Körpələrdə reflüks: Simptomlar və səbəblər

Körpə reflüksü

Körpə reflüksü əlamətlərini müəyyən etmək

Reflüks və requrqitasiya yedikdən sonra kiçik miqdarda südün qaytarılması prosesinin tibbi adlarıdır. Bu, körpələr üçün tam normaldır və inkişaf edən həzm sistemi ilə bağlı olduğu düşünülür. Bir çox hallarda qətiyyən narahat olunacaq hal deyil. Adətən buna səbəb mədənin tərkibini aşağıda saxlayan qapağın hələ də inkişafda olması, südün və turşunun geri hərəkət etməsinə imkan verməsi olur. Körpənizin ilk doğum gününə qədər reflüks və requrqitasiya simptomlarının əksər hissəsi keçib getməlidir.

Reflüks və requrqitasiyanın fərqləri

Reflüks və requrtiqasiya terminləri əslində fərqli anlayışlardır, amma körpənizə təsirləri və müalicəsi baxımından bir-birlərinə çox yaxındırlar.

Reflüks nədir

Qastro-ezofageal reflüks (QOR) kimi də bilinən bu hal südün və ya daha böyük körpələrdə qidanın mədədən qida borusuna geri qayıtmasıdır.1 Adətən “sakit reflüks” adlanır, çox vaxt nəyin baş verdiyini anlamaq çətin olur, çünki qidanın geri qaytarıldığını fiziki olaraq görə bilmirsiniz.

Requrqitasiya nədir

Daha çox qusma və tüpürmə kimi tanınır, südün və ya qidanın mədədən qida borusu vasitəsilə ağıza, ordan isə ananın qucağına və ya atanın çiyninə yola çıxmasıdır. Qusmadan fərqli olaraq burada gərilmə, gərginləşmə olmur; əziyyətsiz, daha çox hıçqırıq kimi.1

Valideynlər üçün xoş olmasa da, xatırlatmaq lazımdır ki, həm reflüks, həm də requrqitasiya geniş yayılmış haldır və tamamilə normaldır. Körpənizin kifayət qədər qidalanmadığından narahat ola bilərsiniz, amma bu, nadir hallarda olur. Körpənizdə narahatlıq əlamətləri yoxdursa və ya çəki itirmirsə, heç bir problem olmalı deyil.

Sağlam körpələrin təxminən 30%-i həyatlarının ilk ilində gündə bir neçə dəfə körpə reflüksü və requrqitasiya yaşayarkən onların həzm sistemi də formalaşmağa davam edir.2

Reflüks və requrqitasiyanın mümkün səbəbləri

Əgər körpəniz tez-tez “qusma”dan əziyyət çəkirsə, bunun baş verməsinə səbəb olan bir neçə geniş yayılmış halı bilməyiniz faydalı olar:

  • Körpələr uzanılı halda çox vaxt keçirir
  • Qidalanmasının çox hissəsi mayedən ibarətdir
  • Qida boruları qısadır
  • Həzm sistemləri hələ formalaşmaqdadır
  • Bir dəfəyə çox miqdarda süd və ya qida qəbul etmək

Bu səbəblərin çoxu körpə olmağın ayrılmaz hissəsidir. Amma körpəyə reflüks və ya requrqitasiya diaqnozu qoyulubsa, narahatlıq yaradan simptomları yüngülləşdirmək üçün edə biləcəyiniz bəzi sadə şeylər var.

Reflüks və requrqitasiyanın əlamətləri hansılardır?

Əlamətlər adətən 3 həftə-12 ay arasında özünü göstərir. Körpəniz üç həftə və daha çox müddətdə gündə iki dəfə və daha çox “qaytarırsa”, amma öyümə, qusma, çəki itirmə və ya yemək çətinlikləri kimi narahatlığı yoxdursa, körpənizdə requrqitasiyanın olması ehtimalı var.3 Bununla belə, südün requrqitasiyasından əlavə reflüks ilə əlaqəli digər xoş olmayan simptomlar da var:4

unhappy baby

Daimi və ya qəfil ağlama

ağlayan körpə

Qıcıqlanma və ya ağrı

baby rubbing eyes

Tez-tez oyanma

baby on changing table

Yeməkdən sonra bükülmüş bel

mother hugging crying baby

Tez-tez hıçqırma

Simptomların çoxaldığı dövr təxminən 4-6-cı aylar olur və körpələr adətən 6-12-ci aylarda onlardan yaxa qurtarmağa başlayır.5 Reflüks və requrqitasiyanı “sağalda” bilməsəniz də, körpəniz ondan təbii olaraq yaxa qurtarana qədər özünü daha rahat hiss etməsi üçün bəzi praktiki üsullarla kömək edə bilərsiniz.

Qastro-ezofageal reflüks xəstəliyi (QORX) nədir?

Ağır hallarda reflüks həzm sistemində iltihaba səbəb ola bilər, bu isə qidalanma problemləri və “inkişafda iflas” ilə nəticələnə bilər. Bu, qastro-ezofageal reflüks xəstəliyi (QORX) adlanır. Sadə reflüks və requrqitasiya ilə eyni deyil və yalnız ağırlaşma hallarında baş verir.5

Həkimlə danışmalıyam?

Reflüks və requrqitasiya normal hesab edilsə və bir müddətdən sonra keçsə də, körpənizdə bunlardan biri olduğu halda həkiminizlə söhbətləşmək həmişə faydalı olar. Diaqnoz qoyulanda həkiminiz simptomları yüngülləşdirmək üçün bəzi praktiki tövsiyələr verə bilər və uyğun qidalanma həlləri barədə danışacaq. Körpəniz müntəzəm olaraq qusursa, böyük miqdarda süd qaytarırsa və ya yemək zamanı narahatlığı varsa, mütləq həkiminizlə danışın.

NÖVBƏTİ ADDIMLAR

  • Körpənizdəki simptomların bizim sadaladıqlarımızla eyni olduğunu yoxlayın
  • Körpənizdəki simptomları və onların hansı tezliklə üzə çıxdığını qeyd edin
  • Həkiminizlə danışın
  • Əgər körpənizə reflüks və ya requrqitasiya diaqnozu qoyulubsa, vəziyyətə nəzarət etmək üçün tövsiyələrimizə nəzər salın

  1. Vandenplas Y et al. J Pediartr Gastroenterol Nutr 2009;49:498-547.
  2. Iacono G et al. Dig Liver Dis 2005;37(6):432–438.
  3. Hyman PE et al. Gastroenterol 2006;130:1519–1526.
  4. NICE. NG1. Gastro-oesophageal reflux disease: recognition, diagnosis and management in children and young people. 2015. Available at: https://www.nice.org.uk/guidance/ng1/resources/gastrooesophageal-reflux-disease-recognition-diagnosis-and-management-in-children-and- young-people-51035086789 [Accessed: September 2015].
  5. Nelson SP et al. Arch Pediatr Adolesc Med 1997;151(6)569-572.

Son baxış: 12 sentyabr 2016

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x