Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Sizin yeni doğulmuş, gözəl körpəniz süngər kimidir, hər yeni təcrübəni özünə çəkir, hər gün öyrənir və inkişaf edir. Buna görə də körpə olsa da, hər gün onunla oynamaq üçün vaxt ayırmaq yaxşı fikirdir. Bağlılıq yaratmağınıza kömək edəcək və valideyn olmağın sadəcə uşaq bezləri və yuxusuz gecələrdən ibarət olmadığını, sevgi və əyləncə ilə dolu həyat olduğunu xatırladacaq.
Körpənizin gələcəyinin formalaşmasına kömək etmək üçün onun inkişafı barədə daha çox öyrənin
Zaman keçdikcə o, yumşaq oyuncaqlarını sevəcək qədər böyüyəcək, bu günlərdə isə onun sevimli “oyuncağı” sizsiniz. Araşdırmalar göstərir ki, körpələr üzlərə digər vizual elementlərdən daha çox reaksiya verirlər. Körpəniz ilk aylarda sizin üz ifadələrinizi yamsılmağa çalışa bilər; ona dilinizi çıxarın və nə baş verdiyinə baxın! Körpənizlə danışmaq, ona mahnı oxumaq və gülümsəmək emosional bağlılığı və ünsiyyət bacarıqlarını inkişaf etdirməyin sadə yollarıdır.1
Fiziki təmas körpənizə ətrafındakı dünyanı kəşf etməsi üçün əyləncəli bir imkan yaradır. Əllərini və ayaqlarını ehmalca hərəkət etdirin və rahatlaşması üçün onu masaj edin. Körpəniz toxunuşunuzu sevir, buna görə də onu qucağınıza alıb ehmalca yelləmək aranızdakı emosional bağlılığı gücləndirməyə kömək edəcək, xüsusən də bunu dəri təması ilə edirsinizsə.
Doğularkən körpəniz sadəcə 20-25 sm məsafəni görə bilir, bu da onu əmizdirərkən sizi görməsi üçün kifayətdir. Onların görmə qabiliyyəti təəccüblü dərəcədə ləng inkişaf edir. Üç ayına qədər körpələr obyektləri gözləri ilə izləyə bilirlər, inanılmaz olsa da, gəngli görmə qabiliyyəti beş ayına qədər tam formalaşmaya bilər. Körpələri stimullaşdırmaq üçün hazırlanan kitablar və oyuncaqlar alın, onların məzmunu yüksək rəng ziddiyyətli ağ-qara şəkillərdən ibarət olur.
Körpənizə mahnı oxumaq heç vaxt tez deyil. Əyləncəli, bir qədər yüksək səslə mahnı oxuyurmuş kimi danışmaq və ya oxumaq instinktiv olaraq valideynlərin çoxunda müşahidə olunur. Bildiyimiz məşhur laylalar, oxşamalar uzun illərdir ki, yatızdırmaq və əyləndirmək üçün istifadə olunub, ən tezi yeddi ayına qədər müəyyən “sözləri” eşitməsəniz belə, bunlar erkən dil bacarıqlarının təməlini qoyur. Körpənizlə danışmaq onun ünsiyyət bacarıqları üçün də faydalıdır və ona nağıl oxumaqdan zövq ala bilərsiniz. Körpəniz hələ doğulmamışdan əvvəl eşitdiyi səsinizi tanıdığı üçün bu, rahatlaşdırıcı təsirə malik olacaq.
Körpə masajı, ehmalca qıdıqlamaq kimi dəri təması da bağlılıq qurmaq üçün idealdır. Əl və ayaq barmaqlarının iştirakı ilə oyunlar körpənizin fərqli təzyiq dərəcələrini bilməsinin inkişafına kömək edir. Körpənizi fərqli növdə və teksturada olan yumşaq parçalarla zərif oxşamaq, qarnına üfürmək və hamamda köpüklü oyunlar oynamaq oyun vasitəsilə toxunma hissini öyrənməsi üçün imkanlardır.
Son baxış: 9 dekabr 2016
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.