Hamiləliyin 7-ci həftəsi: Hamiləlik əlamətləri və körpənin inkişafı

Oxuma müddəti: 4 dəqiqə

Hamiləliyin 7 həftəsi neçənci aydır?

calendar icon circle

2-ci ay (1-ci rüb)

foetus icon

7-ci həftədə körpənin inkişafı

Körpənizin qol tumurcuqları meydana gəlir və düz, avarşəkilli əlləri formalaşır.1

fish icon 2

Yod

Niyə gündəlik yod əlavəsi qəbulu barədə düşünməli olduğunuzu öyrənin2

pregnancy icon

Yaxşı yeyin

Körpənizin gələcəyini sağlam, balanslaşdırılmış hamiləlik pəhrizi ilə qidalandırın.

7-ci həftədə körpənin inkişafı

foetus pregnancy week 7

Mənim körpəm nə boydadır? Körpəm nəyə bənzəyir?

Hamiləliyin 7-ci həftəsində körpəniz təxminən 4-10 mm1,2 uzunluğunda, qaragilə boyda olur. Onun qol tumurcuqlarının uzanması, düz, avarşəkilli əllərinin formalaşması2 ilə körpəyə oxşayan görüntüsü3 yaranmağa başlayır.

Bu mərhələdə körpənizin başı bədənindən daha sürətlə böyüyür; bu, sürətli və intensiv beyin böyüməsinin təzahürüdür.2 Onun ürəyi də inkişaf edir, sağ və sol kameralara bölünür. Eyni zamanda ağ ciyərlərində sonradan daha mürəkkəb bronx şəbəkəsinə3 çevriləcək hava keçidləri formalaşmağa başlayır.

Əgər körpənizin üzünü görmək imkanınız olsaydı, iki kiçik burun dəliyini görərdiniz. Dodaqları, dili və diş tumurcuqlarının üzə çıxması ilə ağzı da şəkil almağa başlayır.1 Bu vaxt gözləri və daxili qulaq strukturu da formalaşmağa davam edir, hərçənd ki, onların normal fəaliyyəti üçün hələ bir qədər vaxt lazımdır.2

parenting icon circle

Parlaq gələcək buradan başlayır

Körpənizin gələcəyinin formalaşmasına kömək etmək üçün onun inkişafı barədə daha çox öyrənin

Hamiləliyin 7-ci həftəsi (birinci rüb)

Orqanizmimdə nə baş verir?

Hamiləliyin 7-ci həftəsində qarında şişmənin olması geniş yayılsa da, hələ ki, hamilə kimi görünməyiniz və ya hansısa əlamətlərlə rastlaşmağınız az ehtimal edilir.

7-ci həftədə erkən hamiləlik əlamətləri4

hyperemesis gravidarum

Erkən hamiləlik əlamətləri insandan insana görə dəyişir. 7-ci həftədə hamiləliyin aşağıdakı əlamətlərindən hər hansı birini yaşaya bilərsiniz, ya da ümumiyyətlə müşahidə olunmaya bilər:

Döşləriniz böyüyə bilər və ağrı hiss edə bilərsiniz. Həmçinin döş gilələrinizin həmişəkindən daha çox çıxdığını və rənginin tündləşdiyini görə bilərsiniz, bununla vücudunuz əmizdirməyə hazırlıq dönəminə başlayır.

İlk 12 həftə ərzində baş verən hormonal dəyişikliklər səbəbindən özünüzü yorğun və əldən düşmüş hiss edə bilərsiniz.

Səhər ürəkbulanması hamiləliyin birinci rübündə ana olmağa hazırlaşanların 80%-ə təsir edir.5 Bu, günün istənilən vaxtında tuta bilər və gün ərzində yüngül ürəkbulanmadan qusmaya qədər dəyişə bilər.

Hamiləlik hormonu proqestron həzm prosesini yavaşladır və bu, köpməyə və qaz artıqlığına səbəb ola bilər.6

Yüngül sancılar və qanlı ifrazatın yaranması hamiləliyin erkən mərhələlərində geniş bilinən haldır.8,9 Əgər ağrı şiddətli olarsa (menstruasiya sancısından daha ağrılı) və ya qanaxma kəskinləşərsə, terapevtinizə müraciət edin.

Ayaqyoluna tez-tez getmək erkən hamiləlik dövründə geniş yayılan əlamətlərdəndir, belə ki, böyüyən uşaqlıq boşluğu sidik kisəsinə təzyiq göstərir.

Hamiləlik hormonları estroqen və proqesteron hamiləliyin ilk 12 həftəsində9 yüksəlməklə sizin emosional vəziyyətinizə təsir edir. Özünüzü gümrah hiss etməyiniz üçün çoxlu dincəlin və yüngül idman hərəkətləri edin.

Yoda diqqət

Yod balıq, süd və pendir kimi qidaların tərkibində olan mikroelementdir və sağlam beyin inkişafı üçün vacibdir.10 Bir çox qidaların tərkibində mövcud olmasına baxmayaraq, elmi araşdırmalar yod çatışmazlığının ümumi sağlamlıq problemi olduğunu göstərir.11 Əgər siz kifayət miqdarda yod aldığınızdan əmin deyilsinizsə, öz trapevtiniz və ya ginekoloqunuz ilə yod əlavəsi barədə danışın.

