Hamiləlikdə D vitamini

İşıq saçın

İnkişafa D vitamini əlavə etmək

D vitamini körpənizin inkişaf edən sümüklərini dəstəklədiyi üçün hamiləlik dövrünün ən vacib qidalandırıcısıdır. Onu sadəcə bir neçə qidadan almaq mümkündür – əsas təbii mənbəyi yay günəşidir. Amma bunu əldə etmək heç də həmişə asan olmur. Körpənizi həyatı boyu dəstəkləyəcək sümüklərinin formalaşmasına kömək etmək üçün bütün il boyu gündəlik D vitamini ehtiyacını necə qarşılayacağınızı öyrənin.

D vitamini kömək edir:Normal sümük inkişafına

D vitamini: hamiləlikdə vacib dəstəkləyici rolu

Körpənizin sümükləri hamiləlik boyunca sürətli şəkildə böyüyür və formalaşır. D vitamini orqanizmdəki kalsium və fosfat miqdarını tənzimləmədəki rolu səbəbindən bu heyrətamiz və mürəkkəb dövrün vacib hissəsidir. Bu qidalandırıcı maddələr körpənizin inkişaf edən sümükləri üçün vacibdir və güclü, sağlam dişlərin əmələ gəlməsinə kömək edir.1

Körpənizin doğuşdakı D vitamini səviyyəsi hamiləlik boyunca sizin onu nə qədər qəbul etməyinizdən asılıdır.2 Beləliklə, gələcək ana olaraq gündəlik tövsiyə edilən miqdarı almağınızı təmin edərək körpənizin sümüklərini və gələcəkdəki sağlamlığını dəstəkləyə bilərsiniz.

Sizin gündəlik D vitamini dozanız

Ən effektiv D vitamini mənbəyi günəş işığıdır: dərinin ultrabənövşəyi şüalara cavabının nəticəsində orqanizmdə D vitamini əmələ gəlir.2

Hamiləlikdə və ana südü ilə qidalandırarkən tövsiyə edilən gündəlik D vitamini miqdarı 10 mkq-dır.³

Amma günəşli saatların miqdarı mövsümə və əraziyə görə dəyişir. Bundan əlavə, buludların olması, günəş kremindən istifadə, gündüz saatlarında çöldə olduğumuz müddət, dərinizin təbii piqmentasiyası və paltarların bədəni örtməsi kimi müxtəlif amillər nəticəsində günəş şüalarını qəbul etməyiniz qeyri-bərabər olacaq. Günəş şüası az qəbul edilən vaxtlarda orqanizm topladığı ehtiyata güvənir və o da bitdikdən sonra lazım olan miqdarı əldə etmək üçün digər mənbələrə ehtiyac yaranır.2

Bəzi məhdud sayda qidalarda D vitamini var. Yağlı balıqlar, yumurta sarısı və zənginləşdirilmiş qida məhsulları onlar arasındadır. İnsanların çoxu lazım olan miqdarı yalnız qidalardan əldə edə bilmir.2

Buna görə də bütün hamilə qadınlara və körpəsini əmizdirən analara gündə 10 mkq D vitamini əlavəsi qəbul etmələri tövsiyə olunur. Bu miqdar sizin ehtiyaclarınızı qarşılayacaq və körpənizin həyatının ilk altı ayı ərzində ona lazım olacaq ehtiyatı toplamasına kömək edəcək.3

D vitamini çatışmazlığı

D vitamini çatışmazlığı yorğunluq, ağrı və sızıltılara səbəb ola bilər.2 Körpələrdə və uşaqlarda həddən artıq miqdarda D vitamini çatışmazlığı lazım olduğu şəkildə inkişaf etməyən yumşaq sümüklərlə xarakterizə edilən raxitliyə gətirib çıxar bilər. D vitamini çatışmazlığı osteoporoz və diabet kimi uzun müddətli və digər ciddi xəstəliklərlə də əlaqələndirilir.4

pregnancy food supplements
Körpənizin həyatının ilk altı ayında ehtiyac duyacağı ehtiyatı toplaması üçün D vitamini əlavəsi tövsiyə olunur

Hamilə qadınlarda və körpəsini əmizdirən analarda D vitamini çatışmazlığı riski yüksəkdir və lazımi miqdarı əldə etməyə xüsusi diqqət göstərməlidirlər.4 Günlük əlavəni qəbul etmək həm sizin, həm də körpənizin sağlamlığını qoruyur.

Əgər dərinizin rəngi tünddürsə, artan piqmentiniz dərinizin D vitamini əmələ gətirmə bacarığına təsir etdiyi üçün gündəlik əlavəni qəbul etməyizi daha da vacib edir.

IU – günəş şüalarına məruz qalmanın ölçüsüdür. Aşağıdakı cədvəl qidaların tərkibindəki D vitamini ilə günəş şüalarına məruz qalmağı müqayisə etməyinizə imkan verir. Günəş şüaları altında 5-10 dəqiqə qalmaq 3000 IU-a bərabərdir, bu üç porsiya təzə qızılbalıq yemək ilə ekvivalent təşkil edir.5

Qida (porsiya*)D vitamini (IU)
Təzə qızılbalıq600-1000 IU
Yetişdirilmiş təzə qızılbalıq100-250 IU
Qızılbalıq konservi300-600 IU
Sardina300 IU
Skumbriya250 IU
Konservləşdirilmiş tunes250 IU
Təzə şitake göbələyi100 IU
Gündə qurudulmuş şitake göbələyi1600 IU
Yumurta sarısı (toyuq yumurtası)20 IU

*100 qram ət və ya balıq təxminən ovcunuzun ölçüsündə bir porsiyadır.

cereal with milk

Bəzi səhər yeməyi yarmaları və süd məhsulları D vitamini ilə zənginləşdirilib

NÖVBƏTİ ADDIMLAR

Hamiləlik multivitamini qəbul edirsinizsə, onun tərkibində 10 mkq D vitamini olub-olmadığını yoxlayın. Əgər yoxdursa, başqa bir əlavə qəbul etməyiniz üçün ginekoloqunuzla danışın.

  1. NHS UK. Vitamin supplements in pregnancy [Online]. 2013. Available at: www.nhs.uk/conditions/pregnancy-and-baby/pages/vitamins-minerals-supplements-pregnant.aspx[Accessed June 2014]
  2. NHS UK. How to get vitamin D from sunlight [Online]. Available at: www.nhs.uk/Livewell/Summerhealth/Pages/vitamin-D-sunlight.aspx [Accessed June 2014]
  3. NHS UK. Vitamin D [Online]. 2012. Available at: www.nhs.uk/Conditions/vitamins-minerals/Pages/Vitamin-D.aspx[Accessed June 2014]
  4. SACN. Update on Vitamin D [Online]. Available at: www.gov.uk/government/uploads/system/uploads/attachment_data/file/339349/SACN_Update_on_Vitamin_D_2007.pdf p.37 [Accessed June 2014]
  5. Holick MF. Vitamin D deficiency. N Engl J Med 2007;357(3):266-281.

Son baxış: 18 avqust 2014

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x