Hamiləliyin 40-cı həftəsi

Hamiləliyin 40 həftəsi neçənci aydır?

calendar icon circle

9-cu ay (3-cü rüb)

Bütün gözəlliklər…

Hamiləliyin 40-cı həftəsində körpəniz tam inkişaf edib və doğuşa hazırdır. Bundan sonra onun bəslənməsi ana südü vasitəsilə sizin qidalanmağınıza bağlı olacaq, odur ki, hamiləlik boyu alışdığınız sağlam qidalanma vərdişlərini davam etdirməyiniz vacibdir. LCP-lərin (uzun zəncirli doymamış yağ turşuları) sağlam əmizdirmək pəhrizinin önəmli hissəsi olması və onları necə qəbul etməyiniz barədə öyrənin.

döl hamiləlik həftə 40

40-cı həftədə körpənizin inkişafı

40-cı həftə: Salam deməyə hazırsınız?

Son 40 həftə ərzində körpəniz bir hüceyrədən başlayaraq inkişaf etməklə yaxşı formalaşmış, unikal və imkanlarla dolu gözəl kiçik insana döndü.

Körpəniz artıq doğularkən sizin səsinizi tanıyacaq.

Doğuş ərəfəsində körpənizin boyu başından büzdüm sümüyünə qədər təxminən 37 sm, çəkisi isə təxminən ortalama doğuş çəkisinə yaxın – 3370 qramdır, bunun 15%-i isə yağlardan ibarətdir.1 Doğularkən onun 70-dən çox refleksi artıq işləyir və reaksiya verir, uşaqlıq boşluğunuzda aylardır səsinizi eşitməsi nəticəsində isə indi onu tanıya biləcək.1

Körpəniz doğulan kimi cift uşaqlıq boşluğunuzdan ayrılacaq və körpənizdən bir az sonra onun xaric olmasına kömək üçün yüngül təkana ehtiyac olacaq. Bu ətli, oval formalı orqanın işi artıq başa çatıb və göbək bağı da körpəniz müstəqil nəfəs almağa başlayan kimi öz işini başa vuracaq.1

Əgər körpəniz hələ dünyaya gəlmək əlamətlərini göstərmirsə, ruhdan düşməməyə çalışın. Təxminən 50% hamiləlik 40-cı həftədən sonra da davam edir. Normal, sağlam hamiləlik yaşadığınız halda, həkimlərin çoxu 42-ci həftəyə qədər davam etməsinə imkan verir.2

personal pregnancy journey icon circle

Sizin körpə bu həftə

Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.

LCP-lər: Körpənizin beyin və görmə inkişafına dəstək

Uzun zəncirli doymamış yağ turşuları (onlar birlikdə LCP-lər adlanır) müəyyən qidalarda mövcud olan yağ qruplarıdır. AA (Omeqa-6) və DHA (Omeqa-3) də daxil olmaqla bir neçə müxtəlif LCP-lər mövcuddur və bunlar hamiləlik dövründə və əmizdirərkən ana südü vasitəsilə vücudunuzdan körpənizə ötürülür.

Xüsusən də DHA hamiləlik dövründə körpənizin beyninin sağlam inkişafını dəstəkləyir. Hamiləlikdən sonra DHA həyatlarının ilk ilində ana südü ilə qidalanan körpələrin beyin və gözlərinin sağlam inkişafını dəstəkləməyə davam edir.3

Vücudunuz körpənizi LCP-lərlə ana südü vasitəsilə təmin edir, odur ki, onları əmizdirmək pəhrizinizə daxil etməyiniz vacibdir.

Körpənizi əmizdirərkən gündəlik dozadan əlavə 200 mq DHA qəbul etməyə çalışmalısınız. Skumbriya, sardina, təzə tunes balığı və qızılbalıq kimi yağlı balıqlar faydalı DHA mənbələridir. Ana südü ilə qidalanma zamanı həftəlik iki porsiya yeməyə davam edə bilərsiniz, bu, ehtiyacınızı qarşılamağa kifayət edər.

Əgər yağlı balıq yeməkdən xoşunuz gəlmirsə, qabıqlı çərəzlər, toxumlar, tünd yaşıl tərəvəzlər, raps yağı, tam buğda yarmalar və soya məhsulları kimi digər Omeqa-3 mənbələrini qəbul etdiyinizdən əmin olun.4 Amma bu qidalar Omeqa-3 yağlarını təmin etsələr də, orqanizminiz onları DHA çevirməkdə elə də effektiv deyil.4

DHA əlavələri mövcuddur, amma onlara ehtiyacınız olub-olmadığını ginekoloqunuz və ya terapevtinizlə məsləhətləşin.

NÖVBƏTİ ADDIMLAR

Omeqa-3 ilə zəngin bu çərəzləri və əlüstü qidaları sınayın:

  • Bir dilim kəpəkli tost üzərində skumbriya
  • Buxara verilmiş tərəvəzlər ilə qızardılmış qızılbalıq
  • Qızılbalıq kotleti
  • Bir kasa tam buğda sıyığı
  • Bir ovuc qoz və toxumlar

  1. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and early parenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013. p.51.
  2. Murkoff H, Mazel S. What to Expect When You’re Expecting. 4th ed. London: Simon & Schuster Ltd, 2009. p. 338.
  3. Commission Regulation (EU) No 440/2011 of 6 May 2011 on the authorisation and refusal of authorisation of certain health claims made on foods and referring to children’s development and health. OJ L 119, 7.5.2011, pp. 4–
  4. Gandy J (Ed). Manual of Dietetic Practice, 5th Edition. Wiley Blackwell. UK. 2014 p.759

Son baxış: 9 sentyabr 2016

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x