Əgər siz kifayət miqdarda yod aldığınızdan əmin deyilsinizsə, öz trapevtiniz və ya ginekoloqunuz ilə yod əlavəsi barədə danışın.

blackberry raspberry yoghurt pots

Adi duzu yodlaşdırılmış duz ilə əvəzləmək yod qəbulunu artırmaq üçün əla üsuldur. Siz həmçinin aşağıdakı qidaları öz pəhrizinizə daxil etməklə yod səviyyəsini artıra bilərsiniz.12,13

YODUN

ELMİ ƏSASI

Yod qalxanvari vəzin hormonları əmələ gətirməsinə kömək edir.14 Bu hormonlar maddələr mübadiləsinin nizama salınmasında və hüceyrələrin sağlam qalmasında iştirak edir.15 Yod həmçinin normal koqnitiv funksiyalara dəstək verilməsində də özünü göstərir.14 Elmi araşdırmalar mütəxəssisləri hamiləlik dövründə yodun əvvəllər düşünüldüyündən daha əhəmiyyətli olduğu fikrinə inanmalarına gətirib çıxarıb.

18-50 yaş arası qadınlar üçün hazırda gündəlik tövsiyə olunan yod miqdarı 0,14 mkq-dır.16 Hamiləlik dövründə yodun kifayət qədər qəbul edilməsi körpənizin normal böyüməsini dəstəkləməklə bərabər, qalxanvari hormonlarınızın nizama salınmasına da kömək edəcək.

weight gain icon

Hamiləlik dövründə nə qədər çəki yığmalıyam?

Hamiləlikdə dövründə çəkinin artması hamiləlikdən əvvəlki çəkinizdən asılıdır və anadan anaya görə böyük ölçüdə dəyişir. Əksər qadınların çəkisi hamiləlik dövründə 10-12,5 kq artır və bunun bir hissəsini böyüyən uşağın çəkisi təşkil edir.13

Əgər siz hələ də terapevtin qəbulunda olmamısınızsa, bunu etməyiniz lazımdır, çünki o, ilk ultrasəs müayinə də daxil olmaqla doğuş öncəsi qulluğunuzun planlaşdırılmasına start verəcək.

  1. 1. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and early parenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013. p. 32.2. NHS UK. You and your baby at 0-8 weeks pregnant [Online]. 2013. Available at: www.nhs.uk/conditions/pregnancy-and-baby/pages/pregnancy-weeks-4-5-6-7-8.aspx [Accessed September 2019]3. Curtis GB, Schuler J. Your pregnancy week by week. 7th ed. Cambridge: Fisher books, 2011. p. 98-9.

    4. NHS. Signs and symptoms of pregnancy [Online]. Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/signs-and-symptoms-pregnancy/ Page last reviewed: 6 October 2018. Next review due: 6 October 2021.

    5. Noel M. Lee, M.D., Gastroenterology Fellow and Sumona Saha, M.D., Assistant Professor of Medicine. Nausea and Vomiting of Pregnancy. 2011. Pub 2013. [Online] Available at: https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3676933/

    6. NHS Start 4 Life. 1st trimester, week 10 [Online]. Available at: https://www.nhs.uk/start4life/pregnancy/week-by-week/1st-trimester/week-ten/

    7. NHS. Vaginal bleeding in pregnancy [Online]. Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/vaginal-bleeding-pregnant/ Page last reviewed: 26 January 2018. Next review due: 26 January 2021.

    8. NHS. Stomach pain in pregnancy [Online]. Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/stomach-pain-abdominal-cramp-pregnant/ Page last reviewed: 1 May 2018. Next review due: 1 May 2021.

    9. Claudio N. Soares and Brook Zitek. Reproductive hormone sensitivity and risk for depression across the female life cycle: A continuum of vulnerability? 2008. [Online] Available at: https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2440795/

    11Well. Iodine supplements could help mums, babies and the economy [Online]. Available at: https://www.nicswell.co.uk/health-news/iodine-supplements-could-help-mums-babies-and-the-economy

    11. Bath SC, Rayman MP. Is iodine deficiency during pregnancy a public health concern in the UK? Nutr Bulletin 2013;38(4):400-404.

    12. Gandy J (ed). Manual of Dietetic Practice. 5th ed. Oxford: Wiley Blackwell. 2014. p. 759.

    13. BDA. Iodine fact sheet [Online]. Available at: www.bda.uk.com/foodfacts/Iodine

    14. European Union. Commission Regulation (EU) No 432/2012 of 16 May 2012 establishing a list of permitted health claims made on foods, other than those referring to the reduction of disease risk and to children’s development and health text1 with EEA relevance. OJ L 136 2012;1-40.

    15. NHS UK. Iodine – Vitamins and minerals [Online]. 2012. Available at: www.nhs.uk/Conditions/vitamins-minerals/Pages/Iodine.aspx Page last reviewed: 3 March 2017. Next review due: 3 March 2020.

    16. Department of Health. Report on Health and Social Subjects 41. Dietary Reference Values for Food Energy and Nutrients for the United Kingdom. London: TSO, 1991.

    17. NHS choices. How much weight will I put on during my pregnancy? [Online]. Available at: https://www.nhs.uk/chq/Pages/2311.aspx?CategoryID=54 Page last reviewed: 18 October 2018. Next review due: 18 October 2021.

Son baxış: 23 dekabr 2019

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x