Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Faydalı yemək vərdişləri erkən yaranmağa başlayır, buna görə də ana südündən ayırma mərhələsində körpənizə geniş çeşidli qidaları yeməsini öyrətməyiniz vacibdir. Müxtəlif qidaları verməyin körpənin gələcəkdə sağlam olması, böyüməsi və inkişafı üçün lazımlı olan protein, karbohidrat, yağlar, vitaminlər və minerallar balansını necə təmin etdiyini öyrənin.
Körpənizin gələcəyinin formalaşmasına kömək etmək üçün onun inkişafı barədə daha çox öyrənin
Yaxşı qidalanmaq körpənizin sürətli inkişafını dəstəkləyir. Ana südündən ayırmanın ilk mərhələlərindən başlayaraq qidalandırıcılıq baxımından balanslı qidaları təqdim etmək ömür boyu davam edəcək sağlam yemək vərdişlərinə təşviq etməyin ən yaxşı yoludur.
Ana südü bir çox faydalara malik olmaqdan əlavə, həm də ananın pəhrizindəki dadları körpəyə ötürür və bu da körpəni müxtəlif qidaları qəbul etməsinə həvəsləndirir. Bir sözlə, əgər siz sağlam, düzgün balanslaşdırılmış pəhrizlə qidalanırsınızsa, çox güman ki, körpəniz də elə olacaq.
Südlü qatışıq ilə qidalanan körpələrin yeni dadları qəbul etməsi ehtimalı daha aşağıdır, buna görə də, əgər körpəniz şüşə qabdan qidalanırsa, bu mərhələdə ona çeşidli qidalar verməyiniz vacibdir. Onu çox sayda müxtəlif dadlara və teksturalara malik qidalarla tanış etməyiniz yeni qidaları qəbul etməsini dəstəkləyir.
Püre halına salınmış tərəvəzlər və meyvələr ana südündən ayırma mərhələsində körpəniz üçün ilk ideal yeməklərdir. Onlar qidalandırıcı maddələr mənbəyi kimi mükəmməldirlər, bundan başqa körpənizin erkən yaşda müxtəlif tərəvəzlərlə tanışlığı onun sonrakı dövrlərdə daha çox meyvə və tərəvəz yeməsinə səbəb olar.
Araşdırmalar meyvələrin yanında püre halına salınmış müxtəlif tərəvəzlərin də verilməsini tövsiyə edir, çünki ana südü və ya südlü qarışıq içməsi səbəbindən körpənizin şirin damaq dadı artıq mövcuddur. Bu, körpənizə meyvələrin şirin və turş dadlarının kombinasiyasından əlavə iştahaçan və bir qədər acı dadları qəbul etməyi də öyrədəcək.
Turş və ya acı dadları şirin dadlarla qarışdırmaq onları daha cazibəli hala gətirsə də, bunun həqiqətən kömək edəcəyinə dair çox az sübut var. Daha effektiv üsul ana südündən ayırma dövründə müxtəlif çeşidli dadları təqdim etməyə mümkün qədər erkən başlamaqdır. Müxtəlif meyvə və tərəvəzlərlə qidalanan körpələrin daha az çeşidli pəhrizlə qidalanan körpələrə nisbətən yeni dadları qəbul etmək ehtimalının daha yüksək olduğu sübut edilmişdir, çünki çoxlu müxtəlif dad, qoxu və teksturaların təsirinə məruz qalmış və onlara daha çox alışmışdılar.
Əgər ailədə qida allergiyası halı yoxdursa, qidaları tək-tək verməyə ehtiyac yoxdur. Körpəniz ilk hallarda başını geri çevirsə belə, eyni yeni qidanı bir neçə gün təqdim edin. Müxtəlif araşdırmalar körpənin yeni qidanı qəbul etməsi üçün çoxlu cəhdlərin (adətən 8-10 dəfə) edilməsinə ehtiyac olduğunu göstərir, buna görə də inadkarlığı davam etdirin. Valideynlərin çoxu körpənin bu dadı xoşlamadığına inanaraq bir neçə cəhddən sonra təslim olur, halbuki o, yeni qidaya və ya dada vərdiş etmək ərəfəsində ola bilər. Davamlılıq işə yaraya bilər, odur ki, ruhdan düşməyin, cəhd göstərməyə davam edin.
Son baxış: 5 sentyabr 2016
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.