Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Doğuş həm sizin, həm də həyat yoldaşınız üçün fiziki və mənəvi cəhətdən taqətdənsalıcı bir prosesdir və doğuşdan sonra yeni həyata uyğunlaşmağınız üçün bir qədər zamana ehtiyacınız ola bilər. Bu ilk həftələrdə həyat yoldaşınızı emosional olaraq dəstəkləməyiniz və əlinizdən gələn hər şeyi etdiyinizdən əmin olmağınız vacibdir.
Doğuşdan sonra kömək etməyin ən yaxşı yollarından biri gündəlik ev işləri ilə məşğul olmaqdır. Bunlara ərzaq alış-verişi, yeməklərin hazırlanması və ya hər şeyi öz qaydasında saxlamaq aid ola bilər. Həyat yoldaşınızın yenidən ev işləri ilə məşğul olmağa başlaması üçün bir qədər vaxt lazım ola bilər, odur ki, o sizin bu köməyinizi həqiqətən də qiymətləndirəcək.
Doğuşdan sonra həyat yoldaşınızın vücudunun hamiləlikdən əvvəlki vəziyyətinə qayıtması bir qədər zaman alacaq. Həyat yoldaşınızın sürətlə çəki azaltmağa can atması əvəzinə bu halı rahat qarşılaması yaxşı olardı – o, körpənizə qayğı göstərəkən idmanla məşğul olacaq.
Doğuşdan sonra bir neçə həftə həyat yoldaşınızın qan itirməsi və ya aşağı hissədə ağrı və göyərmə hiss etməsi tamamilə normaldır. Bu dövrdə qadınlarda babasilin yaranması da nadir hal deyil, amma o, bir neçə həftə ərzində keçib gedir.
Həyat yoldaşınız körpənizi əmizdirməyə başlayanda döşləri istiləşə və həssaslaşa, döş gilələrində çatlar əmələ gələ bilər. Ginekoloq həyat yoldaşınıza əmizdirmə üsulları ilə bağlı kömək edə bilər, buna görə də hər hansı bir sualı yaranacağı halda soruşmağa həvəsləndirin. Kömək lazım olduğu halda ana südü ilə qidalanma və əmizdirmə vəziyyətləri barədə video təlimatlarımızı izləyin.
Yeni ana olmuş qadınlar doğuşdan sonra eyforiyadan üzgünlüyə, yüngülləşməkdən göz yaşı axıtmağa, məmnunluqdan təşvişə qədər əsl hisslər qarışığı yaşaya bilərlər. Bu, xüsusən doğuşdan sonrakı ilk 10 gün ərzində həyat yoldaşınız əldən düşərkən və hormonal dəyişikliklərlə mübarizə apararkən hiss oluna bilər. Sizin edə biləcəyiniz şey onun yanında olmaq, ruh düşgünlüyündən çıxmaqda kömək etmək və ovqatını yaxşılaşdırmaq üçün vaxtaşırı olaraq dəstək göstərməkdir.
Həyat yoldaşınız doğuşdan sonrakı dövrlərdə cinsi əlaqəyə hazır olduğunu özü sizə bildirəcək, amma ilk bir neçə həftədə o, aşağı hissələrdə kifayət qədər ağrı hiss edəcək. Yeni vəziyyətə alışana qədər özünü əldən düşmüş və yuxusuz hiss edə bilər, odur ki, onu rahatlaşdırmaq, ona qarşı şəfqətli və səbirli olmaq ən yaxşısıdır.
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Iltimos, oldin quyidagi muhim bildirishni o‘qib chiqing
“Davomi” tugmasini bosish orqali siz Nutrilon bolalar suti va boshqa mahsulotlar to‘g‘risidagi axborot bilan tanishishingiz mumkin. Agar siz davom etishni istasangiz, Nutricia Club Uzbekistan sizning individual so‘rovingiz bo‘yicha bu ma’lumotni axborot maqsadlarida taqdim etishiga rozilik bildirgan bo‘lasiz. Iltimos, farzandingizni sut bilan boqish va qattiq taomlarga o‘tish borasida asosli tanlovga erishish uchun tibbiyot xodimi bilan maslahatlashing.Ko‘krak bilan emizish chaqaloqlar uchun hammasidan yaxshi va ko‘plab afzalliklar beradi. Ko‘krak bilan emizishga tayyorgarlik ko‘rishda va emizish davrida siz sog‘lom, muvozanatlangan ovqatlar tanovul qilishingiz juda muhim. Hayotning birinchi haftalarida ko‘krak suti va sun’iy oziqlantirishni uyg‘unlashtirish o‘z ko‘krak sutingiz kelishini kamaytirishi mumkin va ko‘krak bilan emizmaslik qarorini bekor qilish qiyin bo‘ladi. Sun’iy oziqlantirish (bolalar ozuqasi)dan foydalanishning ijtimoiy va molyaiviy oqibatlarini inobatga olish zarur. Bolalar ozuqasini noto‘g‘ri iste’mol qilish yoki nomuvofiq oziq-ovqat mahsulotlari yo oziqlantirish uslublaridan foydalanish salomatlik uchun xavf tug‘dirishi mumkin. Agar siz bolalar ozuqasidan foydalansangiz, ishlab chiqaruvchining qo‘llash bo‘yicha yo‘riqnomalariga qat’iy rioya etishingiz kerak – bu yo‘riqnomalarga rioya etmaslik farzandingiz og‘rib qolishiga olib kelishi mumkin.