Körpənin qidalanma problemləri: tez-tez soruşulan suallar

parenting icon circle

Parlaq gələcək buradan başlayır

Körpənizin gələcəyinin formalaşmasına kömək etmək üçün onun inkişafı barədə daha çox öyrənin

Körpəmdə reflüks olduğunu necə bilim?

Reflüks qidalanarkən və ya ondan sonra körpənin tüpürcək ifraz etməsi və ya südü qusmasıdır. Bu, geniş yayılıb və adətən körpənin bir yaşına qədər keçib gedir. Əgər körpəniz digər cəhətlərdən sağlamdırsa və hər hansı bir simptomu yoxdursa, onda, narahat olmağa dəyməz. Reflüksün digər əlamətləri arasında qidalanma çətinlikləri (yeməkdən imtina kimi), davamlı öskürək və ya hıçqırıq, həddən çox ağlama, yeyərkən ağlama və qulaq infeksiyaları var. Körpənizin simptomlarını müzakirə etmək üçün, zəhmət olmasa, həkiminizlə görüşün.

Əgər körpənizdə reflüks varsa, yaxşı xəbər odur ki, sınaya biləcəyiniz şeylər var və həkiminiz sizə daha çoxunu izah edə biləcək. Güclü qusma, yaşıl ləkəli qusma, öyümə, lazımi qədər çəki almamaq, udqunma çətinlikləri, qusmasında və ya nəcisində qanın görünməsi, özünü yaxşı hiss etməməsi dərhal həkimə müraciət etməli olduğunuzu bildirəm simptomlardır.

3 həftəlik körpəm “kaka eləmək”də çətinlik çəkir – bu normaldır?

Hər şeydən əvvəl biz həkimizin qəbuluna yazılmağı tövsiyə edərdik, çünki o sizə bəzi tövsiyələr və ya faydalı üsulları deyə biləcək. Körpə üçün dünya tamamilə yenidir, hər şey qəribə və ecazkardır, hətta hamımızın adi hal kimi qəbul etdiyimiz “kaka eləmək” də. Bunu etməsi üçün körpənizin ilk növbədə bəzi əzələlərini eyni vaxtda sıxıb-boşaltmağı öyrənməsi lazımdır – həyatın ilk həftələri üçün heç də kiçik qoçaqlıq deyil. Qəbizliyə kömək etmək üçün körpəniz “kakasını eləyərkən” qarnını masaj edə və ya rahatlaşması üçün qarnına ilıq (isti yox) su qabı qoya bilərsiniz. Əgər körpənizin ağlaması şiddətlənərsə və heç nə ilə ovunmursa, həkiminizlə danışın.

Körpəmin qazı ilə mübarizə aparıram, o, çox narahat görünür – necə kömək edə bilərəm?

Körpənin narahatlıq yaşamasını izləmək heç vaxt xoş deyil, amma yaxşı xəbər odur ki, sınaya biləcəyiniz bir neçə üsul var. Birincisi, əmizdirmə vəziyyətləridir; onlar bəzən körpənizin havanı udmasına və ya südün onun uda bilmək bacarığından daha sürətlə axmasına səbəb olur. Körpənizi təxminən dizinizin üstündə oturdacaq şəklində, bir qədər daha şaquli vəziyyətdə saxlamağa çalışın, nəinki üfüqi. Digər vəziyyət isə qidalandırarkən körpənizlə birlikdə uzanmağınızdır, bu, südün daha aşağı axınla axmasına şərait yaradacaq və körpənizin daha az hava udmasına kömək edəcək.

İkincisi, hətta gecələr də onun qaz çıxarmasına gündüzlər etdiyiniz qədər kömək edin. Bəzi körpələr buna qidalanarkən ehtiyac duyduqları halda, bəziləri çoxlu miqdarda udmaqdan məmnun olduqdan sonra axırda edilməsini xoşlayırlar. Son olaraq, əgər şüşə qab ilə qidalandırırsınızsa, əmziyin tutulmadığından əmin olun. Dəliyi daha böyük olan əmziyə keçid etməklə bağlı həkiminizlə söhbətləşin.

14 həftəlik körpəmin kifayət qədər süd içmədiyindən narahatam – onun ehtiyacı nə qədərdir?

