Yumurta paşotu ilə qarğıdalı və kabak oladisi

Hazırlıq müddəti: 10 dəqiqə. Bişmə müddəti: 20 dəqiqə. Porsiya: 4

Protein və çeşidli vitaminli; bir porsiya tövsiyə edilən gündəlik fol turşusu miqdarının üçdə birini, gündəlik D vitamini ehtiyacının beşdə birini və C vitaminini təmin edir.

Bu yemək: Vegetarian • az miqdarda şəkər və duz • yüksək miqdarda protein • fol turşusu, A, C, D vitaminləri və B12 mənbəyi

Hər porsiyanın tərkibi:

Qida dəyəriMiqdarıQidalandırıcı qəbulu norması (%)
Enerji279 kkal14%
Yağ15 q21%
Doymuş yağ5.7 q29%
Şəkər7 q8%
Duz0.34 q6%

Dietoloq tövsiyəsi

Hamiləliyin üçünçü rübündə enerji ehtiyacınız təxminən 200 kalori artır.1 Kalori qəbulunu artırmaq ehtiyacı varsa, ikinci paşot yumurtanı öz porsiyanıza niyə də daxil etməyəsiniz?

İnqrediyentlər

  • 1 ədəd orta ölçüdə kabak
  • 150 q konservləşdirilmiş şirin qarğıdalı (suyu çəkilmiş)
  • 6 yumurta (4-ü paşot üçün)
  • 50 q un
  • 20 q yaşıl soğan
  • 1/2 çay qaşığı çili
  • 1/2 çay qaşığı qırmızı bibər
  • 1/4 çay qaşığı duz
  • 1/4 çay qaşığı qara bibər
  • 1 çay qaşığı zeytun yağı
  • 1 limon
  • 120 ml az yağlı təzə qaymaq (krem freş)
  • 1 yemək qaşığı keşniş
  • 2 yemək qaşığı incə doğranmış mala soğanı
  • Hər adama 1 kiçik salat-qarnir

Reseptin tərkibindəki allergenlər: yumurta, süd, qlüten (unda). Qida dəyəri barədə bütün məlumatlar bir porsiyaya əsaslanır.

Qidalandırıcılıq baxımından faydaları

* Kabak: Tərkibindəki C vitamini hüceyrələrinizi qorumağa və onların sağlam qalmasına kömək edir2

* Şirin qarğıdalı: Sizdəki hormonal dəyişiklər səbəbindən yaranan qəbizliyin qarşısını almağa kömək edən lifli maddələri təmin edir3

* Yumurta: Tərkibində körpənizin böyüməsi üçün təməl daşları təmin edən protein var.4 Yumurtanın qabığında kodun olmasına diqqət edin, bu yumurtaları hamilə qadınlar çiy və ya qismən bişmiş halda da yeyə bilərlər5

* Duz: Orqanizmdəki mayeni nizamlamağa və saxlamağa kömək edə bilər,6 amma qədərindən artığı zərərli ola bilər. Buna görə də gizli mənbələrə diqqət edin və qəbulunu mümkün qədər məhdudlaşdırmağa çalışın

Hazırlanma qaydası

  1. Kabakın uclarını kəsin, özünü sürtgəcdən keçirin, suyunu tam sıxıb bir kasaya qoyun.
  2. Yaşıl soğanı doğrayın, şirin qarğıdalı, 2 yumurta, un, çili, qırmızı bibər, keşniş, yarım limonun suyu və ədviyyatla birlikdə bir kasaya tökün. Yaxşıca qarışdırın.
  3. Zeytun yağını bir tavada qızdırın, sonra oladini hazırlamaq üçün bir qaşıq xəmiri tökün. Oladinin qalınlığının bərabər olması üçün qaşığın arxası ilə düzləşdirin və hər iki tərəfini bir və ya yarım dəqiqə, qızılı qəhvəyi rəng alana qədər qızardın.
  4. Oladini mətbəx şpateli ilə götürün və bir kənara qoyun.
  5. Balaca bir kasada krem freş, yarım limonun suyu və doğranmış mala soğanını qarışdırın. Bir kənara qoyun.
  6. Yumurta paşotu üçün orta odda iri bir qazanda su qızdırın.
  7. Kiçik qabarcıqlar yaranana qədər isidin. Yumurtanı balaca bir kasaya qırın, sonra yüngül burulğan yaratmaq üçün suyu qarışdırın və yumurtanı ehmalca tökün. Ağ rəng alana qədər 3-4 dəqiqə bişirin, sonra kəfkir qaşıq ilə götürün və quruması üçün mətbəx kağınızın üstünə qoyun.
  8. Servis etmək üçün oladiləri bir yerə toplayın, üzərində bir yemək qaşığı krem freş, yumurta paşotu qoyun, doğranmış mala soğanı səpin və istəsəniz, yanına salat-qarnir qoyun.

  1. NHS. New weight advice for pregnancy [Online] 2010 Available at: https://www.nhs.uk/Planners/pregnancycareplanner/Documents/NICE_reference_weight_management_pregnancy.pdf [Accessed March 2021]
  2. NHS. Vitamin C in pregnancy [Online] 2017 Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/vitamins-minerals-supplements-pregnant/#vitamin-c-in-pregnancy[Accessed July 2018].
  3. NHS. Your pregnancy and baby guide [Online] 2018 Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/common-pregnancy-problems/#constipation [Accessed June 2018].
  4. NHS. Healthy Eating Pregnancy [Online] Available at: https://www.nhs.uk/start4life/pregnancy/healthy-eating-pregnancy/ [Accessed July 2018].
  5. NHS. Foods to avoid in pregnancy [Online] 2017 Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/foods-to-avoid-pregnant/#raw-or-partly-cooked-eggs. [Accessed June 2018].
  6. British Dietetic Association. Food Fact Sheet: Salt and Health [Online]. 2016. Available at: www.bda.uk.com/foodfacts/Salt.pdf[Accessed August 2017].

Son baxış: 7 sentyabr 2018

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x