verilmiş tərəvəzlər ilə qızardılmış qızılbalıq
  • Alma, kərəviz və qozla hazırlanmış Valdorf salatı
  • Körpə ispanaq salatı ilə qızılbalıq kotleti
  • Bir ovuc qabıqlı çərəzlər və toxumlar
  • Bir kasa tam buğda sıyığı
  • Soya südlü və meyvəli smuzi

1. Murkoff H, Mazel S. What to Expect When You’re Expecting. 4th ed. London: Simon & Schuster Ltd, 2009. p. 261.

2. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and early parenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013. p. 43.

3. Brenna JT, Lapillonne A. Background paper on fat and fatty acid requirements during pregnancy and lactation. Ann Nutr Metab 2009;55(1-3):97-122.

4. European Food Safety Authority Panel on Dietetic Products, Nutrition and Allergies. Scientific opinion: DHA and ARA and visual development. EFSA Journal 2009;941:1-14

5. Sherry CL, Oliver JS, Marriage BJ. Docosahexaenoic acid supplementation in lactating women increases breast milk and plasma docosahexaenoic acid concentrations and alters infant omega 6:3 fatty acid ratio. Prostaglandins Leukot Essent Fatty Acids 2015;95:63-9.

6. Carlson SE et al. DHA supplementation and pregnancy outcomes. Am J Clin Nutr 2013;97(4):808-15.

7. Imhoff-Kunsch B et al. Effect of n-3 long-chain polyunsaturated fatty acid intake during pregnancy on maternal, infant, and child health outcomes: a systematic review. Paediatr Perinat Epidemiol 2012;26(1):91-107.

8. EFSA Panel on Dietetic Products, Nutrition, and Allergies (NDA); Scientific Opinion on Dietary Reference Values for fats, including saturated fatty acids, polyunsaturated fatty acids, monounsaturated fatty acids, trans fatty acids, and cholesterol. EFSA Journal 2010;8(3):1461.

9. Gandy J (ed). Manual of Dietetic Practice. 5th ed. Oxford: Wiley Blackwell. 2014. p. 759.

Son baxış: 8 avqust 2016

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x