Təəssüf ki, körpələrin nə qədər yemələri və içmələrinə, nə vaxt nə etmək istədiklərinə nəzarət etməyin bir üsulu yoxdur – onlar həqiqətən də yeməkdən yeməyə, gündən günə, aydan aya dəyişirlər. Bəzi körpələrin böyümələri və digər amillərdən asılı olaraq daha çox kaloriyə ehtiyac duyarlar. Körpənizin sizə bəzi təlimatlar verməsinə imkan yaradın, amma özünüz də əsas qaydalara əməl edin. Bu yaşdakı körpələrin çoxunun gündə çəkilərinin hər kilosuna 150-200 ml südə ehtiyacı olur. Hər körpə fərqli olduğu üçün bu, mütləq qayda deyil və nə qədər, hansı tezliklə yemək və içmək istəməsinə görə dəyişir.

Yeni doğulmuş körpələr az-az, amma tez-tez yeməyə meyillidirlər və adətən yemək istəməkləri və ya artıq doyduqları barədə işarə verirlər.

Körpənizin çəkisinə diqqət edin. Əgər çəkisində qəfil azalma olarsa, normal dərəcədə çəki artırmırsa, naxoş görünürsə və ya özünü yaxşı hiss etmirsə, zəhmət olmasa, həkiminizlə danışın.

6 həftəlik körpəm həmişə yeməkdən sonra qusur – nə etməliyəm?

Körpənizin bununla mübarizə apardığını eşitdiyimə təəssüflənirəm, bilirəm, bunu görmək çətindir. Reflüksün geniş yayıldığını və adətən bir yaşına qədər keçdiyini bilməyiniz bəlkə də sizi bir qədər rahatlaşdırar. Əgər körpəniz digər cəhətlərə görə yaxşıdırsa və başqa simptomları yoxdursa, narahat olmağa dəyməz. Reflüksün digər əlamətləri arasında qidalanma çətinlikləri (yeməkdən imtina kimi), davamlı öskürək və ya hıçqırıq, həddən çox ağlama, yeyərkən ağlama və qulaq infeksiyaları var.

Əgər körpənizdə reflüks varsa, yaxşı xəbər odur ki, sınaya biləcəyiniz şeylər var və həkiminiz sizə daha çoxunu izah edə biləcək. Güclü qusma, yaşıl ləkəli qusma, öyümə, lazımi qədər çəki almamaq, udqunma çətinlikləri, qusmasında və ya nəcisində qanın görünməsi, özünü yaxşı hiss etməməsi dərhal həkimə müraciət etməli olduğunuzu bildirən simptomlardır.

12 həftəlik körpəm şüşədən yeyərkən mədə qıcolması olur və qazı keçəndə ağrıdan qışqırır – bu kolikdir?

Bunun ikiniz üçün də xoş olmadığını anlayıram. Körpənizi görmədən onda kolik olub-olmadığını deyə bilmərəm, odur ki, zəhmət olmasa, mümkün qədər qısa vaxtda həkiminizlə görüşün. Diaqnoz qoymamışdan əvvəl o, körpənizin simptomları il bağlı bəzi suallar soruşacaq.
İndilik isə sizə tövsiyə edə bilərəm ki, körpəniz “kakasını eləyərkən” qarnını masaj edin və ya rahatlaşması üçün qarnına ilıq (isti yox) su qabı qoyun. 

Çox az hallarda (təxminən körpələrin 3-5%-də) qarında ağrı və ishala körpələrdə süd allergiyası və ona qarşı dözümsüzlük əlamətləri kimi bilinən inək südü allergiyası səbəb ola bilər. Körpənizdə qızarmış dəri, ekzema, altında qızartı, “kakasında” qan, yemək istəməmək və solğun görünmək kimi əlamətlər ola bilər.

5 həftəlik körpəm əmərkən yatır, amma sonra əmdiyi südün çox hissəsini qaytarır – nə edə bilərəm?

