Hamiləliyin 28-ci həftəsi

Hamiləliyin 28 həftəsi neçənci aydır?

calendar icon circle

7-ci ay (3-cü rüb)

Rahat nəfəs alın

İndi siz üçüncü rübə daxil olarkən körpəniz dərisinin altına yağ ehtiyatı toplamaqla sürətlə çəki artırır və vaxtından əvvəl doğulsa belə, ağ ciyərləri nəfəs almağı bacaraq qədər inkişaf edib. Üçüncü rübdə bəzi qadınlarda hamiləlik diabeti müşahidə oluna bilər. Belə olarsa, həyat tərzində hansı dəyişikliklərin kömək edə biləcəyi barədə öyrənin.

döl hamiləlik həftə 28

28-ci həftədə körpənizin inkişafı

28-ci həftədə yağ yığmaq

Hamiləliyin 28-ci həftəsində körpəniz artıq tam formalaşıb və çəkisi 900 qramdan bir qədər çoxdur.1 Onun orqanizm sistemlərinin əksəriyyəti qaydasında işlədiyi üçün inkişafının çoxu böyüməsinə istiqamətlənib. Bunların bir qisminə doğuşdan sonra onu isti saxlayacaq yağ ehtiyatının1 yığılması aiddir.

Bu mərhələdə körpəniz o qədər inkişaf edib ki, əgər indi dünyaya gəlsə, onun ağ ciyərləri ventilyatorun köməyi ilə olsa da, nəfəs almaq gücündədir.2

28-ci həftədə körpənizin ağ ciyərləri nəfəs ala biləcək qədər inkişaf edib.

Bu yaxınlarda körpənizin ürək döyüntüsünü eşitdiniz? Doğuş öncəsi məsləhətləşmələriniz artdıqca ginekoloqunuz bunu daha tez-tez yoxlayacaq və siz də ya ultrasəs müayinə cihazı, ya da stateskop vasitəsilə dinləyə biləcəksiniz. Bu mərhələdə onun ürək döyüntüləri dəqiqədə təxminən 140 dəfəyə düşüb, həyat yoldaşınız qulağını qarnınıza qoyaraq da onları eşidə bilər.1

Körpəniz böyüdükcə onun hərəkət etməsi üçün uşaqlıq boşluğunuzda daha az yer qalır və siz çox güman ki, hətta ən kiçik gərilmə və ya zərbəni də hiss edəcəksiniz.

personal pregnancy journey icon circle

Sizin körpə bu həftə

Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.

Hamiləlik diabeti

Hamiləlik dövründə balanslaşdırılmış pəhrizi qoruyub saxlamaq körpənizin sağlam inkişafına lazım olan qidalandırıcı maddələri əldə etməsi üçün əhəmiyyətlidir. Bu sizin öz sağlamlığınız üçün də vacibdir. Bəzi qadınlarda hamiləliyin üçüncü rübündə hamiləlik diabetinə rast gəlinir. Bu halın bəzi qadınlarda digərlərinə nisbətən daha çox inkişaf etməsinə artıq çəki və hamiləlikdən əvvəl bədən kütlə indeksinin 30-dan çox olması kimi bir sıra səbəblər göstərilir.4

Bəzi hamilə qadınlarda adətən üçüncü rübdə hamiləlik diabeti inkişaf edir.

Hamiləlik diabetinin olması orqanizminizin qanda qlükozanın səviyyəsini nizamlayan insulin adlı hormonu hazırlaya bilməməsi mənasına gəlir. Nəticədə qanda şəkərin miqdarı həddən artıq ola bilər.3

Böyüyən körpənizin artan tələbləri səbəbindən hamiləlik dövründə insulinə olan ehtiyacınız artır. Qanda şəkər səviyyəsinin yüksək olmasının əlaməti sayılan sidikdə qlükozanın olub-olmadığını yoxlamaq üçün hamiləlik boyunca müntəzəm olaraq sidik analizi verəcəksiniz. Əgər sizdə qlükozanın miqdarı həddən artıq olarsa, hamiləlik diabetinizi sağlam qidalanma və idman hərəkətləri ilə müalicə edə bilmək ehtimalınız yüksəkdir, hərçənd ki, bəzi qadınlara dərman vasitəsi təyin edilir. Hamiləlik diabetinin müalicəsiz qalması doğuşda ağırlaşma riskinə yol aça bilər.

Hamiləlik diabeti və həyat tərzində hansı dəyişikliklərin kömək edə biləcəyi barədə ətraflı məlumat alın.

Növbəti addımlar

Əgər sizdə hamiləlik diabeti aşkar olunarsa, onun ən yaxşı necə idarə edilməsi barədə sizə tövsiyə veriləcək. Həyat tərzinizdəki dəyişikliklərə aşağıdakılar aid ola bilər:4

  • Nizamlı şəkildə yeyin – yemək saatını buraxmayın
  • Mümkün olduğu qədər qlisemik indeksi (GI) aşağı olan qidaları (orqanizmdə daha yavaş parçalanan, qanda şəkərin miqdarını stabil saxlamağa kömək edən qidalar) seçin
  • Çoxlu meyvə və tərəvəz yeyin
  • Şəkər qəbuluna məhdudiyyət qoyun
  • Daha çox doymamış yağları qəbul edin
  • Kalori qəbuluna nəzarət edin

1. NHS UK. You and your baby at 25-28 weeks pregnant [Online]. 2015. Available at: http://www.nhs.uk/Conditions/pregnancy-and-baby/pages/pregnancy-weeks-25-26-27-28.aspx [Accessed August 2016]

2. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and early parenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013. p.44.

3. NHS UK. Gestational diabetes – Introduction [Online]. 2014. Available at: www.nhs.uk/Conditions/gestational-diabetes/Pages/Introduction.aspx [Accessed August 2016]

4. Royal College of Obstetricians & Gynaecologists. Information for you: Gestational diabetes [Online]. Available at: www.rcog.org.uk/globalassets/documents/patients/patient-information-leaflets/pregnancy/pi-gestational-diabetes.pdf[Accessed August 2016].

5. NHS UK. Gestational diabetes – Treatment [Online]. 2014. Available at: www.nhs.uk/Conditions/gestational-diabetes/Pages/Treatment.aspx [Accessed August 2016]

Son baxış: 8 avqust 2016

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x