Ovulyasiya kalkulyatoru. Məndə ovulyasiya baş verir?

Oxuma müddəti: 2 dəqiqə

Hamilə qalmaq üçün ən yaxşı vaxt hansıdır?

Mayalanmanın baş verməsi üçün ən yaxşı vaxtı bilmək istəyirsinizsə, menstruasiya tsiklini və ehtimal olunan ovulyasiya vaxtını bilməyiniz vacibdir.

Ovulyasiya adətən mentruasiya başlamamışdan iki həftə əvvəl olur1 və bu vaxta qədərki günlərdə cinsi əlaqədə çox olmusunuzsa, hamilə qalmaq ehtimalınız yüksəkdir.

Bizim ovulyasiya kalkulyatoru fertilliyinizin (mayalanma qabiliyyəti) ən yüksək olacağı vaxtı müəyyənləşdirməyinizə kömək edəcək.

Ovulyasiya kalkulyatoru

Son menstruasiyanın ilk gününün tarixi?


Default error message

Menstruasiya dövrəniz neçə gün təşkil edir?

gün


Default error message

Ovulyasiya kalkulyatoru

Mayalanma haqqında əlavə məlumat üçün

Bu kalkulyator sizdə ovulyasiyanın nə vaxt baş verə biləcəyi barədə təqribi təsəvvür yaradacaq. Daha dəqiq göstəricilər üçün ovulyasiyanın ümumi əlamətlərini, temperatur qrafikinizin necə kömək edə biləcəyini və ovulyasiya testi alətlərinin necə işlədiyini öyrənin.

Menstruasiya dövrünü başa düşmək

ovulation calendar

Ortalama menstruasiya tsikli 28 gün davam edir. Tsiklin birinci günü aybaşı dövrünüzün ilk günüdür.

egg

Tsiklin ortasında (adətən 13-15-ci gün arasında) yumurtalığınızdan ayrılan yumurta uşaqlıq borusu vasitəsilə uşaqlığınıza gedir. Bu proses ovulyasiya kimi bilinir. Yumurtalığınız eyni zamanda estrogen hormonu ayırır və bu, mayalanmış yumurtanı qəbul etməyə hazırlaşan uşaqlıq boşluğunuzun divarının qalınlaşmasına səbəb olur.

sperm

Yumurta ayrıldıqdan sonra təxminən 12-24 saat yaşayır. Hamilə qalmağınız üçün sperma bu müddət ərzində yumurtanı mayalandırmalıdır. Sperma vücudunuzda 7 günə qədər yaşaya bilər.

baby-womb

Əgər yumurta uşaqlıq borusundan keçərkən mayalanarsa, uşaqlıq divarına yapışır. Burada sizin embrion böyüyərək körpəyə çevriləcək.

uterus

Yumurta mayalanmasa, dağılır. Sizdə estroqen səviyyəsi düşəcək və bu, uşaqlıq divarının pozulmasına səbəb olur. Daha sonra bunlar menstruasiya zamanı vücudunuzu tərk edir.

free tools icon circle

Pulsuz onlayn alətlər

Doğuş kalkulyatorumuzdan körpə simptomları yoxlayıcısına qədər praktiki alətlər

Ovulyasiyanın ümumi əlamətləri

Ovulyasiya yaxınlaşarkən bəzi fiziki dəyişikliklər hiss edə bilərsiniz. Bunlara aiddir:

  • Konsistensiyada onun yumurta ağı kimi görünməsinə səbəb ola biləcək dəyişikliklə birlikdə vaginal selikli qişada artım
  • Yüngül hərarət qalxması
  • Qarında ağrı
  • Döşlərin həssaslaşması
  • Qanlı ifrazat
  • Köp hiss etmək
ovulation

Nizamsız menstruasiya hallarında ovulyasiya tarixinin hesablanması

Nizamsız menstruasiya zamanı sizdə ovulyasiyanın nə zaman olacağını proqnozlaşdırmaq çox çətindir. Əgər ovulyasiya ərəfəsində cinsi əlaqəyə girməni hesablaya bilmirsinizsə, onda tsikl ərzində 2-3 gündən bir cinsi əlaqədə olmaq kömək edə bilər.

TEMPERATUR QRAFİKİNİN

ELMİ ƏSASI

Nutricia tərəfindən dəstəklənir

Ovulyasiyadan əvvəl bədəninizin temperaturu bir qədər düşə bilər. Ovulyasiyadan sonra isə təxminən 0,2°C yüksəlir.2 Hər səhər yatağınızdan qalxmamışdan (hətta danışmamışdan) əvvəl xüsusi təməl bədən termometri (böyük aptek və supermarketlərdən əldə edə bilərsiniz) vasitəsilə təməl bədən temperaturunuzu (dincələn zaman bədənin temperaturu) ölçməyiniz fertilliyinizin ən yüksək olduğu vaxtı təyin etməyə kömək edə bilər. Hərarətinizin yüksəlməsindən bir neçə gün əvvəl ovulyasiyanın baş verdiyi tarixi göstərir.

Ovulyasiya testi alətləri necə işləyir?

Ovulyasiya testi alətləri sizdə ovulyasiyanın nə vaxt baş verdiyini hesablamaq üçün digər vasitədir. Onlar ovulyasiyadan əvvəl sidik kisənizdə aşkar edilən lüteinləşdirici hormon (LH) səviyyəsinin yüksəlməsini yoxlamaq üsulu ilə işləyir.3 Siz onları böyük apteklər və ya supermarketlərdən əldə edə bilərsiniz.

pregnancy test on lap

1. NHS. (2014). How can I tell when I’m ovulating? Available from: https://www.nhs.uk/chq/Pages/982.aspx?CategoryID=50[Accessed July 2015]

2. Fertility Education & Training. (2011). Charting your fertility cycle. http://www.fertilityet.org.uk/pdfs/Charting-Your-Fertility-Cycle.pdf[Accessed July 2015]

3. Patient. (2015). Natural family planning. http://patient.info/health/natural-family-planning [Accessed July 2015]

Son baxış: 23 sentyabr 2019

Əlaqədar mövzular:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x