6 aylıq körpə: İnkişafı və qidalanma tövsiyələri

Əvvəlki dəmir qalıb?

6-cı ayda dəmir ehtiyatı azalmağa başlayır

Artıq körpənizin həzm sistemi daha çox inkişaf etdiyinə görə və doğularkən onunla birlikdə olan təbii dəmir ehtiyatı azaldığı üçün onu ilk qidaları ilə tanış etməyin vaxtıdır. 6 aylıq körpənizin beyin və əzələ inkişafını dəstəkləmək üçün əlavə dəmir də daxil olmaqla çeşidli və qatı qidalar çox vacibdir.

parenting icon circle

Parlaq gələcək buradan başlayır

Körpənizin gələcəyinin formalaşmasına kömək etmək üçün onun inkişafı barədə daha çox öyrənin

Bu ay nələr baş verir?

6 aylıq körpəniz inkişafının əsas dönüş nöqtəsinə – ilk dəfə “bərk” yemək dadacağına çatmaqdadır. Əgər körpəniz ana südü ilə qidalanırsa, bunu yeni bir mərhələnin başlanğıcı hesab etmək olar, çünki o özü qidalanması üçün sizdən daha az asılı olmağa başlayır. Bununla belə, qatı qidalar ilə tanışlıq növbəti həftələrdə və aylarda tədricən baş verdiyi üçün ana südü hələ də qidalanmanın əsas hissəsini təşkil edir.

Altıncı ayda körpənizin onunla birlikdə doğulan təbii dəmir ehtiyatı tükənməyə başlayır.

Altıncı ayda ana südündən ayırma ilə körpənizin onunla birlikdə doğulan təbii dəmir ehtiyatının tükənməsi eyni vaxta düşür. Buna görə də adi süddən əlavə dəmirlə zəngin pəhriz vasitəsilə də onun yerini doldurmaq vacibdir.

Körpənizin inkişaf edən beyni

mother and baby smiling

Altıncı ayında körpəniz çox güman ki, bir tərəfdən digər tərəfə dönə biləcək. Onu ayaqları üstə tutsanız, ayaqları ilə ağırlığını saxlaya biləcək.1 İndi başqasının köməyi olmadan otura bilir, başını bir yandan o biri yana çevirə bilir, bu da ağzına bir qaşıq qoymağa çalışdığınız zaman çətinlik yarada bilər!

Körpəniz üz ifadələrinizə və səsinizə reaksiya verə, sizi təqlid edə bilər. Hafizəsi və diqqət toplaması artdıqca nitqinizin komponentlərini ayırd etməyə və sözlərin cümlələri formalaşdırması yolunu eşitməyə başlayacaq. Bütün bunlar danışmasına hazırlıqda beyninin böyüməsi və inkişafına kömək edəcək.

Onun güclənən bel əzələləri

Körpələrin çoxu altıncı ayını oturma bacarıqlarını təkmilləşdirməklə keçirir. Dörd və beş ay arasında bir qədər aşağı əyilmiş vəziyyətdə otura bilərlər, amma çox vaxt aşırlar.1

… təxminən 6-cı ayında o, qollarının dəstəyindən daha az asılı olacaq və nəhayət sərbəst şəkildə düz oturmağı bacaracaq.

Özünü saxlamaq üçün əllərindən istifadə etməyə başlayanda işlər daha asan olacaq. Bel əzələləri adətən altıncı ayında kifayət qədər güclü olduğuna görə dəstək üçün əllərindən daha az asılı olacaq və nəhayət sərbəst şəkildə düz oturmağı bacaracaq.

Dəmir səviyyəsini artırmaq

Dəmir altı aylıq körpənizin beyin inkişafı üçün xüsusilə vacibdir. O, sinir sistemi funksiyalarında vacib rol oynayır, sinir hüceyrələrinin məlumat ötürməsini və beyin inkişaf proseslərini dəstəkləyir.2

Ana südündən ayırmaya başlayanda yağsız qırmızı ət, toyuq, yumurta, paxla və yarpaqlı, yaşıl tərəvəzlər kimi təbii halda dəmirlə zəngin qidalar vasitəsilə dəmir ehtiyatını bərpa etmək vacibdir.²

Dəmirlə doldurmaq

Altı aylıq körpənizi kifayət qədər dəmirlə təmin etmək üçün yağsız qırmızı ət, toyuq, yumurta, paxla, lobya, mərci və yaşıl yarpaqlı tərəvəzlər kimi qidalardan hazırlanan püreləri ana südündən ayırma pəhrizinizə daxil etməyə çalışın. Daha kompleks tərkibə malik olduqları üçün qızılbalıq və sardina kimi yağlı balıqlar, az qaynadılmış quru meyvələr də faydalı mənbə hesab olunur.

Dörd-altı aylıq körpənin gündə 4,3 mq dəmir qəbul etməsi tövsiyə olunur.²

Altı aylıq körpənizi dəmirlə zəngin qidalar ilə yedizdirərkən onları C vitamini ilə zəngin qidalarla birləşdirmək dəmirin sorulmasını daha effektiv edir. Qırmızı və ya yaşıl bibər, kivi, banan, portağal və çiyələk faydalı C vitamini mənbələridir.

Sağlam vərdişlər buradan başlayır3

Böyüdükcə geniş çeşiddə qidalar yeyəcəyi üçün körpənizin pəhrizinə artan müxtəliflikdə qidaların daxil edilməsi onun iştahlı və sınamağa həvəsli olmasını təmin edər. Ürəkli olun, ana südündən ayırma mərhələlərində körpənizi müxtəlif teksturalı və dadlı yeməklərlə tanış edin. Bu proses hər ikiniz üçün əyləncəli hala gələ bilər və körpənizin bəzi seçimləri sizi təəccübləndirə bilər. Unutmayın ki, körpənizin hər hansı bir yeni dada alışması onlarla cəhdə qədər uzana bilər. Buna görə də hansısa qidanı bəyənməmək əlamətləri göstərərsə, təslim olmayın. Daha bir neçə dəfə təklif edin, bəlkə də ən sevdiyi yemək olacaq.

NÖVBƏTİ ADDIMLAR

Bunları alış-veriş siyahınıza daxil edin:

  • Yağsız qırmızı ət, yaşıl, yarpaqlı tərəvəzlər, noxud və lobya
  • Pomidor, kivi, portağal, banan və çiyələk kimi C vitamini ilə zəngin qidalar

1. Parenting. Month-by-month guide to baby’s milestones [Online]. Available at: www.parenting.com/article/month-by-month-guide-to-babys-milestones [Accessed April 2014]

2. Department of Health. Dietary Reference Values for Food Energy and Nutrients for the United Kingdom: Report of the Panel on Dietary Reference Values of the Committee on Medical Aspects of Food Policy [Online]. 1991. Available at: http://books.google.co.uk/books?id=iFkgAQAAIAAJ [Accessed April 2014]

3. Schwartz et al (2011) Development of healthy eating habits early in life: review of recent evidence and selected guidelines. Appetite 57:796-807

Son baxış: 13 avqust 2014

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x