Müxtəlif yedizdirmə vəziyyətlərini yoxlamısınız? Körpənizlə birlikdə uzanaraq yedizdirsəniz, süd axını azalacaq və bu, kömək edə bilər. Sınaya biləcəyiniz başqa üsullar da var: bir döşünüzlə əmizdirməyi yoxlayın, ola bilər ki, körpəniz ehtiyac duyduğu südü birindən alır, əgər daha çox istədiyini hiss etsəniz, əvvəlcə yenə də həmin döşünüzü təklif edin, çünki bəzən o, sadəcə əmmək istəyir, yenidən yemək yox. Bundan başqa süd axınının güclü olduğunu düşünürsünüzsə, döşünüzü əvvəlcə bir dəsmal ilə sıxın, sabit damcılar gəlməyə başladıqdan sonra körpənizi əmizdirməyə başlayın. Əvvəldə gələn süd bol miqdarda olur, sonra gələn süd isə körpənizin ehtiyac duyduğu qidalandırıcılar ilə daha zəngindir.

Rahat olmağa çalışın (bilirəm, demək asandır)! Axırda ən vacib qaz çıxartmanı etdiyinizdən də əmin olun. Həkiminizlə danışmağınız faydalı olar, çünki o sizə başqa tövsiyələr və texniki cəhətdən faydalana biləcəyiniz bəzi üsulları göstərə bilər. Əgər bu hal getdikcə çətinləşirsə və ya körpəniz özünü naxoş hiss edirsə, yenə də həkiminizə danışın.

Yeni doğulmuş körpəmin doyduğunu necə bilə bilərəm?

Yeni doğulmuş körpələr az-az, amma tez-tez yeməyə meyillidirlər və adətən yemək istədikləri və ya doyduqları barədə işarələr verirlər.

Körpələrin ac olarkən yeməklərini, doyduqda isə yeməkdən imtina etmələrini təmin edən mükəmməl özünü nizamlama sistemləri var. Doyduğunu göstərən işarələrə qidalanma zamanı bir neçə dəfə döşdən və ya şüşə qabdan imtina etməsi, südü tüpürməsi, qarnı dolu olduqda narahat olması və çoxlu qaz çıxarması daxildir. Yedikdən sonra bir qədər süd qaytarmasına görə narahat olmayın, ilk vaxtlarda doyduğunu başa düşmədiyi üçün çox içə və sonra bu “artığı” geri qaytara bilər. Digər cəhətləri yaxşıdırsa və çəki artırırsa, narahat olmağa dəyməz.

Körpələr fərqli dərəcədə böyüdükləri üçün çəkinin artması çox yeməyin faydalı əlaməti hesab oluna bilməz. Həkiminiz körpənizin həddən artıq yediyi və ya həddən artıq yeməyə meyilli olduğu barədə sizə tövsiyə verməlidir, əks halda körpəniz yemək istəmək işarələri verdikdə onu yedizdirməyiniz yaxşı olar. Bununla belə, bəzən körpələr yemək istəyən kimi görünə bilərlər, amma əslində onlar sadəcə qucağınıza sığınmaq istəyirlər.

Körpənizdə qidalanma problemləri ilə bağlı hər hansı bir əlamət hiss edirsinizsə, həkiminizlə söhbət etməyiniz həmişə faydalı olar.

Kolik gün ərzində kifayət qədər yatmamaqdan qaynaqlanır?

Təəssüf ki, kolikin hansı səbəblərdən yaranması tam öyrənilməmişdir. Bununla belə, şübhə doğuran səbəblər arasında qidalanma zamanı hava udması, hələ tam formalaşmamış həzm sisteminə malik olması, ana südünün və ya südlü qarışığın tərkibində təbii olaraq mövcud olan proteinlərə və şəkərlərə qarşı bağırsağın müvəqqəti həssaslığı var.

Kifayət qədər yatmamaq heç kim üçün xoş olmasa da, o, bu səbəblər arasında yer almır. Bəzən elə gəlir ki, kolik müəyyən vaxtlarda, xüsusən axşamlar daha da güclənir. Əgər hər gün düz eyni vaxtda kolikin simptomlarını (digər bütün cəhətlərlə sağlam və inkişaf etmiş körpənin təkrarlanan şiddətli və ovundurulmayan ağlaması) müşahidə edirsinizsə, bunu niyə qısa davam edən yuxularla əlaqələndirdiyinizi anlayıram.

Əgər körpənizi hələ də həkiminizin yanına aparmamısınızsa, görüş üçün vaxt təyin edib diaqnoz qoyulması faydalı olar. Əgər bu, kolik olarsa, həkiminiz sizə nə etməli olduğunuzu bildirəcək.

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x